DÖRDÜNCÜ

1. кьуд лагьай; 2. ара г. кьуд лагьайди (кил. dördüncüsü).
DÖRDTONLUQ
DÖRDÜNCÜSÜ
OBASTAN VİKİ
Dördüncü Zobucuq
Dördüncü Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Dördüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == İqtisadiyyatı == Dördüncü Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Qarakollu Poçt Şöbəsi Dördüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926. == Təhsil == Dördüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Dördüncü divar
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin. == İzahı == Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır. Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur. Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
Dördüncü dövr
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. == Elmi tədqiqatların tarixi == === Dünyada === Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Dördüncü internasional
Dördüncü internasional — Lev Trotskinin davamçıları, yaxud trotsksistlər tərəfindən əsası qoyulan, tərkibində Marks və Engelsin Dünya inqilabı, fəhlə sinfinin qələbəsi və sosializm quruculuğu ideyaları olan beynəlxalq kommunist təşkilatı. İnternasional 1938-ci ildə Fransada Kominternin stalinistlərin tam nəzarəti altında olduğunu və onların beynəlxalq fəhlə sinfi siyasi hakimiyyəti idarə etmək qabiliyyətində olmadığını hesab edən Trotski və onun tərəfdarları tərəfindən təsis olunmuşdur. Buna görə də, burjua hakimiyyətləri (məsələn, Fransa və ABŞ) tərəfindən təzyiq göstərilən, SSRİ və son maoizm tərəfindən qeyri-legitim olduğuna görə ittiham olunan, NKVD agentləri tərəfindən təqib olunan bir çox xadimlər özlərinin xüsusi "Dördüncü İnternasional"ını qurdular. İnternasional ilk dəfə 1940-cı ildən parçalanmalara, təfriqəyə məruz qalıb, ən əhəmiyyətli parçalanma isə 1953-cü ildə baş verib. 1963-cü ildə qismən birləşdirilməsinə baxamayaraq, bir çox qruplar təsdiq edirlər ki, onlar məhz Dördüncü internasionalın varisi, ardıcılı kimi təmsil olunurlar.
Dördüncü Fransa Respublikası
Dördüncü Fransa Respublikası (fr. Quatrième République) — Fransa tarixinin 1946-ci ildən 1958-ci ilə qədər əhatə edən dövrü.
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır.
Dördüncü Səlib Yürüşü
Dördüncü Səlib Yürüşü yaxud Dördüncü Xaç Yürüşü ― (1200-1204) Səlib yürüşü. Papa III İnnokenti Qüdsü qurtarmaq üçün bütün Avropanı səfərə çağırır və 1202-ci ildə Venesiyadan səfər başlayır. Səlibçilərin yürüşə başladıqda məqsədi məqsədi Misiri tutmaq, daha sonra isə oradan Qüdsə gedərək şəhəri "azad etmək" idi. Amma venesiyalılar bu səfərin məqsədini dəyişdirdilər. Səlibçilər İstanbulu ələ keçirdi və 1204-cü ildə burada Latın imperiyası qurdular.
Dördüncü dövr buzlaşmaları
Dördüncü dövr buzlaşmaları (həmçinin pleystosen buzlaşması kimi də tanınır) 2,58 milyon il bundan əvvəldən başlayan və davam edən dördüncü dövr boyu bir-birini əvəz edən buzlaq və buzlaqlararası dövrlər seriyasının adıdır
On dördüncü adam
Dördüncü Cenevrə Konvensiyası
Dördüncü Cenevrə Konvensiyası — Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından sonuncusu. Konvensiya 1950-ci ilin oktyabrında qüvvəyə minmişdir. İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var. Cenevrə Konvensiyalarına I Əlavə Protokol 1977-ci ildə tərtib edilmişdir. Konvensiyanın 48-ci maddədə ifadə olunmuş mülki şəxslərə aid "əsas qaydası" "mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edir. "Təsadüfi hücumlar" anlayışını müəyyən edən sənəd belə hücumları da qadağan edir. "Mülki əhalinin təsadüfən məhv edilməsi, mülki şəxslərin xəsarət alması və mülki obyektlərə dəyən ziyan" da sənəddə əhatə olunur. Hətta 51-ci maddəyə əsasən, "gözlənilən konkret və birbaşa hərbi üstünlük təmin etməsi səbəbindən həddi aşacağına görə", "təsadüfi" mülki itkilərə və ya zərərə səbəb olacağı gözlənildiyi halda mülki şəxslərə qarşı yönəlməyən hücumlar da qadağan edilir. Buna elmi ədəbiyyatda proporsionallıq prinsipi deyilir.
