Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərya
Dərya — ad. Dərya Tınkaoğlu — Türkiyəni təmsil edən həndbolçu. Dərya Alabora — Türkiyə aktrisası. Dərya Hüdayı — amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. Dərya Dadvar — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. Aşıq Dərya Məhəmməd — Azərbaycan aşıqı. Təxəllüs Hüseyn Dərya — Azərbaycanlı reper və aktyor. Digər Dərya-i-nur — Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Kaptan-ı dərya — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur.
Dərya Alabora
Dərya Alabora (türk. Derya Alabora; doğum adı Dərya Harupçu, Derya Harupçu; 19 avqust 1959, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Dərya Alabora 19 avqust 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Memar Sinan İncəsənət Universitetinin konservatoriyasının teatr fakültəsini bitirmişdir. O, Alabora "Məsumiyyət" və "Yencək səbəti" filmlərində oynadığı rollara görə iki dəfə "Qızıl portağal" mükafatına layiq görülmüşdür.
Dərya Dadvar
Dərya Dadvar (1971, Məşhəd) — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. == Təhsili == Dərya əslən Rəştdən olsa da, Tehranda böyüyüb. 1992-ci ildə İranı tərk etdi və təhsillə bağlı Fransaya getdi. 1999-cu ildə vokal dərsərini bitirib "Musiqi tədqiqatları (Qızıl medal)" aldı. Bir ildən sonra Dərya Tuluzada yerləşən Milli Konservatoriyanı bitirdi. Daha sonra Tuluza təsviri incəsənət məktəbində (École des Beaux-Arts de Toulouse) magistr təhsili aldı.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Dərya Tınkaoğlu
Dərya Tınkaoğlu (d. 3 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Dərya Tınkaoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Dərya Tınkaoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Dərya Örs
Derya Örs (d.22 aprel 1966, Konya) — Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavini, professor, doktor, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Fəaliyyəti == 1966-cı ildə Konyada anadan olmuşdur. 1999-cu ildə doktor elmi adını, 2002-ci ildə əvvəlcə köməkçi dosent, daha sonra dosent elmi vəzifəsinə yüksəlmişdir. 2010-cu ildə Ankara Universitetinin Fars dili və Ədəbiyyatı bölməsi üzrə professor elmi vəzifəsinə yiyələnmişdir. “Nüsha Şarkiyat Araştırmaları” jurnalının təssisçi və redaktorlarından biri, həmçinin də Ankarada olan Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavinidir. Yıldırım Beyazit Universitetinin İnsan və Cəmiyyət elmləri fakültəsində baş müəllim və dekan kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədridir. 2016-cı il 11 noyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
Hüseyn Dərya
Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı – 15 mart 2014, Bakı) — Azərbaycan repçisi və aktyor. Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur. Hip hop karyerası 2000-ci ildən başlayıb. === Yaradıcılığı === === Ölümü === Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb. 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb.
Aşıq Dərya Məhəmməd
Aşıq Dərya Məhəmməd (1905, Qazax – 15 iyun 1984) — Azərbaycan aşıqı. == Həyatı == Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur. On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir. Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.
Dərya-i-nur
Darya-i-Nur(Farsca: دریای نور mənası "işıq dənizi") dünyanın ən böyük kəsilmiş almazlarından biridir. 182 karat (yəni 36 qram) ağırlığında. Bu almazın keyfiyyəti qüsursuzdur. Dünyadakı ən böyük çəhrayı almazıdır. Almazda çox nadir olan açıq çəhrayı daşın arxa üzündə Fəth Şahın adı və 1834-cü il tarixi yazılmışdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. == Tarix == Əvvəlcə Nader Şah Dərya-i Nurdan bəhs edir. Nader Şah 1739-cu ildə Hindistanla döyüşərkən Muğal xəzinəsindən almazı oğurlayır. 1747-ci ildə Nader Şahın ölümündən sonra almaz komandirlərindən birinin əlinə düşdü. Bu komandir eyni zamanda Xorasanın vəziri idi.
Kaptan-ı dərya
Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur. 16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı. Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur. İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. == Tarix və çağdaş dövr == "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir. İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. == Xüsusiyyətləri == RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.
Dəryan (Şəbüstər)
Dəryan (fars. داريان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,954 nəfər yaşayır (1207 ailə).
Dəryaz (Soyuqbulaq)
Dəryaz (fars. درياز‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,605 nəfər yaşayır (14 ailə).
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl dəryası (veriliş, 2009)
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Dəryaman (Germi)
Dəryaman (fars. دريامان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (37 ailə).
