dünyanın işləri belədir!

so goes the world! в мире всё делается так!
dünyanın düz vaxtında
dünyanın qurtaran yeri
OBASTAN VİKİ
Axtarış işləri
Axtarış işləri (rus. Разведка месторождений полезных ископаемых) — faydalı qazıntı yataqlarının aşkar edilməsi və qiymətləndirilməsinə dair işlər kompleksi. Faydalı qazıntı yataqlarının axtarışı 3 mərhələdə aparılır: ümumi axtarışlar. bilavasitə axtarış işləri. axtarış-qiymətləndirmə işləri. Ümumi axtarışlar prosesində ərazilərdə tədqiqat aparmaqla faydalı qazıntıların mövcudluğuna birbaşa əlamətlərin olması ilə onların perspektivliyi təsdiq edilir. Axtarış işlərinin miqyası axtarış müşahidələri şəbəkəsinin sıxlığı ilə müəyyən edilir, faydalı qazıntıların növü və ərazinin geoloji quruluşunun mü rəkkəbliyindən asılı olur. Axtarış işlərinə geoloji, geokimyəvi və s. üsullar kompleksi ilə axtarışlar aparılması, səth mədən qazmalarının keçilməsi, axtarış quyularının, qanov, şurf, dairəvi şurf qazılması ilə ana süxurların aşkarlanması daxildir. Səmərəli xtarış işləri kompleksi faydalı qazıntıların növündən və işlərin aparıldığı ərazinin quruluşu, landşaft-coğrafi şəraitin dən asılı olaraq seçilir.
Dünyanın möcüzələri
Dünyanın möcüzələri Bəlkə də ilk belə siyahı eramızdan əvvəl V əsrdə Herodot tərəfindən tərtib edilmişdir. Yazılarında "tarixin atası" antik zamanlarda İon mədəniyyətinin mərkəzi olan Samos adasının üç möcüzəsini sadalayır. Həmən möcüzələr bunlardır: Evpalin tuneli (Samos akveduku) — (bir kilometr uzunluğunda su kəməri şəhəri təmiz su ilə təmin edirdi) Adanın limanındakı damba — (sahilləri qorumaq üçün nəzərdə tutulmuşdur, günümüzə qədər qalmamışdır) Heraion — Samos adasındakı Hera ilahəsinin məbədi Təqribən eramızdan əvvəl III əsrdə dünyanın yeddi möcüzəsindən ibarət klassik bir siyahı meydana gəldi: Xeops ehramı (Cizə, bizim e.ə. 2550-ci il) Semiramidanın asma bağları, (Babil, bizim e.ə. 600-cü il) Olimpdə Zevsin heykəli, (Olimpiya, bizim e.ə. 435-ci il) Artemida məbədi, (Efes, bizim e.ə. 550-ci il) Halikarnas mavzoleyi, (Halikarnas, bizim e.ə. 351-ci il) Rodoslu Koloss, (Rodos, bizim e.ə. 292–280-ci illər arası) İsgəndəriyyə mayakı, (İsgəndəriyyə, bizim e.ə. III əsr) 2001-ci ildə qeyri-kommersiya təşkilatı New Open World Corporation tərəfindən dünyanın müasir yeddi möcüzəsini ortaya çıxarmaq üçün hazırlanmış bir layihə başladıldı.
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Dünyanın xatirəsi
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın xilaskarı
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. Ən bahalı rəsm əsərlərinin siyahısı Qiyməti 201 milyon dollar olan portret!
