DARÜL-HƏRB

savaş və müharibə yerləri və ya İslam qanunları ilə idarə olunmayan, müsəlmanlara düşmən olan ölkələr və bölgələrdir. Quranda bu termin istifadə edilməmişdir. Onun yaranması daha çox ictihadlarla bağlıdır. Fiqh alimləri Darül-Hərb terminini Ərəbistanın başqa yerlərini, Mədinədə qurulmuş müsəlman icmasından ayırmaq üçün istifadə etmişlər. Xilafət genişləndikcə fiqh alimləri onun ilahi mahiyyətini vurğulayaraq, Darül-İslamı Darül-Hərb adlandırdıqları dünyanın başqa yerlərindən fərqləndirməyə başlamışlar. Bunun üçün İslam bölgələri qeyri-müsəlmanların təcavüzünə məruz qalanda da, o yerlər Darül-Hərb hesab edilirdi. İctihadlara görə hər hansı bir ölkədə müsəlmanlar dinlərinə görə təqib edilirlərsə, dinlərini gizlətməyə məcbur olurlarsa, onda oranı da Darül-Hərb hesab etmək mümkündür. Hüquqi baxımdan Darül-Hərbdə yaşayan müsəlmanlar İslam ölkələrində yaşayan müsəlmanlardan fərqlənmirlər. Fərq yalnız ondadır ki, onların orada sosial həyatı şəriət qanunları ilə tənzimlənmir. İslam hüquqçularının əksəriyyətinə görə, Darül-Hərbdə yaşayan müsəlmanlar böyük günahlara batmış olsalar belə, bu yerlərdə İslam hakimiyyətinin olmadığına görə, onlar şəriət qanunları ilə mühakimə edilməməlidirlər. Bu müsəlmanlar, günahlarına görə Allahın qarşısında məsul olacaqlar. Ancaq digərləri hesab edirdilər ki, müsəlmanların müsəlman ölkəsində və ya Darül-Hərbdə yaşamalarından asılı olmayaraq onların hamısı şəriət qanunları ilə mühakimə edilməlidirlər. Bununla belə, müsəlman hüquqçularının əksəriyyətinə görə müsəlmanlar üçün şəriətdə qadağan olunmuş şeylər Darül-Hərbdə də qadağandır. Alimlərin az bir hissəsi Darül-Hərbdə yaşayan müsəlmanlar üçün fərqli fikirlər irəli sürmüşlər. Bəzi alimlər müsəlmanların Darül- Hərbdə yaşamasını doğru hesab etməmiş, onların oradan İslam ölkələrinə köçməsinin vacib olduğu haqqında fikirlər irəli sürmüşlər. Onlar buna dəlil kimi bu Quran (4: 97-100) ayələrini göstərirlər. Ancaq digər alimlərə görə müsəlmanlar Darül-Hərbdə təqib olunmurlarsa, onların orada yaşmaları daha yaxşıdır. İslam hüquqçularının əksəriyyətinə görə ehtiyac olmasa, Darül-Hərbdən İslam ölkəsinə köçmək vacib deyildir. Orada yaşamaq, eləcə də, orada İslamı din kimi yaşamağa cəhd etmək daha üstündür.
DARUN-NƏDVƏ
DARÜL-İSLAM
OBASTAN VİKİ
Hərb
Hərb — mənası döyüş, savaş anlamına gəlir. Qədim dövrlərə gedib çatan bir tarixə malikdir. Hərbidə işləyən və ya xidmət edən şəxsə isə hərbçi deyilir. Hərbçilərin mülki şəxslərdən fərqi odurki, onlar nizamnamə çərçivəsində hərəkət edir, müəyyən hərbi və mülki biliyə sahib, ekstremal vəziyyətlərdən çıxış yolunu asanlıqla tapan, fiziki cəhətdən güclü və mənəvi cəhətdən iradəli olurlar. İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tətbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrinin və inkişaf etməkdə olan ölkələrində hərbi xidmət 18 və ya 12 aydır. Azərbaycanda hərbi xidmət 18 ay müddətində olur.
Falanqa (hərb)
Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8–16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800–1000 hoplit olan 8–16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə — lohlara, ayırdı. == Makedon falanqası == Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar. E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi.
