Dövlət Bölməsi

iqtisadiyyatın dövlət orqanları tərəfindən idarə edilən, dövlət mülkiyyətində olan hissəsi.
Dövlət Borcunun və Dövlət Zəmanətinin Reyestri
Dövlət Büdcəsi
OBASTAN VİKİ
Hakkari bölməsi
Hakkari bölməsi — Şərqi Anadolu bölgəsinin dörd hissəsindən biridir. Adını Hakkari ilindən almışdır. Sərt və dağlıq ərazi üstünlük təşkil edir. Kontinental iqlimə malik bölgədə qış çox soyuq keçir və bu xüsusiyyəti ilə Hakkari bölgəsi Türkiyənin ən soyuq yerlərindən biridir. İqtisadiyyat baxımından burada yaşayan əhalinin güzəranı əsasən əkinçilik və heyvandarlıqdan ibarətdir. Bölmə bütün Hakkari ilini, Şırnak ilinin şərqini və Van ilinin cənubunu əhatə edir.
AMEA Gəncə bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi — Azərbaycan Gəncə şəhərində elmi tədqiqat müəssisəsi. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzi Akademiyanın Rəyasət Heyətinin 06 oktyabr 1981-si il tarixli (Protokol ı35) qərarı ilə Qərb bölgəsində elmi tədqiqatların koordinasiyası məqsədilə yaradılmışdır. Mərkəzə Fuad Əliyev 1983-cü ildən 2012-ci ilədək rəhbərlik etmişdir. Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
AMEA Naxçıvan Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi — Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən biri. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır. Bölmə nəzdində üç ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir. 2003–2012-ci illərdə bölmənin 50 nəfər əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, 6 nəfəri elmlər doktoru, 44 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Təkcə 2010-cu ildə bölmənin 13 nəfər əməkdaşı müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.. AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" elmi jurnalları ildə 4 nömrə olmaqla mütəmadi olaraq işıq üzü görür. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur. 2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir.
Yuxarı Fərat bölməsi
Yuxarı Fərat bölməsi — Şərqi Anadolu bölgəsinin bir hissəsidir. Ümumiyyətlə dağlıq olmasına baxmayaraq, geniş çökəklik düzənliklərinə (Tunceli, Ərzincan, Elazığ, Malatya və Bingöl) malikdir. Şərqi Anadolu bölgəsində təsirli olan sərt kontinental iqlim şəraiti bu hissədə daha az təsirlidir. Qış fəsli bölgənin digər yerlərindən daha mülayim keçir. Səbəb hündürlüyün azalması və bənd göllərinin mülayim təsiridir. Yağıntılar yaz mövsümünə keçmişdir. Bölgənin əhalinin sayı və sıxlığı ən yüksək olan bölməsidir. Səbəblər iqlim şəraitinin daha mülayim olması, kənd təsərrüfatına yararlı torpaqların geniş ərazini əhatə eməsi, sənayenin inkişaf etməsi, nəqliyyat imkanlarının daha yaxşı olmasıdır. Türkiyədə mineral müxtəlifliyi və ehtiyatları ən yüksək olan bölmədir. Bölgədə sənayenin ən çox inkişaf etdiyi hissədir.
Ərzurum-Qars bölməsi
Ərzurum-Qars bölməsi— Şərqi Anadolu bölgəsinin dörd hissəsindən biridir. Bu hissədə dağlar üzərində uzanan yaylalar və inkişaf etmiş düzənliklər vardır. Bölmə geniş yaylalara malikdir və çox hündürdür. Onun dəniz səviyyəsindən orta hündürlüyü təxminən 2000 metrdir. Kontinental iqlimə malik bölgədə qış çox soyuq keçir. Bura Türkiyənin ən soyuq yeridir. Daha yüksək ərazilərdə havanın temperaturu -40 °C-ə çatır. Yayda burada hava ümumiyyətlə yağışlı olur. Sadəcə İğdırın hündürlüyü aşağı olduğu üçün burada fərqli iqlim hökm sürür. Bölmənin bu hissəsində pambıq, buğda, şəkər çuğunduru, tərəvəz və meyvə becərmək mümkündür.
Difai firqəsinin Qarabağ bölməsi
Qarabağ Birlik Məclisi (az-əbcəd. قاراباغ بیرلیک مجلیسی‎), həmçinin sadəcə Qarabağ məclisi (قاراباغ مجلیسی) və ya əvvəlki adı ilə Difai firqəsinin Qarabağ bölməsi (دیفای فیرقه‌سینین قاراباغ بؤلمه‌سی) — Difai Partiyasının Qarabağ regionunda fəaliyyət göstərən bölməsi. 1907-ci ilin martında və ya avqustunda yaradılmışdır. Mərkəzi Şuşada idi. Regionda çox populyar olan "Qarabağ Birlik Məclisi" partiyanın ən çoxsaylı, nüfuzlu və fəal bölməsi hesab olunur. Onun fəaliyyəti bütün Yelizavetpol quberniyasının Cavanşir, Qaryagin və Şuşa qəzalarını əhatə edirdi. Təşkilatın təxminən 400 nəfərlik döyüş drujinası var idi. Difai Partiyasının Qarabağdakı fəaliyyətinin başlaması "Qarabağ Birlik Məclisi"nin yaradılmasından əvvəlki illərə təsadüf edir. Difaiçilər Qafqaz Süvari Diviziyasının komandiri, general-mayor V.N. Qoloşşapovun sui-qəsdi və onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsini təşkil etmişdi. 1906-cı ildə Şuşada çağırılan məclisdə Əhməd bəy Ağaoğlu, Əbdülkərim bəy Mehmandarov və başqaları general Qoloşşapov haqqında demişdilər ki, o, "erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır".
