DƏRƏ

Relyefin uzunsov, başlanğıcından qurtaracağına doğ-ru meylli, mənfi formasına deyilir. D. başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir, digər denudasiya prosesləri ikinci dərəcəli iş görür. D.-lər əsas və ona qovuşan yan D.-lər də az növbəsində üçüncü, dördüncü və i.a. dərəcəli D.-ri qəbul edir. Hər D.-nin əsas morfoloji hissələri onun dibi, ətəkləri və yamaclarıdır. D-nin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. D.-nin dibi ilə yamaclarının birləşdiyi yer D.-nin ətəkləri, ətəkləri ilə yallar (suayrıcılar) arasındakı hissələri isə D.-nin yamacları adlanır. D.-nin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq və pilləli (terraslı) ola bilər. Yamaclar dikliyinə və profil formasına görə eyni olduqda sim-metrik D. eyni olmadıqda asimmetrik D. adlanır.
DƏNİZLƏRİN ÇİRKLƏNMƏSİ
DƏRİNLİK AXINI
OBASTAN VİKİ
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Dərə (Basarkeçər)
Dərə — Ermənistan Respublikasının Geğarkunik vilayətinin Vardenis bələdiyyəsində kənd. Vaxtilə İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sonralar isə Basarkeçər rayonuna daxil olmuşdur. Dəniz səviyyəsindən təqribən 1980 m hündürlükdə yerləşir. == Etimologiyası == Kəndin ərazisi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd "Səmədağa dərəsi" adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent "Səmədağa" ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində "iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən "dərə" sözü əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 3 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Daranak" adlandırılmışdır.
Dərə (dəqiqləşdirmə)
Dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Yaşayış məntəqələri Dərə (Basarkeçər) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Kənd əhalisi 36 nəfərdən ibarətdir. Əhalisi tatlardır.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. == Haqqında == 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir.
Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez. == Etimologiya == Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir. == Hipotez == Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
Köndələn dərə
Köndələn dərə (rus. поперечная долина, ing. transverse valley) — qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Dərə Bid (Həftkel)
Dərə Bid (fars. دره بید‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 44 ailədə 88 nəfəri kişilər və 103 nəfəri qadınlar olmaqla cəmi 191 nəfərdir.
Dərə Girdələ (Bükan)
Dərə Girdələ (fars. داره گردله‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (26 ailə).
Antesedent dərə
Asılı dərə
Monoklinal dərə
Neytral dərə
Obsekvent dərə
Poxlu dərə
Poxlu dərə — Bakının Şimal-Şərq tərəfində, Qanlı təpənin ətəyindəki, indiki Təzə Bazarın yerləşdiyi dərə. XIX əsrin ortalarınadək, yəni Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcisləri xüsusi arabalarla gecə vaxtı daşınaraq, şəhər xaricinə çıxarılırdı. Bu məxsusi arabalar iri ağızları olan dəmir və taxta çəlləklər düzəldilirdi. Həmin zamanlarda şəhərdə yüzə qədər belə araba var idi. Arabaçılar öz yüklərini adətən şəhərdən çox kənarda olan indiki Təzə Bazarın yerləşdiyi dərəyə boşaldırdılar. Yayın isti aylarında üfunətdən bu ərazidən keçmək mümkün deyildi. Elə həmin vaxtdan da bu dərə "Poxlu dərə" adlanır. Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı. Bundan sonra bu ərazidə şəhərin kasıb və imkansız təbəqəsindən olan sakinləri məskunlaşmışdır.
Resekvent dərə
Resekvent dərə (rus. ресеквентная долина, ing. resequent valley, secondary consequent valley) — konsekvent çayın ikinci dərəcəli qolunun dərəsi olub, onun axım istiqamətini təkrarlayır və adətən süxur laylarının yatımına uyğun gəlir.
Yarımaçıq dərə
Yarımaçıq dərə (rus. полуоткрытая долина, ing. half open valley) — yamacların aşağı hissəsi birləşən, yuxarı hissədə başqa dərəyə keçən dərə.
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Yetkin dərə
Yetkin dərə (rus. зрелая долина, ing. mature valley) — tarazlıq profili yaranmış geniş, terraslaşmış, çay dərəsi.