Hərb incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Hərb küçəsi
Hərb küçəsi — Azərbaycanda, İçərişəhərdə yerləşən küçə. Mirzə Əhməd məscidi burada yerləşir.
Hərb medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Hərb sənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Sıra (hərb)
Sıra - hərbi qulluqçuların piyada və maşınlarla birgə hərəkəti üçün Nizamnamə ilə düzülüşünə deyilir.
Səngər (hərb)
Səngər — ön xəttə qazılan kanallar və yaxud kanal tipli dərin qazılan və insanları kənar təhlükələrdən qoruyan xəndəkdir. Səngər sözü qədim fars mənşəli söz olub, mənası (səngər - aşağı, aşağıda) mənası ilə tərcümə olunur.[mənbə göstərin] Səngər əsasən müharinə zamanı döyüş sahələrində qazılır. Güllədən, qəlpədən əsgərləri qorunmaq üçün nəzərdə tutlur. Səngər sözünə müxtəlif bədii əsərlərdə də rast gəlmək olur. Məsələn: – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”.
Xəndək (hərb)
Xəndək, xüsusi olaraq bir qala, bina və ya şəhəri əhatə edən böyük, dərin və əsasən su ilə doldurulmuş bir istehkamdır. Bəzi hallarda su maneəsi olaraq daha mürəkkəb süni göllərə çevrildiyi müşahidə edilmişdir. Müasir dövrdə xəndəklərin və ya su baryerlərinin qabaqlayıcı təsirləri itdiyindən vizual olaraq üstünlük verilməyə başlanmışdır.
Hərb tarixi
Nüvə silahları nüvə parçalanması və birləşmə reaksiyalarından böyük dağıdıcı gücə malikdir. 1930-cu illərdə edilən elmi kəşflərə əsaslanaraq, ABŞ, İngiltərə, Kanada və azad Fransa, II Dünya Müharibəsi dövründə Manhattan Layihəsi adlanan bir atom bombası olaraq da bilinən parçalanma silahı yaratmaq üçün əməkdaşlıq etdilər. 1945-ci ilin avqust ayında Hirosima və Naqasakinin atom bombardmanları ABŞ tərəfindən bu müharibənin sonlarında Yaponiyaya qarşı həyata keçirildi və bu günə qədər hərbi əməliyyatlarda nüvə silahının tək istifadəsi olaraq qaldı. Sovet İttifaqı, qısa müddət sonra öz atom bombası layihəsi ilə inkişafa başladı və çox keçmədən, hər iki ölkə hidrogen bombası kimi tanınan daha güclü birləşmə silahları inkişaf etdirdilər.
Marş (hərb)
Marş (it. marcia, fr.
Fəth (hərb)
Fəth — düşmənin silah gücünə hərbi tabe edilməsi aktı. Normanların İngiltərəni fəthi hərb tarixindəki fəth nümunələrindən biridir. Bu hadisə İngiltərə Krallığının normanların nəzarətinə keçməsinə səbəb olmuş və 1066-cı ildə Fateh Vilhemi ingilis taxtına gətirmişdir. Fəth müəyyən mənada müstəmləkəçiliklə əlaqələndirilə bilər. Məsələn, İngiltərə anqlo-saksların, vikinqlərin və franko-normanların müstəmləkəçiliyi və fəthinin mərhələlərini yaşamışdır. == Tarixi fəthlər == Qədim sivil xalqlar böyük miqyasda müharibələr aparırdılar ki, bu da əslində işğalçılıq idi. Misirdə işğal və fəthin təsirləri rəsm və heykəllərdə təmsil olunan müxtəlif irq tiplərində müşahidə olunur. Təkmilləşdirilmiş təsərrüfat getdikcə daha böyük orduların formalaşmasına və təkmilləşdirilmiş silah texnologiyasını əhatə edən ixtisaslaşmaya imkan vermiş və bu, əhalinin artması və siyasi nəzarətlə birlikdə müharibənin daha geniş vüsət alması və dağıdıcı xüsusiyyət alması ilə nəticələnmişdir. Nəticədə asteklər, inklər, Dahomeya, Benin, Misir, Babilistan, Assuriya və İran kimi qədim sivilizasiyalar ətrafdakı az təşkilatlanmış cəmiyyətlərdən daha militarist xüsusiyyətləri ilə seçilmiş və hərbi sərgüzəştləri daha geniş miqyas alaraq ilk effektiv fəthləri mümkünləşdirmişdir. == Xüsusiyyətləri == === Miqrasiya === Hərbi fəth insan miqrasiyasının ən davamlı səbəblərindən biri olmuşdur.