Beynin dördüncü mədəciyi
Beynin dördüncü mədəciyi (lat. ventriculus quartus) — insan beynindəki maye ilə dolu dörd boşluqdan biri. Birlikdə mədəcik sistemi kimi tanınan bu boşluqlar sol və sağ yan mədəciklər, üçüncü mədəcik və dördüncü mədəcikdən ibarətdir. Dördüncü mədəcik beyin su kanalından obeksa qədər uzanır və onurğa beyni mayesi ilə doldurulur. == Anatomiyası == Dördüncü mədəcik insan beyninin en kəsiklərində xarakterik romb formasına malikdir. Yuxarı və aşağı hissələrdən ibarətdir. Dördüncü mədəciyin arxa tərəfindəki strukturları mədəcikdəki strukturlarla birləşdirən sinir dəstələri əmələ gətirdiyi yan divarları var. Dördüncü mədəciyin kaudal ucu mərkəzi kanala çevrildiyi yerdə obeks kimi tanınır. Obeks posteroinferior bucağından dördüncü mədəcik onurğa beyninin mərkəzi kanalına açılır. Ön yuxarı küncdə dördüncü mədəcik beyin su kanalına axır.
Dövri sistemin dördüncü periodu
4-cü period elementləri — dördüncü periodda yerləşən elementlərdir. Bu periodda 18 element yerləşir.
On dördüncü simfoniya (Motsart)
On dördüncü simfoniya 15 yaşlı Volfqanq Amadey Motsart tərəfindən 1771-ci ildə yazılmışdır. Bu əsər Motsartın italiyaya ikinci və üçüncü səfərləri arasında, Zalsburqda yazılmışdır. Simfoniyada dahi bəstəkar İohann Sebastyan Baxın təsiri aydın şəkildə özünü göstərir. Simfoniya 4 hissədən ibarətdir, ifa müddəti təxminən 20 dəqiqədir. Allegro moderato, 2/2 Andante, 3/4 Menuetto və Trio, 3/4 Molto allegro, 2/4 A-Dur, 3/4-Takt, 26 + 24 Takte (zweite Fassung) Ноти на IMSLP Mozart, Wolfgang Amadeus; Giglberger, Veronika (preface), Robinson, J. Branford (transl.) (2005). Die Sinfonien III.. Kassel: Bärenreiter-Verlag. p.
On dördüncü sülalə (Misir)
XIV sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri. Ehtimal olunur ki, bu dövrdə paytaxt Avaris şəhəri idi. XIII sülalənin süqutu ilə ölkədə iqtisadi və siyasi vəziyyət pisləşdi. Bununla Qədim Misir tarixində ikinci aralıq dövr başladı. XIV sülalə bu dövrdə taxta çıxan ilk nəsildir. Bəzi tarixçilər XIV sülaləni Orta padşahlığa aid edirlər. XIV sülalənin nə zaman və necə hakimiyyətə gəlməsi haqqında kifayət qədər məlumat yoxdur. Manefona görə XIII və XIV sülalə eyni zamanda hökmdarlıq etmişlər. Kim Riholt öz əsərlərində bu barədə daha geniş bəhs edir. Ona görə XIV sülalə XII sülalənin son fironu Sobekneferunun hakimiyyəti zamanı Nil deltasının şərqində üsyan qaldıraraq müstəqilləşmişdi.
Otuz dördüncü simfoniya (Motsart)
Motsartın otuz dördüncü simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1780-ci ildə yazılmış, 29 avqustda tamamlanmışdır. Bu əsər müəllifin Zalsburqda yazılmış simfoniyalarının sonuncusudur. Simfoniyanın davam etmə müddəti təxminən 22 dəqiqədir. Hazırda simfoniyanın əlyazmasının I hissəsi (f.1-18) Fransa Milli Kitabxanasında, ikinci hissəsi isə (f.19-28) Polşanın Krakov şəhərində yerləşən Jagellon Universitetinin Kitabxanasında saxlanılır. Simfoniyaların əksəriyyəti dörd hissədən ibarət olsa da, bu simfoniyada erkən klassizm üçün səciyyəvi olan yalnız üç hissə vardır.