Dəryanur xalçası
Dəryanur xalçası — Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça. == Ümumi məlumat == Azərbaycanın bu xalçaları "Dəryanur xalçası" adını almışdır, lakin onun adlanması Dəryavar kəndinin adi ilə bağlıdır. Bu kənd Azərbaycanın cənubunda, Yardımlı rayonunun mərkəzindən 5 km şərqdədir. Hələ qədim zamanlardan Dəryavar kəndi xalça və xalçaçılıq məmulatlarına görə çox məşhurdur. "Dəryanur" xalçalarının XIX əsrdən başlayaraq, Şuşa, Ağdam, Bərdə, Cəbrayıl və digər şəhərlərdə istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Dəryavar kəndi olaraq qalmaqda idi. Bu ərazidə xalçaçılığın belə inkişaf etməsi təsadüfi deyildi. Bu kənd şimalda Qarabağ və Muğan kimi, cənubda isə Təbriz kimi böyük xalçaçılıq mərkəzlərinə yaxın yerləşirdi. Bu da yerli xalçaçılara öz müsbət təsirini göstərmişdir və burada xalçaçılıq özünün yüksək səviyyəsinə çatmışdır. == Bədii analiz == "Dəryanur" xalçalarının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə bir – birinin ardınca yerləşdirilmiş göllərdən ibarətdir. Formasına görə, bu göllər "Xanlıq xalçası" və "Açma-yumma xalçası" xalçalarının gölləri ilə oxşarlıq təşkil edir, lakin orta sahədə yerləşməsinə görə özünəməxsusuluğa malikdir.
Dəryavar
Dəryavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəryavar Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhali oykonimi Dərəyəvo kimi tələffüz edir, XIX əsrə aid ədəbiyyatda isə kəndin adı Dəriki formasında qeydə alınmışdır. Tədqiqatçılara görə, kəndin adı Talış zonasında Xlll əsrdən məlum olan qədim Drik mahalının adından, -yə birləşdirici hissəsindən və var (yer, məskən) sözlərindən ibarət olub, "Drik mahalından gələnlərin məskəni" mənasındadır. Kəndin ilk sakinləri də elə Drik mahalından köçüb gəlmiş ailələr olmuşlar.
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars: duzlu göl) — İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Elnur Dəryagir
Əhməd xan Dəryabəyi
Əhməd xan Cəfərqulu xan oğlu Dəryabəyi (?-1923) — Qacarlar ordusunun admiralı. Əhməd xan Cəfərqulu xan oğlu Fars əyalətinin Nəva nahiyəsində anadan olmuşdu. Tehran darülfünunu bitirmişdi. Türk, fars, ərəb dillərini bilirdi. Əmidülmülk ləqəbini daşıyırdı. Əhməd xan h.q. 1264-cü (1848) ildə, Nasirəddin şah hakimiyyətə gələn il Şirazda baş vermiş iğtişaşları yatırmaq üçün göndərilmişdi. Bu zaman o eşikağasıbaşının müavini idi. Orada işləri qaydaya saldıqdan sonra o, Əmir Kəbirin diqqətini cəlb elədi. Mirzə Tağı xan Əmir Kəbir onu İranın Tiflisdə baş konsulu təyin etdi.
Dəryabəyi
Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur). XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Darya Bilodid
Darya Gennadevna Bilodid (ukr. Дар'я Геннадіївна Білодід; anadan olub 10 oktyabr 2000-ci il, Kiyev) — ukraynalı cüdoçu. İki qat dünya çempionu, 2017-ci ilin Avropa çempionu. == Ümumi məlumat == 10 oktyabr 2000-ci ildə məşhur cüdoçu Gennadi Bilodid və həyat yoldaşı Svetlana Kuznetsovanın ailəsində anadan olmuşdur. Uşaqlıqdan bəri atasını yolunu davam etdirmişdir. Valideynləri onun məşqçisi olmuşdur. İlk əhəmiyyətli uğuru ölkə çempionluğunu və daha sonra 2015-ci ildə əldə etdiyi Avropa və Dünya çempionluğu idi. İlk böyük yaşlılar arasında qızıl medalını 2017-ci ilin mart ayında Praqada Açıq Qitə Kubokunda qazandı. 20 aprel 2017-ci ildə Daria Bilodid Varşavada keçirilən Avropa Çempionatında 48 kiloqram çəki dərəcəsində finalda rusiyalı İrina Dolgovaya qalib gəldi. Finala gedən yolda Daria, Maria Persian (Rusiya), Militsa Nikoliç (Serbiya) və Eva ÇernovetskİNİ (Macarıstan) məğlub etdi.
Darya Domraçeva
Darya Domraçeva == Həyatı == Darya Domraçeva 1986-cı il avqustun 3-də memarlar ailəsində anadan olub.