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu
Bioresurslar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır. Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi. Bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları. Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild hazırlanılmışdır. Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi — Azərbaycan Gəncə şəhərində elmi tədqiqat müəssisəsi. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzi Akademiyanın Rəyasət Heyətinin 06 oktyabr 1981-si il tarixli (Protokol ı35) qərarı ilə Qərb bölgəsində elmi tədqiqatların koordinasiyası məqsədilə yaradılmışdır. Mərkəzə Fuad Əliyev 1983-cü ildən 2012-ci ilədək rəhbərlik etmişdir. Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi — Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən biri. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır. Bölmə nəzdində üç ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir. 2003–2012-ci illərdə bölmənin 50 nəfər əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, 6 nəfəri elmlər doktoru, 44 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Təkcə 2010-cu ildə bölmənin 13 nəfər əməkdaşı müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.. AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" elmi jurnalları ildə 4 nömrə olmaqla mütəmadi olaraq işıq üzü görür. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur. 2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir.
Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.
Diyen (dövlət)
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Dövlət (Platon)
"Dövlət" (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-cı ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi). Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır.
Dövlət (dəqiqləşdirmə)
Dövlət (Platon) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. Dövlət (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd.
Dövlət (Əbyəlil)
Dövlət kəndi (başq. Дәүләт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askorovo): 12 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 35 km. Совет муниципальных образований Республики Башкортостан.
Dövlət Baxçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Dövlət Bağçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Dövlət Departamenti
ABŞ Dövlət Departamenti (ing. United States Department of State) — ABŞ-də 1789-cu ildən xarici işlər nazirliyi funksiyasını həyata keçirən əsas xarici siyasət orqanı, dövlət katibi başçılıq edir. Prezidentin və Konqresin hazırladığı xarici siyasət xəttini həyata keçirir. Digər ölkələrdəki xarici işlər nazirlikləri kimi, 1789-cu ildə ölkənin ilk icra şöbəsi kimi yaradılıb. Ölkənin xaricdəki diplomatik missiyalarının idarə edilməsini, xarici təşkilatlarla müqavilələrin və sazişlərin müzakirəsini və Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyini ABŞ Dövlət Departamentini dövlətin xarici siyasətini həyata keçirir. Bundan əlavə, Dövlət Departamenti digər ölkələrdə sosial və siyasi proqramları təmsil edən qeyri-kommersiya təşkilatları və fondları ilə işləməkdən məsuldur. ABŞ dövlət katibi, Dövlət Departamentinin rəhbər vəzifəsi adlanır. 2018-ci ilin aprel ayında dövlət katibi Reks Tillerson istefa verdikdən sonra Mayk Pompeo vəzifəyə gəlmişdir. Departamentin idarə olunması ilə yanaşı, Dövlət katibi xaricdə baş diplomat və ölkə nümayəndəsi kimi fəaliyyət göstərir. Dövlət katibi, Birləşmiş Ştatların vitse-prezidenti, Nümayəndələr Palatasının spikeri və prezidentliyə namizədliyinə görə ilk rəsmi şəxs hesab edilir.
Dövlət Xatun
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan. 1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır. 1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir. 1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı.
Dövlət ateizmi
Dövlət ateizmi — teizmi qəbul etməyib, ateizmi dəstəkləyən dövlət siyasəti. Tarixdə və hal-hazırda daha çox Marksist ideologiyanı qəbul edən bəzi dövlətlər tərəfindən tədbiq edilmişdir və hələ də tədbiq edilməkdədir. Amma yenə də Marksizm dinləri rədd edən tək ideologiya deyildir. Laisez-faire dövrü kapitalistlərindən Ayn Randın fikirləri Marksizmə demək olar ki, daban-dabana zidd olmasına baxmayaraq, o, dinləri modern dövrdən əvvəlki dövrün batil inancları olaraq ifadə edirdi.
Dövlət bayrağı
Dövlət bayrağı — milli dövlətin rəsmi tanınma nişanlarından biri; fərqli və dəyişməz simvola malik olmalıdır. Bir çox hallarda qeyri-rəsmi dildə "milli bayraq" termini də işlədilir. Dövlət bayrağı — müəyyən ölçülərə və rəng çalarlarına malik parçadır. İstifadə zamanı bayraq tutağacına bərkidilir.
Dövlət başçısı
Dövlət başçısı — bir dövləti birlik və legitimliyi ilə rəsmi şəkildə təcəssüm etdirən ictimai şəxs. Ölkənin idarəetmə formasından və səlahiyyətlərin bölünməsindən asılı olaraq, dövlət başçısı təntənəli idrakçı (məsələn, Böyük Britaniya monarxı) və ya eyni zamanda hökumət başçısı və daha çox ola bilər (məsələn, ABŞ Prezidenti, o da Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır). Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Eyni şəxs müddətsiz sayda prezidentliyə namizəd ola bilər. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə mənsubdur. Prezidentli respublikalarda dövlətin başçısı eyni zamanda hökumətin rəhbəri olur, öz istəyinə görə nazirləri təyin edir. Bu prezidentin təmsil etdiyi partiyanın üzərinə xüsusi məsuliyyət qoyur. Bununla belə bir çox ölkələrdə dövlət başçısı özünün səlahiyyəti dövründə partiyada üzvlüyünü dayandırır. Parlamentli respublikalardan İtaliya respublikasında dövlət başçısının səlahiyyət müddəti 7 il nəzərdə tutulsa da başlanan konstitusiya islahatlarında gələcəkdə səlahiyyət müddətinin 5 ilə endirilməsi, 2 dəfə seçilməsi və yaş həddinin aşağı endirilməsi nəzərdə tutulmuşdur.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
E-dövlət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.