Xətai dördüncü seçki dairəsi
İyirmi dördüncü simfoniya (Motsart)
İyirmi dördüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1773-cü ilin oktyabr ayında yazılmışdır, italyan simfoniya tipinə uyğundur. Hazırda simfoniyanın əlyazması Berlində Preusisscher Kulturbesitz kitabxanasında saxlanılır. Simfoniyanın ifa müddəti təxminən 8-10 dəqiqədir. Simfoniya 3 hissədən ibarətdir. Allegro spiritoso, 4/4 Andantino grazioso, 2/4 Allegro, 3/8 Jean Massin və Brigitte Massin , Motsart , Fayard , coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 2-213-00309-2 ) , səh. 697 François-René Tranchefort (istiqamət), Simfonik Musiqi Bələdçisi , Paris, Fayard , kol. "Musiqinin əsasları",1998-ci il( 1 st ed. 1986), 896 səh.
İyirmi dördüncü sülalə (Misir)
XXIV sülalə — üçüncü aralıq dövrdə hakimiyyətdə olmuş Qədim Misir sülaləsi. Misir tarixində ən qısa müddət hökmranlıq etmiş xanədanlıqlardan biridir. Üçüncü aralıq dövrdə Misirdə mərkəzləşdirilmiş dövlət yox idi. Ölkə bir neçə yerə bölünmüşdü və ayrı-ayrı sülalələr tərəfindən idarə olunurdu. XXIV sülalənin yalnız iki fironu məlumdur. Onlar Sais şəhəri və ətraf bölgələrin hakimləri idilər. XXII sülalənin zəiflədiyi bir dövrdə Tefnaxt adlı şəxs Nil deltasının qərbini ələ keçirib, müstəqil idarə etməyə başladı. Onu stellalarda "qərbin böyük hakimi" kimi adlandırırlar. Tefnaxtın hakimiyyətini daha geniş ərazilərə yaymaq istəyi uğursuzluqla bitdi. Bu dövrdə Yuxarı Misirdə XIII sülalənin hökmdarları hakimiyyətdə idilər.
Gül-Camal Dördüncü Qadın Əfəndi
Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) (d. 1826 — ö. 15 dekabr 1851) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 35-ci Osmanlı sultanı V Mehmed Rəşadın anası. == Həyatı == Gülcamal Qadınəfəndi 1826-cı ildə Bosniya əyalətində dünyaya gəlmişdir. Əsl adı bilinmir. Kiçik yaşlarında bacısı Bimisal xanımla birlikdə Osmanlı sarayına alınmış, 1840-cı ildə isə Topqapı sarayında Sultan Əbdülməcidlə evlənmişdir. Bu nikahdan 5 övladı olsa da, bunlardan ikisi ölü doğulmuşdur. Gənc yaşında vəfat etdiyi üçün həyatda qalan üç övladı Sultan Əbdülməcidin digər xanımı Sərvətsəza xanımın himayəsində böyümüşdür. Belə ki, Gülcamal xanım 1851-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etdi. Cənazəsi Yeni məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olunmuşdur.