Darya Klimina
Darya Klimina (6 sentyabr 1989) — Qazaxıstanlı biatlonçu. Darya Klimina Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Darya Klimina birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Klimina 23:47.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 58-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Darya Naumova
Darya Sergeyvna Naumova (belar. Дар'я Сяргееўна Навумава; doğ. 26 avqust 1995-ci il, Potoka, Mogilyev vilayəti, Belarus) — Belarusiyalı ağır atlet. 75 kq çəki dərəcəsində çıxış etmişdir. 2016 Yay Olimpiadasının gümüş mükafatçısı. 2019-cu il Aropa çempionu. 2018-ci il dünya çempionatının mükafatçısı. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası. == Bioqrafiyası == Darya Naumova 26 avqust 1995-ci ildə Mogilev vilayətinin Potoka kəndində anadan olmuşdur. Sloboda əsas məktəbində oxumuşdur.
Darya Petrojitskaya
Darya Petrojitskaya (ukr. Дар'я Петрожицька; 31 may 1991, Çerniqov) — Ukrayna aktrisası. == Həyatı == 31 may 1991-ci ildə Çerniqovda teatr ailəsində anadan olub. Valideynləri Şevçenko Dram Teatrında birlikdə işlədikləri Çerniqovda tanış oldular. Atası Karpenko-Kary İnstitutunu bitirib və peşəkar aktyordur (Ukraynanın əməkdar artisti). 2007-ci ildə 43 yaşında insultdan vəfat edib. Anası həm balerina, həm də aktrisadır. Uşaqlıqdan mahnı oxumağı və rəqs etməyi sevirdi. Dörd yaşından Çerniqov Teatrının səhnəsində oynamağa başladı. İlk rol kiçik bir mələk idi.
Darya Skrupnik
Darya Skrupnik (12 dekabr 1987) — belaruslu cüdoçu. Darya Skrupnik Belarusu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Darya Skrupnik birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 52 kq çəkidə, 1/16 final mərhələsində Almaniyanın nümayəndəsi Maren Krey ilə üz-üzə gəldi. Həmin görüşdə Darya Skrupnik rəqibinə 1:11 hesabı ilə uduzdu.
Darya Sorokina
Darya Romanovna Sorokina (29 noyabr 2002, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Darya Sorokina Azərbaycanı 2017, 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci və 2024-cü illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Darya Sorokina həm də 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva , Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Bu qrup həm də 2024-cü ilin avqustunda Paris Olimpiadasını beşinci pillədə başa vurmaqla bu idman növü üzrə Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu çıxışına imza atıb.
Darya Şkurixina
Darya Valeriyevna Şkurixina (d. 3 oktyabr 1990; Kazan, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Darya Şkurixina, Rusiyanı 2008 Peкin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Darya Şkurixina, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yelena Posevina, Marqarita Aliyçuk, Anna Qavrilenko, Tatyana Qorbunova və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Dəra mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Derna
Derna (ərəb. درنة‎) – Liviyanın şimalında, Aralıq dənizin sahilində yerləşən liman şəhəri. Tarixən ərəb dövlətlərinin paytaxtı rolunu oynamış Derna hər zaman mühüm liman şəhəri kimi tanınmışdır. Hələ ellinizm mədəniyyəti zamanında aktiv liman funksiyasını yerinə yetirən Dernada 1850-ci ildə 4.500 yaxın əhali yaşamaqda idi. Günümüzdə Derna bölgəsinin mərkəzi olan şəhər hal-hazırda İraq Şam İslam Dövlətinə bağlı terror birləşmələrinin nəzarəti altındadır. Sinay yarımadasında aktiv olan terror qrupları şəhəri ələ keçirdikdən sonra İraq Şam İslam Dövlətinə bağlılıq andı içərək şəhəri terror təşkilatının nəzarəti altına qatıblar.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Perya (Fransa)
Peryö (fr. Peyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Çerya mağarası
Çerya və ya Çeryanka ( serb. Церјанска пећина ,Cerjanska pećina ) - Serbiyanın cənub-şərqində mağara. Uzunluğuna görə Lazarev mağarasından sonra Serbiyanın ikinci ən uzun mağarasıdır. Mağaranın uzunluğu 7149 metrdir. Mağara Çerya kəndindən 3,5 km şərqdə (Panteley bölgəsi), Niş şəhərindən isə 15 km şimalda yerləşir. Mağaraya giriş Kalfat dağının qərb yamacındadır. Məhs giriş yerində Provalay çayı yer altında itir. Mağara hidroloji baxımdan aktivdir. Geoloqların hesablamalarına görə mağaranın yaşı 2 milyon ildir. Mağara girişi kiçik və ensiz olsa da baş zal böyük ölçüdədir.
Xudafərin-dərdi dərin (film, 1990)