DARÜL-İSLAM

İslam qanunları ilə idarə olunan ölkə və bölgələr nəzərdə tutulur. Quranda bu terminə rast gəlinmir. Onun yaranması daha çox ictihadlarla bağlıdır. İslam hüquqçuları Darül-İslam terminini Mədinədə qurulmuş müsəlman cəmiyyətini Ərəbistanın başqa yerlərindən ayırmaq üçün istifadə etmişdirlər. Daha sonra Xilafət genişləndikcə bu anlayış şəriətin hökm sürdüyü hər bir bölgəyə aid edilməyə başlamışdır. Xilafətdə müsəlmanlar ilə yanaşı qeyri-müsəlmanlarda yaşaya bilərdi. Burada başlıca şərt məhkəmələrin, eləcə də qanunverici və icraedici orqanların İslam prinsip və qanunları üzərində qurulması olmuşdur. Bu halda ölkə Darül-İslam hesab edilə bilərdi. Bir çox alimlərə görə, müsəlmanlar hər hansı bir yerdə siyasi güclərini itirsələr belə, orada şəriət qanunlarını tətbiq edən varsa o yerlər Darül-İslam olaraq qalır. Ancaq, bu qayda İslamdan çıxmış cəmiyyətlərə (mürtədlərin) aid edilməmişdir.
DARÜL-HƏRB
DAVUD
OBASTAN VİKİ
Ermənistanda islam
Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır. == Ermənistan ərazisində islamın yayılması == İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür. X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar.
Estoniyada islam
Estoniyada islam (est. Islam Eestis) — islam dini Estoniya Respublikasının ərazisində. == Müsəlmanların sayı == Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. == Tallin məscidi == Tallin məscidi paytaxt Tallində, Keevise küçəsi 9 ünvanında yerləşir.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Gürcüstanda islam
İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər. == Milli və məzhəb tərkibi == Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilər və Ahıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. == Bioqrafiyası == Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Kosovoda islam
Kosovoda islam — qismən tanınmış Kosovo Respublikasında dominant olan din. Ənənəvi olaraq albanların böyük əksəriyyəti islam dinində etiqad edir. Bununla yanaşı onların az bir qismi xristiandır. Region Kosovonu da əhatə edən Balkanların Osmanlı fəthinə söykənən uzun müddət davam edən bir ənənəyə sahibdir. 1389-cu ildə Kosovo döyüşündən əvvəl bütün Balkan bölgəsi həm Qərbi, həm də Şərqi Roma imperiyası tərəfindən xristianlaşdırılmışdı. 1389-cu ildən 1912-ci ilə qədər Kosovo müsəlman Osmanlı İmperatorluğu tərəfindən rəsmi şəkildə idarə olunmuş və təbii olaraq islamlaşdırma yüksək səviyyədə olmuşdur. İkinci Dünya müharibəsindən sonra Kosovo Yuqoslaviya Federativ Sosialist Respublikası tərkibinə qatıldıqdan sonra dinlərdən uzaqlqaşma sürətlənmişdir. Bununla belə hazırda Kosovo əhalisinin 96% -i müsəlmanlardan ibarətdir. Burada müsəlman olan boşnak, qorani və türklər də yaşayır. == Tarixi == On altıncı əsrə qədər Kosovoda islamlaşmanın dərəcəsi minimal idi və əsasən şəhər mərkəzləri ilə məhdudlaşırdı.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Qambiyada islam
Qambiyada islam (ing. Islam in the Gambia) — islam dini Qambiya ərazisində. Qambiya əhalisinin sayı təxminən 1,5 milyondur ki, onun da təxminən 90%-i müsəlmandır. Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etmişdir. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci İslam Respublikası olmuşdur.