Marvel Kinematoqrafiya Kainatı: Dördüncü faza
Marvel Kinematoqrafiya Kainatının Dördüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Qara dul (2021) ==== Nataşa Romanova özünü tənha hiss edir və keçmişi ilə əlaqəli sui-qəsd nəzəriyyəsi ilə üzləşir. Onu yıxmaq üçün heç nədən imtina etməyəcək güc tərəfindən izlənilən Romanova cəsus olaraq keçmişi ilə və Qisasçı olmadan çox əvvəl geridə qalan qırıq münasibətlərlə mübarizə etmək məcburiyyətindədir. Kevin Fayqi Qisasçılar: Altron dövründə Nataşa Romanova / Qara dul rolunun sevildiyini görüb bu rol üçün solo film hazırlamağı düşündüyünü dedi. 2018-ci ilin yanvarında ssenari üçün Cek Skaeffer, iyulda isə Keyt Şortland rejissorluq üçün işə gətirildi. Ned Benson fevral ayında ssenarini yenidən yazdı. Çəkilişlər 2019-cu ilin mayında başladı və oktyabra qədər Norveç, Birləşmiş Krallıq, Budapeşt, Mərakeş və Gürcüstanda davam etdi. Qara dulun premyerası 29 iyun 2021-ci ildə London, Los-Anceles, Melburn və Nyu-Yorkda baş tutdu. Film 9 iyul 2021-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı. "Post-credits" səhnədə Falkon və Qış əsgəri serialından Valentina Alleqra de Fontaini rolu ilə tanınan Culia Luis-Dreyfus filmdə Şahingöz serialındakı Yelena rolu ilə yer alır.
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Dördüncü simfoniya (Motsart)
Simfoniya № 4 re major, KV 19 — 1765-ci ildə Motsart tərəfindən yazılmış simfoniya.
Dördüncü simfoniya (Part)
Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir. Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır. == Tarixi == === İnkişaf === Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır.
Dördüncü sülalə (Misir)
Qədim Misirdə Qədim padşahlıq dövrünün ikinci sülaləsi. Təxminən e.ə 2639–2506-cı illərdə hakimiyyətdə olmuşdur. Sülalə tarixdə "piramida tikənlər sülaləsi" kimi tanınmışdır. Beləki Xeops, Xefren, Menkaur piramidalarının tikintisi bu dövrə aiddir.
Dördüncü sənaye inqilabı
Dördüncü sənaye inqilabı vəya Sənaye 4.0 (ing. dilindən Industry 4.0) — dördüncü sənaye inqilabı adlı konseptin sırf sənaye ilə bağlı olan alt hissəsidir. Sənaye 4.0 və dördüncü sənaye inqilabı ifadələri tez-tez bir-birini əvəz etməsinə baxmayaraq, bunlar fərqli konseptlərdir. Sənaye 4.0 standartlarına cavab verən istehsal müəssisələri əsasən naqilsiz bağlantı və sensorlar ilə gücləndirilmiş, bütün istehsal xəttini görüntüləyə bilən və bu barədə qərar qəbul edə biləcək xüsusi bir sistemlə və bu sistemə qoşulmuş avadanlıqlarla təchiz olunur. Dördüncü sənaye inqilabı isə dünyada ümumi olaraq fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin qarışmasını təsvir edən bir yoldur. Bu, süni intellekt, robotexnika, Əşyaların İnterneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablama və digər texnologiyalardakı inkişafların birləşməsidir və hər hansı bir sahədə tətbiq oluna bilər. == Terminologiya == Sənaye 4.0 termini, 2011-ci ildə, Almaniya hökumətinin istehsalın kompüterləşdirilməsini təşviq edən yüksək texnologiya strategiyasının bir layihəsindən yaranmışdır. Sənaye 4.0 termini həmən ildə Hannover sərgisində ictimaiyyətə təqdim edildi. 2012-ci ilin oktyabr ayında Sənaye 4.0 üzrə İşçi Qrup, Alman federal hökumətinə Sənaye 4.0 tətbiqetmə tövsiyələrini təqdim etdi. Sənaye 4.0 işçi qrupunun üzvləri və tərəfdaşları Sənaye 4.0-ün qurucu ataları və hərəkətverici qüvvəsi kimi tanınırlar.
36 saylı Xətai dördüncü seçki dairəsi
Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabineti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. == Zəmin == Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. == Tərkibi == 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: == Fəaliyyəti == Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.
Bakı dördüncü rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Dördüncü Bakı yarmarkası (film, 1925)
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (Azərbaycan)
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) — Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir və 5 üzvdən ibarətdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəzdir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi 3 əsas platforma üzrə fəaliyyət göstərir. Mərkəz ölkəmizdə "Süni İntellekt və Maşın öyrənməsi", "Əşyaların İnterneti və Şəhər Transformasiyası" və "Rəqəmsal Ticarət" platformaları üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Digər lüğətlərdə