Ölü dərə
Ölü dərə (rus. мертвая долина /сухая долина/, ing. dry valley, dead valley) 1) nadir hallarda, yaxud bir neçə ildə bir dəfə düşən güclü leysan nəticəsində qısa müddətli axına malik olan, arid səhraların, dərələri. 2) Qrunt suları səviyyəsinin düşməsi, və ya iqlim dəyişməsi, yaxud qonşu çay vasitəsilə zəbt olunması nəticəsində su axınından məhrum olmuş dərə.
İtqıran (dərə)
İtqıran — Azəarbaycan Respublikası Cəbrayıl rayonu dağ Tumas kəndi ərazisində dərə adı. Ermənistanda İtqıran kənd və Laçın rayonu çəmbər kəndi ərazisində İtqıran dağ adları ilə mənaca eynidir. Qıpçaqların İd (Ed, Et) tayfasının adından və qədim türk dillərində kuran "50 alacıqdan ibarət düşərgə" sözündən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Nalçik dairəsində İtqırtı (dağ), İtkolu (çay), həmin əyalətin Qrazlı dairəsində Etkala, Azərbaycanda İtyat (dağ) Ermənistanda İtgör. Gürcüstanda İdleti hazırda Azərbaycanda Ətcələr və b. adlarla mənşəcə eynidir.
Şor dərə
‎Şordərə-i Süfla (Germi) ‎Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay.
Əncirli dərə
Əncirli dərə — Qaradağ rayonunda dərə; Əncirli dərə — Qubadlı rayonunda dərə; Əncirli dərə — Zəngilan rayonunda dərə; Əncirli dərə — Cəbrayıl rayonunda dərə.
Dərə Qiyas (Bicar)
Dərə Qiyas (fars. دارغياث‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 256 nəfər yaşayır (66 ailə). Əhalisini kürdlər təşkil edir.
Dərə piri (Şahbuz)
Dərə piri, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində ziyarətgah. == Haqqında == Şahbuz rayonunun Nursu kəndinin şimalında, dərənin içərisində ziyarətgah. Pirin binası son zamanlarda təmir edilmişdir. Pir binası beşbucaqlı formadadır. Binanın girişi cənub tərəfdəndir. Onun içərisində bir böyük və iki kiçik müsəlman qəbiri vardır. Pirin içərisində həmçinin biri böyük, biri isə kiçik olmaqla iki qara daş vardır. Pır yerli əhalinin müqəddəs ziyarətgahlarından biridir. İnsanlar bura gələrək qurban kəsir və niyyətlərinin hasil olması üçün ziyarət edirlər. Pirin içərisi xalça və palazlarla döşənmiş, islam müqəddəslərinin rəsmləri ilə bəzədilmişdir.
Dəyirman dərəsi yaşayış yeri
Dəyirman dərəsi yaşayış yeri — Yuxarı Yaycı kəndindən şərqdə Ağbulağın yaxınlığında yerləşir. Burada dağ çayının sağ sahilində qaya parçalarından tikilmiş dördkünc formalı bina qalıqları və boru şəklində yonulmuş iri qaya parçalarına rastlanmışdır. Yerli əhalinin məlumatına görə burada vaxtilə dəyirman olmuşdur. Lakin hazırda о tamamilə dağıdılmışdır. Yaşayış yerindən Erkən Orta əsrlərə aid bir neçə keramika parçası aşkar olunmuşdur. Yaşayış yerini III–X əsrlərə aid etmək olar.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Fərrux (Dərəçiçək)
Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır. N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
Gomur (Dərələyəz)
Gomur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi qeyd edilmişdir. Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı formalarında göstərilmişdir. Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Heterotip dərələr
Heterotip dərələr (rus. гетеротипные долины, ing. heterotypic valleys) — yun. heteros-başqa və tupos-görünüş, nümunə, tip ayrı-ayrı hissələri mənşəcə fərqlənən tektonik, erozion və s. və yaxud geoloji strukturlarla müxtəlif münasibətdə olan, morfoloji cəhətdən qeyri-yekcins dərələr.
II dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
I dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
I dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Kölgədə 40 dərəcə isti (film, 1988)
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.

Digər lüğətlərdə