Qazaxıstanda islam
Qazaxıstanda islam — Qazaxıstan Respublikasında inanclılar arasında ən geniş yayılmış din. 2009-cu il siyahıya alınmasına görə ölkə əhalisinin 70 % müsəlmandır. İstiqamət — Sünnizm. Məzhəb (müəlman din məktəbi) — Hənəfi məzhəbi. Səlahiyyətli orqan — Qazaxıstan müsəlmanlarının dini idarəsi (QMDİ). İslamın müasir Qazaxıstan ərazisində yayılma dönəmi bir neçə əsr ərzində baş vermişdir. İlk dəfə isə ölkənin cənubunda yayılmışdır. İslamın Qazaxıstan ərazisində yaılmasının ilk qığılcımı 751-ci ildə Talas döyüşündən sonra baş verir. Türgiş xaqanlığının ərazisində yayılmış türklər Abbasilər xilafətinin dəstəyi ilə Tan sülaləsinin qüvvələri üzərində qalibiyyət əldə etmişlər. Qalibiyyət sayəsində Tan sülaləsinin qərbə doğru genişlənməsinin qarşısı alınmış və islamın artıq X əsrdə Yeddisu ərazisinə qədər yayılmasını təmin etmişdir.
Qazi (islam)
Qazi döyüşdə iştirak edən, yaralanan və sağ qayıdan əsgərə deyilir. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır. Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və "müharibədə iştirak etmiş şəxs" mənasına gəlmişdir. Müasir dildə veteran sözünün qarşılığı kimi də işlədilir.
Qəza (islam)
Qəza, İslam dinini qorumaq və ya yaymaq üçün qeyri-müsəlmanlara qarşı müqəddəs müharibəyə verilən addır. İştirak edənlərə qazilər deyilir. Bu müharibədə ələ keçirilən mallara qənimət deyilir.
Rusiyada islam
Rusiyada müsəlmanların dəqiq sayı hələ də dəqiq olaraq müəyyənləşdirilməyib və müzakirə predmetidir. 2002-ci ilin əhali siyahıyalmsına görə Rusiyada müsəlman xalqlarınnın ənənəvi sayı təxminən 14,5 milyon nəfər, ölkə əhalisinin təxminən 10%-dir. RF-nin Avropa hissəsinin müsəlmanlarının ruhani idarəsinin təsdiqinə görə Rusiyada islamı qəbul edənlərin sayı 20 milyon nəfərə qədər olmuşdur. "Etnik müsəlman", 2002-ci ilin siyahıyaalmasına görə ənənəvi qaydada İslama inam gətirənlərdir. Bu qrup əhali RF-nin yeddi subyektinin əhalisinin böyük əksəriyyətini təşkil edir: İnquşetiya (98%), Çeçenistan (96%), Dağıstan (94%), Kabardin-Balkar (70 %), Qaraçay-Çərkəz (54,6 %), Başqırdıstan (54,5%), Tatarıstan (54%).
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin 1.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
İbadət (islam)
İbadət (ərəb. عبادة‎) — hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Ümumiyyətlə, Allaha ibadət Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Qurani-Kərimdə buyurulur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" Buradan, aydınlaşır ki, məsələn, Allaha şərik qoşmamaq, ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya və bir çox bu kimi insanlara yaxşılıq etmək ibadətdir. Allaha ibadət təkcə bunlarla bitmir. İslam peyğəmbərinin (s): "Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.", Əli ibn əbu Talibin : "Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.", Cəfər Sadiqin : "Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir." hədislərindən eləcə də bir çox başqa hədislərdən anlaşılır ki, Allahın əmrlərini yerinə yetirmək və onun qadağan etdiklərindən şəkinmək ibadətdir. İbadət xüsusunda rəvayət olan başqa bir hədisdə qeyd olunur ki, Hüseyn ibn Əli Buyurur: "Camaat!
İslam (ad)
İslam — ad.
Albaniyada islam
Albaniyada islam — İslam Albaniyada və ümumiyyətlə albanlarda ən gənc dindir. Müasir Albaniyanı tipik müsəlman ölkəsi adlandırmaq mümkün olmasa da, yerli əhali arasında müsəlmanların sayı ölkə əhalisinin 82,1%-nə çatır. Kosovodan fərqli olaraq, Albaniyada İslamın təsiri ölkənin ümumi Avropa məkanına inteqrasiyası ilə zəifləyir. Buna baxmayaraq, uzun müddət Albaniya bütövlükdə Avropada yerləşən və eyni zamanda müsəlmanların əksəriyyətinə malik olan yeganə rəsmi tanınan ölkə hesab olunur. == Əhalisi == İslam dininə hələ də Albaniya əhalisinin böyük əksəriyyəti etiqad edir. Maraqlıdır ki, hətta 2002–2007-ci illərdə hakimiyyətə gələn ölkə prezidenti Alfred Moisiu Albaniyanı xristian ölkəsi adlandıranda müsəlman təşkilatlarından biri etiraz edib. Bundan sonra dövlət başçısı öz bəyanatını rədd etməli olub. 1942-ci ildəki İtaliya məlumatlarına görə, ümumi əhalisi 1.128.143 nəfər olan Albaniyada müsəlmanlar 69% (779.417 nəfər) təşkil edirdi.. Hazırda CIA World Factbook araşdırmalarına əsasən ölkə əhalisinin 70%-ni müsəlmanlar təşkil edir. Bununla belə, Pyu Araşdırma Mərkəzinin məlumatına görə, 2009-cu ildə Albaniyada müsəlmanların faizi hətta 79,9% təşkil edirdi.