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın yaradılması
Dünyanın yaradılması — dinlərdə kosmoqonik miflərin süjetidir, onun xüsusiyyəti demiurqun və ya Yaradan Tanrının varlığıdır, onun hərəkətləri və ya iradəsi ardıcıl yaradılış zəncirinin səbəbi və hərəkətverici qüvvəsidir. "Yaradılış" termini müasir təbiət elmlərində istifadə olunan " Kainatın mənşəyi" termini ilə antonimdir. Bu həm " yaradılış " – " mənşə " antonimiyasına, həm də qeyri-müəyyən arxaik "dünya" termininin " Kainat " kosmoloji termininə qarşı qoyulmasına aiddir. Əksər dinlərdə hər şeyin mənşəyi haqqında ümumi hekayələr var: nizamlı elementlərinin ilkin xaosdan ayrılması, ana və ata tanrılarının ayrılması, dünya okeanından qurunun yaranması, ilkin sular, sonsuz və zamansız və s. okean xaosun və ya özünün xaosun təcəssümlərindən biridir. Bir çox qədim kosmoqonik miflərdə okean və xaos ekvivalentdir və bir-birindən ayrılmazdır . Kosmoqonik (dünyanın mənşəyi haqqında) və antropoqonik (insanın mənşəyi haqqında) əfsanələrdə yaradılış haqqında bir qrup hekayə önə çıxır — dünyanın yer və ya kainat kimi yaradılması, heyvanlar və bitki aləminin yaradılması, insanın yaradılması, onların mənşəyini ən yüksək məxluqlar tərəfindən öz-özünə "yaradılış" aktı kimi təsvir edir. Dünyanın yaranması mifik zamanda, empirik (tarixi) "profan" zamandan əvvəlki xüsusi ilkin müqəddəs dövrdə, xüsusi yerdə — dünyanın mərkəzində baş verir. Mifopoetik şüurda məkan və zaman homogen (bircins) deyil. Ən yüksək dəyər (maksimum sakrallıq) yaradılış aktının baş verdiyi məkan və zaman nöqtəsinə — dünyanın mərkəzinə və "əvvəlində" — yaradılış vaxtının özünə (mifik zaman) aiddir.
Yer ölçmə işləri
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür: Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək: (d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın geosentrik sistemi
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Dünyanın heliosentrik sistemi
Heliosentrik sistem — Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.
Dünyanın hüquq coğrafiyası
Dünyanın qədim şəhərləri
Qədim şəhər iddiası şəhər anlayışında fərqli baxışlara görə mübahisəli ola bilər. Qədim şəhər dedikdə ilk növbədə daima məskunlaşma başa düşülür.
Dünyanın xatirəsi (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın ən yaxşıları
Dünyaların ən yaxşıları (ing. Worlds Finest) – “Supergörl” teleserialının CBS telekanalında yayımlanmış birinci mövsümünün 28 mart 2016-cı ildə efirə verilmiş on səkkizinci seriyası. Seriyanın ssenarisi Endryu Kraysberq və Maykl Qrassi tərəfindən yazılmış, rejissor kürsüsüni isə Nik Qomez tutmuşdur. Seriyada The CW telekanalında yayımlanan “Fleş” teleserialının (həmçinin Qreq Berlanti və Endryu Kraysberq tərəfindən yaradılmış və inkişaf etdirilmişdir) əsas personajı iştirak etmiş və beləliklə də, “Dünyaların ən yaxşıları” Ox Kainatı personajının iştirak etdiyi ilk “Supergörl” seriyası, Barri Allen isə serialın The CW telekanalına keçməsindən əvvəl “Supergörl”də rol almış ilk personaj olmuşdur. Seriyanın hadisələri “Fleş” teleserialının II mövsümünün “Versus Zoom” adlı seriyası ilə əlaqəlidir. Seriyada Melissa Benoyst daha əvvəl “Xor” serialında birlikdə rol aldığı Barri Allen rolunun ifaçısı Qrant Qastinlə yenidən birləşmişdir. Seriya, Supermenin Fleş də daxil olmaqla digər DC qəhrəmanları ilə bir komandada birləşdiyi “World's Finest Comics” seriyasından ilhamlanaraq yaradılmışdır. Kara özünü Ceymslə necə aparmağı bilmir, Ket ona daha passiv mövqe tutub Ceymsin müstəqil qərar verməsinə imkan yaratmağı məsləhət görür. O, həm də qırmızı kriptonitin təsiri altında etdiklərinə görə şəhər sakinlərinin gözündə günahını necə yumağı bilmir. Heç kimin ona kömək edə bilməyəcəyini anlayan Şivon D.E.O.-nu tərk edir, lakin, qəzəbi onu işdən çıxarılmasına görə qisas almaq üçün yenidən işə gələrək Karanı öldürməyə məcbur edir.
