Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fales
Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən geci e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
HALE
HALE, “High Altitude Long Endurance” sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor.SoyadAfife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Kale
Kale (fr. Calais) – Fransada şəhər.
Lalə
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Male
Male(mald. މާލެ) — Maldiv Respublikasının ən böyük şəhəri və paytaxtı. Male və Valingile adalarında yerləşir. Ənəvi olaraq adada kral sarayı yerləşirdi. == Adın mənşəyi == Ad महालय (Mahaalay) sözündən yaranıb, "böyük" deməkdir. Qədimdə kral sarayı "Mahaalay" adlanırdı, sonradan ad şəhərə keçdi. == Əhalisi == 104 403 nəfərdir. (2006). == Nəqliyyat == Əsasən taksi növü üstünlük təşkil edir. Şəhərdə Beynəlxalq Male Aeroportu vardır.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Anton Fase
Anton Fase (6 fevral 2000, Harlem[d]) — Eerste Diviziya təmsilçilərindən olan Yonq AZ klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Fase AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Fase öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 86-cı dəqiqədə Yonq Utrext klubu ilə qarşılaşmada El Hasnaouini əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə Yonq Utrextə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Fales (Miletli)
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Fales teoremi
Fales teoremi — bucağın tərəflərini kəsən paralel düz xəttlər bu bucağın bir tərəfi üzərində Konquryent parçalar ayırırsa, həmin düz xəttlər o biri tərəf üzərində də Konquryent parçalar ayırır.A¹A²=A²A³ olarsa, B¹B²=B²B³ olar.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istfadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Fate/Apocrypha
Fate/Apocrypha (フェイト/アポクリファ, Feito/Apokurifa, azərb. Tale/Apokrif‎) — Type-Moon şirkətinin populyar "Fate" franşizi çərçivəsində Ototsuqu Konoenin rəssamlığı ilə Yuuyçiro Hiqaşide tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası alternativ Müqəddəs qədəh müharibəsindən bəhs edir. 2012-ci ilin dekabrından 2014-cü ilin dekabrına qədər Type-Moon tərəfindən 5 cildi buraxılmışdır. Akira İşidanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 iyun 2016-cı ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. 2017-ci ildə A-1 Pictures tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. == Məzmun == Hekayə "Fate/stay night" dünyasına paralel dünyada baş verir. Üçüncü Müqəddəs qədəh müharibəsinin keçirilməsindən sonra artıq Müqəddəs qədəh müharibələri keçirilmir, buna görə də "Fate/stay night" və "Fate/Zero"-dakı hadisələr baş vermir. Təxminən 2000-ci illərdə İqqdmillenniya adlı qrup Sehrbazlıq Assosiasiyasından ayrıldığını açıqlayır və Müqəddəs qədəhin nəzarətini ələ keçirir. Assosiasiya onları dayandırmaq üçün 50 sehrbaz göndərir, lakin bir nəfərdən başqa bütün sehrbazlar İqqdmillenniyanın Lanseri tərəfindən öldürülür.
Fate/Zero
Fate/Zero (yaponca: フェイト/ゼロ, Hepbörn: Feito/Zero, azərb. Tale/Sıfır‎) — Takaşi Takeuçinin rəssamlığı ilə Qen Urobuçi tərəfindən yazılan ranobe. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanı üçün prikvel təşkil edir. Ranobenin ilk cildi 29 dekabr 2006-cı ildə buraxılmışdır və Type-Moon ilə Nitroplus şirkətləri arasındakı əməkdaşlıqla ərsəyə gəlmişdir. İkinci cildi 31 mart 2007-ci ildə, üçüncü cildi 27 iyul 2007-ci ildə nəşr olunmuşdur. Dördüncü və sonuncu cildi 29 dekabr 2007-ci ildə buraxılmışdır. Manqa adaptasiyası 2011-ci ilin fevralından nəşr olunur və indiyə qədər 11 cildi çapdan çıxmışdır. 2008-ci ildən 2010-cu ilə kimi 4 Drama CD seti buraxılmışdır. Ufotable studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuşdur. Birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsümü 7 apreldən 23 iyun 2012-ci ilə kimi yayımlanmışdır.
Faye (Averon)
Faye (fr. Fayet, oks. Faiet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12099. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 125 km şərqdə, Rodezdən isə 70 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 166 nəfərin (15-64 yaş arasında) 103 nəfəri İqtisadi aktivlik, 63 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 62.0%, 1999-cu ildə - 61.9%).
Faze Kristmas
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. == Həyatı == Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Jargon file
Jargon File- proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, “Bakı” nəşriyyatı, 996 s.
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy, Qərbi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran tarixçisi və professor. == Həyatı == 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. == Fəaliyyəti == Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir.Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. == Əsərləri == Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) == Mükafatları == Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.
Sen-Pale (Alye)
Sen-Pale (fr. Saint-Palais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03249. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 191 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 104 yaşda (15–64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 59,6%, 1999-cu ildə 59,8%). Fəal olan 62 nəfərdən 55 nəfəri (28 kişi və 27 qadın), 7 nəfəri işsizdir (4 kişi və 3 qadın). Fəal olmayan 42 nəfər arasında 10 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.