Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey Qoruğu
Dərbənd Dövlət Tarix-Memarlıq və incəsənət Muzey-Qoruğu — Rusiya ərazisindəki ən qədim şəhər olan Dərbəndin tarixinə həsr olunmuş muzey kompleksidir. Muzey-Qoruğunun ərazisi qorunan zonalarla birlikdə 2044 hektardır və burada 250-dən çox (və bəzi hesablamalara görə 400-dən çox) tarix və mədəniyyət abidələri cəmləşmişdir. Muzey kompleksinin ərazisində 2003-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Narın-Qala qalası da daxil olmaqla 25 federal əhəmiyyətli abidə var.
== Yaradılması ==
Dərbənddə tarix diyarşünaslıq muzeyi 1926-cı ildə yaradılmışdır. Onun yaradıcısı Dərbənd 1 saylı məktəbin kimya müəllimi, yerli tarixə həvəsli Pyotr İvanoviç Spasski idi.
5 may 1928-ci ildə Dağıstan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti "Dərbəndin bütün qədim abidələrini, xüsusən də Dərbənd qalası, bütün uzunluğu boyunca divar, Kirxlyar qəbiristanlığı, digər qəbiristanlıqlar, I Pyotrun qaldığı yerin qalıqları, şair Aleksandr Bestujev-Marlinski və başqa tarixi əhəmiyyətli yerlərin qorunması haqda qərar verdi.
1934-cü ildə muzey bələdiyyə statusu aldı.
1960-cı ildə Dərbənd elmi bərpa emalatxanaları yaradıldı, 1971-ci ildən başlayaraq muzey sistemli arxeoloji tədqiqatlar aparır.
1977-ci ildə muzey tarixi-memarlıq muzeyinə çevrildi.
1989-cu ildə Dərbənd Dövlət Tarix, Memarlıq və İncəsənət Muzeyi-Qoruğu yaradıldı, hal-hazırda (2020) rəhbəri V. V. Çesnokovdur.