Dünyanın sonuncu günü
Dünyanın son günü və ya Paul V.R.-nin Son Səyahəti — ilk premyerası 2020-ci ilin sentyabr ayında Anqulem Frankofoniya Film Festivalında baş tutmuş, beynəlxalq premyerası isə Sitges Film Festivalında olmuş, rejissor Romain Quirotun çəkdiyi elmi fantastika filmidir. Bu film, Quirotun çəkdiyi "The Enigmatic Paul WR-nin Son Səyahəti" adlı qısametrajlı filminin davamı olan uzunmetrajlı filmdir. == Süjet xətti == Yaxın gələcəkdə Yer kürəsində temperatur yeni, dözülməz həddə çatmışdır. Dünyanın neft, kömür və qaz ehtiyatları tükənənmiş, vəhşi təbiətdə yaşayan əksər heyvan və bitki növləri yox olmuş və yüz milyonlarla insan iqlim qaçqınına çevrilmişdir. Bir müddət əvvəl isə səmada yeni bir planet peyda olmuşdur. Bəşəriyyət oraya çatmaq və elmdə inqilab edən Lumina mineralını çıxarmaq üçün çox səy göstərmişdir. Hiperenergetik olan bu element yer üzündə mövcud olan bütün digər enerji mənbələrini gözdən salmışdır. Sözügedən planet bir müddət sonra öz radiusundan çıxmış və planetin hərəkət istiqaməti dəyişmişdir. Planetin yeni hərəkət istiqaməti onun Yerlə toqquşma ehtimalını artırmış və dünyanın məhv olması təhlükəsi meydana çıxmışdır. Dünyada bu vəziyyəti düzəldə biləcək cəmi bir adam vardır.
Başqırd işləri üzrə komissiya
Başqırd işləri üzrə komissiya — 1735-1740-cı illərdə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Rusiyada formalaşdırılmış dövlət qurumu. == Haqqında == 1735-ci ildə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Başqırd işləri üzrə komissiya yaradılır. Qraf, rus diplomatı, general-mayor A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir və abeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 kalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır. Komissiyaya sonradan 1736-1737-ci illərdə M.Xruşov, 1737-1742-ci illərdə isə L.Soymonov rəhbərlik edib. Komissiyanın baş qərargahı isə Menzelinsk şəhərində yerləşirdi. Mərkəzi Ufada yerləşən Orenburq komissiyası ilə Başqırd komissiyası fövqəladə hadisələrdə koalisyon hökumət rolunu oynamalı idilər. Bundan başqa komissiya inzibati, diplomatik, hərbi və maliyyə-siyasi funksiyaları da yerinə yetirməli idi. 11 fevral 1736-cı ildə verilmiş qərara əsasən bölgənin rus əhalisinin siyahıyaalınması baş tutub. Həmçinin başqırd əhalisini də siyahıyaalmağa cəhd göstərirdilər.14 iyul 1737-ci ildə Başqırd komissiyası ilə Orenburq ekspedisiyasının ortaq iclasında Başqırdıstanın idarəetməsi ilə bağlı islahatların keçirilməsi qərarı verildi.
Din işləri üzrə rəhbərlik
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi. Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Dövlət Su İşləri (Türkiyə)
Türkiyə Respublikası Dövlət Su İşləri Baş İdarəsi (türk. Türkiye Cumhuriyeti Devlet Su İşleri Genel Müdürlüğü; DSİ) Türkiyənin ölkədəki bütün su ehtiyatlarının istifadəsinə cavabdeh olan, Kənd Təsərrüfatı və Meşə Nazirliyi yanında dövlət agentliyi. Qurumun dörd əsas funksiyası enerji, kənd təsərrüfatı, xidmətlər və ekologiyadır. DSİ-nin baş direktoru Qaya Yıldızdır. Süleyman Dəmirəl — Türkiyənin keçmiş baş naziri və prezidenti. O, 1955–1960-cı illərdə DSİ-nin baş direktoru vəzifəsində çalışmışdır. Veysəl Əroğlu — Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri. O, 2003–2007-ci illərdə DSİ-nin baş direktoru vəzifəsində çalışmışdır.