Azərbaycanın hərb tarixi
== Azərbaycan tarixi == Azərbaycan hərb sənətinin tarixi çox qədimdir. Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816–837-ci illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olmuşdu. Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətləri, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə Azərbaycan dəfələrlə yadelli qəsbkarların hərbi təcavüzünə məruz qalmışdır. Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirmış, onu həyatın ən vacib məqsədinə çevirmişdir.
Türkiyənin hərb tarixi
Türkiyənin hərbi tarixi - Türkiyə Qurtuluş Savaşından sonra Türkiyə Cümhuriyyəti dönəmindən başlayan müasir silahlı qüvvələrin tarixidir. Türk inqilabçıları Mustafa Kamal Atatürkün başçılığı ilə Qurtuluş Savaşında qələbə qazanandan sonra Osmanlı İmperiyasının qəbul etdiyi Serv sülh sazişini rədd edərək, onu Lozan sazişi ilə əvəz edir və Ankarada oturan yeni hökumətin leqitimliyini bütün dünyaya qəbul etdirir. Məhz bu dövrdən sonra türk ordusunun müasir hərb tarixi başlayır.
Vəhşi ibn Hərb
Vəhşi ibn Hərb (ərəb. :وحشي بن حرب‎ه‎; VII əsrin əvvəli—VII əsrin 60-cı illəri) – İslamı qəbul etməmişdən əvvəl müşriklərin sıralarında 625-ci ildə Uhud döyüşünə qatılmış, İslam peyğəmbərinin əmisi Hz. Həmzəni öldürmüşdür. Vəhşi Efiopiya mənşəli – həbəş idi. İslamı qəbul etməmişdən əvvəl Qureyş liderlərindən Cübeyr ibn Mütimin köləsi idi. Xüsusilə mükəmməl nizə atmağı ilə tanınırdı. Bir rəvayətdə deyilir ki, Məhəmməd peyğəmbərin əmisi və süd qardaşı olan Hz. Həmzə Bədr döyüşündə Cübeyrin əmisi Tuəyməni öldürmüşdü. Uhud döyüşündə Cübeyr əmisinin qisasını almaq üçün Vəhşiyə onu köləlikdən azad edəcəyi vədini verərək Həmzəni öldürməyi tapşırmışdı. Digər bir versiyada isə Vəhşinin Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Hz.
İstanbul Hərb Muzeyi
İstanbul Hərb Muzeyi (türk. Askerî Müze) — İstanbulda türklərin əcdadlarından müasir Türkiyəyə qədər olan türk hərbi tarixindən bəhs edən muzey. İstanbulun Harbiye səmtindəki Cümhuriyyət küçəsində yerləşən, 54.000 m² ərazidə qurulmuş, 18.600 m² bina olan tikililər kompleksidir. Geniş bir ərazini əhatə edən Mekteb-i Harbiye binası Osmanlı imperiyası üçün zabit yetişdirmək üçün qurulmuş və 1862-ci ildə inşa edilmişdir. Muzey bazar ertəsi və çərşənbə axşamı günləri istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. Muzey əvvəlcə 1908-ci ildə Aya İrini Kilsəsində açılmışdı. 1950-ci ildə Şişli rayonu yaxınlığındakı Harbiye məhəlləsinə, çox sayda hərbi qurumun cəmləşdiyi ərazidə yerləşən Birinci Ordunun keçmiş qərargahına köçürüldü. 1957-ci ildə muzey General Əhməd Hulki Saral tərəfindən yenidən təşkil edildi. 1993-cü ildə muzey yenidən təşkil edildi və hələ də yerləşdiyi binada fəaliyyət göstərir. Muzey 9 salondan ibarət eksponatın nümayiş olunduğu 22 salondan ibarətdir.
