DARTMAQ

Üyütmək sözünün sinonimidir, eyni mənada çəkmək sözü də işlədilir. Tuva dilində çəkilmiş ət əvəzinə, dartılmış ət işlədirlər. Onlarda dartmaq, çəkmək sözləri ruscaya “размолоть” kimi tərcümə olunur. Güman edirəm ki, dartmaqçəkmək feillərinin üyütmək kəlməsi ilə sinonim olmasının səbəbi belədir: qədim dövrlərdə dəyirman daşını fırlatmaq üçün heyvan qüvvəsindən istifadə olunub, at, eşşək və s. Dartma (çəkmə) yolu ilə daşı hərəkətə gətirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DARQURŞAQ
DARVAZA

Digər lüğətlərdə