CANLANMIŞ DAĞLAR

peneplenləşmiş qədim qırışıqlıq qurşağının yerində yer qabığının yeni və ən yeni tektonik hərəkətləri ilə formalaşmış dağlar. горы возрожденные epiplatformian mountains
BUZLU SAHİL
CANLI TEKTONİKA
OBASTAN VİKİ
Asimmetrik dağlar
Dağlar Abdullayev
Dağlar Məmməd oğlu Abdullayev (15 avqust 1938, Ağdaş – 10 may 2014, Bakı) — Azərbaycan tibb xidməti general-mayoru. == Həyatı == Dağlar Abdullayev 1938-ci il 15 avqustdə Ağdaş rayonunda anadan olmuşdur. 1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu "həkim-stomotoloq" ixtisası üzrə bitirmişdir. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdi. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 1978–1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində işləmişdi. 1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunmuşdu. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdi.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Erezion dağlar
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Merrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Mərrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qırışıqlı dağlar
Qırışıqlı dağlar (rus. горы складчатые, ing. folded mountains) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Qədim dağlar
Qədim dağlar (rus. древние горы, ing. old mountains) — qırışıq strukturu qədim (alpa qədərki) qırışıqlıq epoxalarında yaranmış və sonrakı orogenezlər nəticəsində dəfələrlə mürəkkəbləşmiş dağlar. Qədim dağlar morfoloji baxımdan yeni və müasir tektonik hərəkətlər nəticəsində cavanlaşa bilər. (məs: Baykal dağlıq vilayətinin dağları).
Dağlar Oğlu (1965)
== Məzmun == Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Dağlar qızı Reyhan
Dağlar qızı Reyhan (mahnı)
Kordilyer (sıra dağlar)
Kordilyer — (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Qara dağlar (Qafqaz)
Qara dağlar (rus. Черныя Горы, Черныя горы) — Qafqazdakı dağların tarixi adıdır, oronim Böyük Qafqaz dağ sisteminin şimal yamacı boyunca uzanan dağ silsilələrini əhatə edir. Bunlar əsasən Qafqaz silsiləsinin şimalına paralel olaraq, Kuban çayının mənsəbindən Sulak çayına qədər uzanan dağ silsilələri (qısa silsilələr), yaylalar, təpələr zənciri və ayrılmış zirvələrdir. Elmi və publisistik ədəbiyyatda oronimlərin yayılma sərhədləri haqqında dəqiq fikir yoxdur. Rusiya imperiyası dövrünün oroqrafik sistematikasında Qara dağlar Böyük Qafqazın üç iri silsiləsi - Qayalı, Pastbiş və Lesisti kimi başa düşülürdü. Sovet dövründə Qara Dağlara yalnız iki oroqrafik vahid - Pastbiş və Lesisti silsilələri aid edildi, Qara dağların sərhədləri qərbdə və xüsusən şərqdə qısalırdı. Bir sıra sovet və müasir tədqiqatçılar, eləcə də yerli əhali, ümumiyyətlə Qara dağlar adından yalnız Meşə silsiləsi üçün istifadə edir (bu xüsusən Çeçenistandakı Qara dağlar hissəsinə aiddir). Bu gün "Qara dağlar" tarixi adının lokalizasiyası Rusiya əraziləri: Krasnodar diyarı, Adıge, Qaraçay-Çerkesiya, Stavropol, Kabarda-Balkariya, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstan boyunca uzanan bir sıra silsilələri əhatə edir. Qara dağların sərhədlərinin fərqli anlaşılması səbəbindən bir çox qaynaq fərqli morfometrik xüsusiyyətlərini göstərə bilər. Qara dağların zirvələri, meşə sərhədi ilə məhdudlaşaraq, qar xəttinin və ya yüksək alp çəmənliklərinin səviyyəsinə çatmır.
Aramızdakı dağlar (film, 2017)
Aramızdakı dağlar (ing. The Mountain Between Us) — İdahodakı qar fırtınası səbəbindən bir çox insan ilə birlikldə jurnalist Aleks Martin və cərrah Ben Bass hava limanında qalırlar. Cərrah Benin təcili əməliyyatı, Aleks Martinin isə toyu var. Onlar şəxsi təyyarə tutaraq Nyu-Yorka tez çatmaq istəsələr də, təyyarə yolda qəzaya uğrayır. Təyyarə qəzasından can qutarmış Ben və Aleks ucqar dağların sərt şəraitində sağ qala bilmək üçün ortaq dil tapmalıdırlar. Heç kəsin onlarına imdadına yetişməyəcəyini anladıqda onlar yüzlərlə kilometrlik təhlükəli yola düşməli olurlar. Bu iki şəxs onlara kömək gəlməyəcəyini başa düşdükdən sonra təhlükəli və uzun bir yola çıxmağa məcbur olurlar. Ben və Aleksin sağ qalmaq uğrunda mübarizələri onların bir-birilərinə bağlanmasına səbəb olur. == Məzmun == Ben və Aleks təyyarə qəzasından sonra düşdükləri ekstremal vəziyyətdən xilas olmaq üçün bir-biriləri ilə anlaşmalıdırlar. Bu iki şəxs onlara kömək gəlməyəcəyini başa düşdükdən sonra təhlükəli və uzun bir yola çıxmağa məcbur olurlar.
Arxalı dağlar (film, 1985)
Arxalı dağlar filmi rejissor Adil Ələkbərov tərəfindən 1985-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edir. == Məzmun == Filmdə öz sənətini sevən, ona bütün varlığı ilə bağlanan, zəhmətin qədrini bilən, onu qiymətləndirən bir insan haqqında-Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasının işi haqqında söhbət gedir. == Festival və mükafat == 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında sənədli film ÜİXTNS-in gümüş Medalına layiq görülüb.
Biz və bizim dağlar
Biz və bizim dağlar (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı, hərf. Biz dağlarımızıq), həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner) — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır. Heykəl Dağlıq Qarabağın erməni icmasının, hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir. Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi. Heykəltəraşı Sarqis Bağdasaryan, memarı Səfi Qarayevdir. == Tarixi == "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır.
Dağlar oğlu (film, 1965)
== Məzmun == Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Dağlar qızı Reyhan (mahnı)
Dağlar qızı Reyhan — Azərbaycan xalq mahnısı. 1960-ci ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. == Mahnının yaranma tarixçəsi == 1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir. Əslən Xaçmazın Padar kəndindəndir.
Dağlar qızı Reyhan (film)
Dağlar qızı Reyhan (türk. Dağlar Kızı Reyhan) — 1969-cu ildə Mətin Erksanın rejissorluğu, Bülənd Oran və Müzəffər Arslanın ssenari müəllifliyi ilə çəkilmiş Türkiyə dram filmi. Filmin prodüseri Müzəffər Arslandır. Filmin baş rollarını Filiz Akın, Kartal Tibet və Ömər Dönmez canlandırır.
Dağlar qızı Reyhan (film, 1969)
Dağlar qızı Reyhan (türk. Dağlar Kızı Reyhan) — 1969-cu ildə Mətin Erksanın rejissorluğu, Bülənd Oran və Müzəffər Arslanın ssenari müəllifliyi ilə çəkilmiş Türkiyə dram filmi. Filmin prodüseri Müzəffər Arslandır. Filmin baş rollarını Filiz Akın, Kartal Tibet və Ömər Dönmez canlandırır.