Cibuti

coğ. Djibouti

cibkəsən
cici
OBASTAN VİKİ
Cibuti
Cibuti (ərəb. جیبوتي; fr. Djibouti) və ya rəsmi adı ilə Cibuti Respublikası (ərəb. جمهوریة جیبوتي; fr. République de Djibouti) — Şərqi Afrikada dövlət. Cibuti şimaldan Eritreya, qərbdən və cənubdan Efiopiya, cənub-şərqdən Somali ilə həmsərhəddir. Ölkənin şərqdən isə Qırmızı dənizə və Ərəbistan dənizinin Ədən körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Cibuti şəhəri, ümumi sahəsi 23,200 kvadrat kilometrdir. Cibuti Ərəbistan yarımadasında olan Yəməndən 20 kilometr uzaqlıqdadır. Əhalisinin 95%-i müsəlmanlardan ibarətdir.
Cibuti (şəhər)
Cibuti (ərəb. جيبوتي‎, fr. Ville de Djibouti) — Cibutinin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2009-cu ilin hesablamalarına görə 567 000 nəfərdir. Hind okeanının Tacura körfəzi sahilində liman şəhəridir. Şəhərin əsası 1888-ci ildə ispan Eloy Pino tərəfindən liman şəhəri kimi qoyulmuş, 1891-ci ildə Fransız Somalisinin paytaxtı olmuşdur. 1977-ci ildə Fransadan müstəqillik qazandıqdan sonra Cibuti dövlətinin paytaxtıdır.
Cibuti Respublikası

Cibuti bayrağı
Cibuti bayrağı — Cibutinin Dövlət bayrağı
Cibuti frankı
Cibuti frankı (ISO 4217 : DJF) — Cibutidə istifadə edilən rəsmî pul vahididir. Cibuti Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Cibuti frankı 100 sentimoya bərabərdir. 10 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Cibuti frankı = 0.00567730 ABŞ dolları.
Cibuti himni
Cibuti (mahnı) — Cibutinin dövlət himnidir. == Tarixçə == Cibuti dövlət himni 1977-ci ildə müstəqillik əldə etdikdən sonra təsdiq edilmişdir.Sözlərinin müəllifi Ədən Elmidir və Somali dilində yazılıb,bəstəkarı isə Abdi Roblehdir.
Cibuti şəhəri
Cibuti (ərəb. جيبوتي‎, fr. Ville de Djibouti) — Cibutinin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2009-cu ilin hesablamalarına görə 567 000 nəfərdir. Hind okeanının Tacura körfəzi sahilində liman şəhəridir. Şəhərin əsası 1888-ci ildə ispan Eloy Pino tərəfindən liman şəhəri kimi qoyulmuş, 1891-ci ildə Fransız Somalisinin paytaxtı olmuşdur. 1977-ci ildə Fransadan müstəqillik qazandıqdan sonra Cibuti dövlətinin paytaxtıdır.
Azərbaycan–Cibuti münasibətləri
Azərbaycan–Cibuti münasibətləri — Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin oktyabr ayının 22-də qurulmuşdur.
Xalq Sarayı (Cibuti)
Xalq Sarayı (ərəb. قصر الشعب‎, fr. Palais du Peuple) — Cibuti şəhərində yerləşən bir abidə. Abidə, Cibutidə xalqın azadlığı üçün mübarizənin simvolu. Bu, ölkənin ən əhəmiyyətli dövlət rəmzlərindən birinə hörmət edən vətənpərvər bir abidədir. Xalq Sarayı, 1984-cü ildə Çin Xalq Respublikası (ÇXR) tərəfindən cibutililərə hədiyyə edilmişdir. Xalq Sarayı Meydanı, cibutililərin azadlığı uğruna şəhid olanlar üçün tikilən Şəhidlər Abidəsi-ni ehtiva edir.