Tanrıya qarşı məhkəmə işləri
Tanrıya qarşı məhkəmə işləri — həm real həyatda, həm də uydurmada tanrıya qarşı başladılmış məhkəmə işləri. 1970-cı ildə arizonalı vəkil Rassel Tensi müvəkkili Betti Penrouzun adından çıxış edərək tanrıya qarşı məhkəmə işi qaldırmış və müvəkkili üçün 100 min ABŞ dolları təzminat tələb etmişdir. Penrouz tanrını "diqqətsizlik"lə günahlandırmış və evinə ildırım düşməsinə icazə verdiyini bildirmişdir. Tanrı "məhkəmədə özünü müdafiə edə bilmədiyi" üçün Penrouz məhkəmə işini udmuşdur. 2005-ci ildə rumıniyalı Pavel M adlı şəxs 20 il məhkum həyatı yaşadıqdan sonra Rumın Ortodoks Kilsəsinə qarşı məhkəmə işi açaraq tanrını "onu şeytandan qorumamaqla" günahlandırmışdır. Tanrı şəxs və ya qurum olmadığı üçün məhkəmə işi buraxılmışdır. 2008-ci ildə ABŞ-nin Nebraska ştatının senatı Erni Çembers tanrıya qarşı məhkəmə işi qaldırmış, tanrının zərərverici fəaliyyətlərinə qarşı məhkəmə əmri istəmişdir. Məhkəmə "tanrının dəqiq ev ünvanı olmadığı üçün məhkəmə işi ilə bağlı xəbərdalıq edilə bilmədiyini" əsas gətirərək məhkəmə işini buraxmışdır. Çembers tanrının hər şeyi gördüyünü və məhkəmə işindən xəbərdarlıq olduğunu bildirərək bir məhkəmə işi daha qaldırmışdır. Hindistanın Bihar ştatından olan vəkil Çandan Kumar Sinğ hinduizm tanrısı Ramanı həyat yoldaşı olan ilahə Sitaya pis davrandığını əsas gətirərək onu məhkəmə vermişdir.
Etnik Azlıqların İşləri Komitəsi
Etnik Azlıqların İşləri Komitəsi (vyet. Uỷ ban Dân tộc) — Vyetnamda ölkə daxilində etnik azlıqların işləri üzrə dövlət idarəçiliyi funksiyalarını həyata keçirən nazirlik səviyyəli agentlik. Komitəyə rəis rəhbərlik edir.
Dünyanın Tarixi Şəhərləri Liqası
Dünyanın Tarixi Şəhərləri Liqası — nadir mədəniyyəti və ənənələri, zəngin tarixi irsi olan şəhərlərin meriyaları tərəfindən yaradılmışdır. Bu təşkilat mədəniyyət, tarix, incəsənət, ekologiya sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsi məqsədi ilə 1994-cü ildə[mənbə göstərin] qurulmuşdur. Hazırda Dünyanın Tarixi Şəhərləri Liqasında planetimizin 126 şəhəri vardır. Akra Aleksandriya Algiers Amsterdam Andong Afina Bağdad Ballarat Barselona Bordo Boston Bratislava Brüssel Budapeşt Buyeo Chengdu Chiang Mai Cologne Kordoba Krakov Cusco Dijon Dublin Edinburq Fez Florensiya Cenevrə Quadalaxara Gongju Gyeongju The Hague Hanoi Helsingborg Hue Iasi İsfahan İstanbul Qüds Kaesong Katmandu Kazan Kiyev Konya Kyoto Lahore Lissabon Lutsk (Ukraine) Lvov Melburn Mexico City Minsk Montpellier Monreal Nanjing Nara Nikosia Norwich Norwood Payneham and St Peters Odessa Osmanqazi Paris Praqa Kvebek Riqa Roma Santyaqo de Kompostela Şəki (Azərbaycan) Daşkənd Tunis Ulan Bator Varanasi Vyana Xian Yangon Yogyakarta Zaqreb Zhengzhou Sürix Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.Azərbaycanın Şuşa şəhəri 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində baş tutan18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Tarixi Şəhərlər Liqasına daxil edilmişdir.
Dünyanın xilaskarı (da Vinçi)
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. Ən bahalı rəsm əsərlərinin siyahısı Qiyməti 201 milyon dollar olan portret!