Hərb və sülh
Hərb və sülh (rus. Война и миръ) — Rusiya yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. "Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873–1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur. "Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir. 2009-cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və sülh" birinci olmuşdur. Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır.
"Hərb" medalı (Osmanlı imperiyası)
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Azərbaycan Hərb Tarixi Muzeyi
Azərbaycan Hərb Tarixi Muzeyi - Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində struktur. Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 oktyabr 1992-ci il “Müstəqil Dövlətlər Birliyinin VI Ordu Qarnizonunun “Döyüş Şöhrəti” Muzeyinin Təhvil Alınması haqqında 418 n-li əmrinə əsasən” 10 dekabr 1992-ci ildə təşkil olunub. Muzey təşkil olunarkən Azərbaycan Hərb Tarixinə aid eksponatlar yox idi. Hazırda muzey kollektivinin zəhməti sayəsində muzey fondunda eksponatların sayı 11000-nə yaxındır. Bu gün muzeydə 5 ədəd tank, 9 ədəd zirehli transportyor (BTR kimi tanınır) və piyadaların döyüş maşını (BMP), 16 ədəd top, 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid 6 ədəd müxtəlif hərbi texnika nümayiş etdirilir. Muzeyin daxili ekspozisiyasında “Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, "44 günlük müharibə", “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri” ilə bağlı zallar fəaliyyət göstərir..
Bolqarıstan Hərb Tarixi Muzeyi
Bolqarıstan Hərb Tarixi Muzeyi (bolq. Национален военноисторически музей) — Bolqarıstanda yerləşən hərb tarixi muzeyidir. Muzey Bolqarıstanın Sofiya şəhərində yerləşir. Müdafiə Nairliyinin tabeliyində olan muzey müxtəlif adlar altında 1 avqust 1914-cü ildə müəssisə şəklində yaradılmışdır. 4 iyul 1916-cı ildə isə muzey statusu almışdır. Qapalı sahənin ərazisi 5000 kvadrat kilometrdir. Açıq sərgi sahəsinin ərazisi isə 40000 kvadrat kilometrdir (500 kvadrat metr yaşayış sahəsi). Həmçinin muzeydə kitabxana və kompüter mərkəzi fəaliyyət göstərir. == Tarixi == Hərbi Tarix Muzeyi 4 iyul 1916-cı ildə yaradılmışdır. Hərbi Muzey Komissiyası, arxiv, kitabxana və sərgi isə 2 ildən sonra yaradılmışdır.
Hərb və Sülh (roman)
Hərb və sülh (rus. Война и миръ) — Rusiya yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. "Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873–1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur. "Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir. 2009-cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və sülh" birinci olmuşdur. Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır.
Nasist hərb düşərgələrinin siyahısı
Taqanroq hərb-tarix muzeyi
Taqanroq hərb-tarix muzeyi — Taqanroq şəhərində ilk qeyri dövlət muzeyi. Muzey rayonun mərkəzində, əsrarəngiz bir ərazidə, dəniz sahilinə yaxın bir ərazidə yerləşir. Muzeyin tarixi 2004-cü ilin 9 mayından başlayır. Onun əsası Avto-Retro Taqanroq klubu tərəfindən qoyulmişdur. Son dövrlərdə bir necə avto və moto texnikalar əldə edilmişdir. 2008-ci ildən muzey həebi istiqamət alır. 6 may 2010-cu ildə muzeyin daimi ekspozisiyası açılır. Bir müddət sonra burada minlərlə eksponat toplanmışdır. 2012-ci ilin iyulunda muzeyə rəsmi olaraq «Taqanroq hərb-tarix muzeyi» adı verilir. Muzeydə hərb-tarixi klubu təşkil edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi — Azərbaycan Xalq Cümhuriyyətinin ordusu, hərbi tarixi, donanmaları. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şərait, əldə edilmiş müstəqilliyin qorunması üçün bütün sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində də fəal siyasətin həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət, bir tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin qarşısının alınmasında, uyğun beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun formalaşmasına əlavə imkanlar aça bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, məhz Azərbaycanla Osmanlı Türkiyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanması və həmin müqaviləyə əsasən, Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlıq qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütünlükdə Azərbaycan xalqının mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi. Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun Hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı.