Abbas Dabılov
Abbas Dabılov (1898-1970) - XX əsr Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi və qissəxan.
== Həyatı ==
Abbas Dabılov 1898-ci ildə Taxtakupır rayonunda anadan olub. O, yaradıcılığında qaraqalpaq klassik poeziyasının ən yetərli ənənələri əksini tapmış və o, XX əsrdə bu ədəbiyyatın ənənələrini özünəməxsus şəkildə davam və inkişaf etdirmişdir. A.Dabılovun uşaqlığı böyük ehtiyac içərisində keçmiş, gənclik dövründə o, Ural ətrafı qazaxların içində olmuşdur. Eyni zamanda o, qissəxanlıq sənətinə yiyənlənməklə istedadlı qiraət ustası kimi tanınmışdı. Abbas Dabılov qədim xalq dastanlarını çox böyük məharətlə ifa etmiş və nəticədə onun yaradıcılığı həm də ona uzun illər ərzində «Bahadır» (1945-1966) poema-dastanını yazmağa təsir etmişdir. Bu, elə bir epik əsərdir ki, burada doğma xalqın milli xüsusiyyətləri və Qaraqalpaqstanın XIX əsrdəki həyatının realist hadisələri əks olunmuşdur. Abbas Dabılovun «Bahadır» poema-dastanı qaraqalpaq ədəbiyyatının özünəməxsus hadisəsi hesab olunur. Yüksək poetik ənənələrə söykənən bu əsərə görə Abbas Dabılov Berdax adına Qaraqalpaqstan Dövlət mükafatına layiq görülmüşdür. O, Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi olmuşdur.