CANİŞİN

CANİŞİN (köhn., hökmdarı əvəz edən və s.) Çar tərəfindən təyin edilmiş canişin burada yerləşir, Zaqafqaziya ilə birlikdə Dağıstan vilayətini də o idarə edirdi (A.Şaiq); NAİB (köhn.) Axşamlar dağlan alınca duman, Bir təpə başında, yanında köpək; Xan, naib əlindən çəkərək aman; Yanıqlı-yanıqlı çalırdı tütək... (A.Şaiq); SƏRDAR Gorus naçalnikindən başlayıb.. Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır.. (S.Rəhimov).

CANİ
CANLI
OBASTAN VİKİ
Aleksandr Baryatinski (canişin)
Aleksandr İvanoviç Baryatinski (rus. Александр Иванович Барятинский; 14 may 1815, Kursk quberniyası[d] – 9 mart 1879, Sankt-Peterburq) — Rusiya hərbçisi, Qafqaz canişini. == Həyatı == Aleksandr İvanoviç Baryatinski 1815-ci ildə doğulmuşdu. Aleksandr Baryatinski 1879-cu ildə vəfat edib. === A. İ. Baryatinski və Şeyx Şamil === 1859-cu il 6 iyununda Qunibdə General Baryatinskinin idarəsindəki 70.000 nəfərlik rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim oldu. === A. İ. Baryatinski və çərkəzlər === 1857-ci ildə Qafqaz ordusunun o zamankı baş qərargah rəisi general-adyutant D.A.Milyutin dağlıların Şimal-Qərbi Qafqazdan köçürülməsi və boşalmış ərazilərə kazakların, ermənilərin və Rusiya İmperiyasının mərkəzi hissəsində yaşayanların yerləşdirilməsi təşəbbüsü ilə çıxış etdi. 1861-ci ildə isə artıq knyaz A.İ.Baryatinski həmin vaxt üçün Rusiya İmperiyasının hərbi naziri olan D.A.Milyutinə təklif etdi ki, “Qafqaz yaylasını həmişə düşmən olan əhalidən xilas etsin və bununla da gözəl və əlverişli torpaqları bizim kazak əhalimiz üçün açsın”. === Mülki məsələləri === Aleksandr İvanoviç Baryatiskinin canişinliyi dövründə (1856-1862-ci illər) ölkənin inzibati idarələrində bəzi dəyişikliklər aparılmasında cəhd edildi. Qafqaz canişini – General-Feldmarşal Knyaz Baryatinski tərəfindən 31 mart 1861-ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin - gömrük hissəsinin yenidən təşkili və idarə edilməsi barədə Əsasnamə”yə görə, Bakı Karantin - Gömrük idarəsi Bakı Karantin-Gömrük kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinə tabe edilmişdir. Dairənin idarə edilməsi üçün 3 (Dairənin rəisi, tapşırıq üçün məmur və katib) ştat ayrılmışdır.
Qafqaz Canişin sarayı
Tbilisi Milli Gənclər Sarayı (gürc. საქართველოს მოსწავლე ახალგაზრდობის ეროვნული სასახლე), bəzən Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı (rus. Воронцовский Дворец) — Gürcüstanın Tbilisi şəhərində yerləşən saray. 1917-ci ilə qədər bu binada çarın Qafqazdakı canişininin iqamətgahı yerləşib. Hazırda bina Təhsil alan gənclərin sarayı kimi tanınır. Dövrümüzə gəlib çatan şəkillərin əksəriyyətində bina Böyük Knyaz Mixail Nikolayeviçin (Romanov) sarayı adlandırılır. Məhz onun dövründə saray Otto Simonson tərəfindən yenidən qurulub. Amma Tiflisdə binanı Mixail Vorontsovun adı ilə Vorontsov sarayı kimi də tanıyırdılar. Canişin sarayının tarixi general Pavel Sisianovdan başlayır. Çarın Qafqazdakı canişini üçün ilk iqamətgah 1802-ci ildə Rusiya yolunda (sonradan Qolovinski, indiki Rustaveli prospektində) tikilib.
Məhəmmədin canişinliyi
Müsəlmanlar arasında Məhəmmədin canişinliyinə görə ixtilaf olub şiə və sünnü müsəlmanların əsas ixtilafı bunun üzərinədir. Şiə müsəlmanların baxışına görə Məhəmməd son həccindən qayıdandan sonra Allah tərəfindən əmr edildi və bu ayə Qədiri-Xum-da özü üçün canişin seçməsi üçün nazil oldu: {{{1}}} يا أَيّهَا الرّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلّغْتَ رِسالَتَهُ وَ اللّهُ يَعْصِمُكَ مِنَ النّاسِ إِنّ اللّهَ لا يَهْدِي الْقَوْمَ الْكافِرينَ Ey peyğəmbər hər nəki sənə nazil olub mükəmməl şəkildə camaata de və yetir! əgər belə etməsən, onun risalətini yerinə yetirməyibsən! Allah səni camaatdan gələn təhlükələrdən qoruyacaq. Allah kafir və inadcıl camaatı hidayət etməz. Qədiri-xum-dakı bulaqın yanında bir xutbə oxuyaraq Əli bin Əbu Talibi öz canişinliyinə seçdi. bu rivayətdəki, Əhli-Sünnət-də onu nəql etmişlər Şiələr ona istinad edib və Əlini Məhəmmədin canişini sayırlar, bu işi gördükdən sonra aşağıdakı ayə nazil oldu: {{{1}}} الْیَوْمَ یَئس الَّذِینَ کَفَرُوا مِن دِینِکُمْ فَلا تخْشوْهُمْ وَ اخْشوْنِ الْیَوْمَ أَکْمَلْت لَکُمْ دِینَکُمْ وَ أَتمَمْت عَلَیْکُمْ نِعْمَتى وَ رَضِیت لَکُمُ الاسلَمَ دِیناً Bu gün sizin dininizi mükəmməl etdim, və öz nemətimi sizə qurtarıb, islamı sizin ölümsüz dininiz olaraq qəbul etdim. Amma sünnülər bunun əksinə etiqadları var ki, Məhəmməd özünə canişin seçmədi, bəlkə vəfatından sonra onun neçə səhabələri bir şura düzəldərək Əbu Bəkri peyğəmbərin canişinliyinə seçmişlər. Bir islami rivayətə görə ozamanki «Tayfa və qohumlarına xəbərdarlıq et» ayəsi nazil oldu, Məhəmməd qohumları Bəni Haşimdən və bir qrup Bəni Mütəllibdən ki 45 nəfər olardılar dəvət edib onlara vəsiyyət edir: «Ey Əbdülmütəllib oğlanları... Allah mənə əmr edib ki sizi ona sarı dəvət edəm.
Qafqaz canişinliyi
Qafqaz canişinliyi — Rusiya imperiyasının Qafqazda baş idarəsi. 1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S. M. Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı.
Qafqaz canişinliyi (1785–1796)
Qafqaz canişinliyi (rus. Кавказское наместничество) — 1785-ci ildə II Yekaterina tərəfindən Həştərxan quberniyasını dəyişdirərək Taurida vilayətindən bəzi torpaqlar əlavə etməklə qurulmuşdur. 1796-cı ildə I Pavel tərəfindən ləğv edilmişdir.

Значение слова в других словарях