Almaniyada islam
Almaniyada islam — 1960-cı illərdəki əmək miqrasiyası və 1970-ci illərdən etibarən bir neçə siyasi qaçqın dalğası səbəbindən müsəlmanlar Almaniyada dini qrupa çevrilməyə başladılər. 2011-ci ildə keçirilən rəsmi siyahıyaalmaya görə, Almaniya əhalisinin 1,9%-i (təxminən 1,5 milyon nəfər) özünü müsəlman elan edib. 2009-cu ildə aparılan hesablamalar göstərdi ki, Almaniyada 4,3 milyon müsəlman yaşayır. Bunlardan 1,9 milyonu Almaniya vətəndaşıdır. Alman statistika agentliyinin 2005-ci ildə verdiyi məlumata görə, Almaniyada bütün yeni doğulan körpələrin 9,1%-i müsəlman valideynlər tərəfindən doğulub. Almaniyadakı müsəlmanların böyük əksəriyyəti türk mənşəlidir. Pakistan, keçmiş Yuqoslaviya, ərəb ölkələri, İran və Əfqanıstandan da kiçik qruplar var. Müsəlmanların əksəriyyəti Berlində və keçmiş Qərbi Almaniyanın böyük şəhərlərində yaşayır. Bununla belə, əksər Avropa ölkələrindən fərqli olaraq, Almaniyanın bəzi kənd rayonlarında, xüsusən Baden-Vürtemberq, Hessen və Bavariya və Şimali Reyn-Vestfaliyanın bəzi bölgələrində əhəmiyyətli müsəlman icmaları mövcuddur. 1989-cu ilə qədər əmək miqrasiyası olmadığı üçün keçmiş Şərqi Almaniyada müsəlmanların sayı azdır.
Andorradə islam
Andorradə islam — Andorra xristianların çoxluq təşkil etdiyi ölkədir və İslam dininə sitayiş edən ölkədə azlıq təşkil edir. 2006-cı il ABŞ Dini Azadlıq Hesabatına əsasən, Andorra hazırda 2000-ə yaxın Şimali Afrikalıya malikdir və ölkədəki ən böyük müsəlman qrupudur. Ümumi 72000 əhalisi var. == Etnik tərkibi == Mərakeşlilər (515) Anadolu türkləri (112) Pakistanlılar (79) == Qurumlar == Müsəlman icması 50-yə yaxın tələbənin ərəb dilini öyrəndiyi İslam Mədəniyyəti Mərkəzini yaradıb və işini təşkil edir. Müsəlman dairələrində məktəblərdə ərəb dilinin tədrisi ideyasının fəal müzakirəsinə baxmayaraq, hazırda Andorra hökumətindən dəstək almayıb. Andorrada məqsədli şəkildə tikilmiş məscidlər yoxdur və Andorra hökuməti bu cür layihələr üçün torpaq ayırmaqdan imtina edir, ölkədə tikinti üçün ayrıla biləcək ucuz torpaq sahələrinin olmadığını bildirir. 2003-cü ildə yerli imam Mohamed Ragig yepiskop Con Marti Alanisdən məscid tikintisi üçün kilsə torpaqlarından hər hansı birini və ya müsəlman ibadətləri üçün məbəddə yer ayırmağı xahiş etdi.
Finlandiyada islam
Finlandiyada islam — 1999-cu ilin rəsmi məlumatına görə, Finlandiyada 20 min müsəlman yaşayır. 2020-ci ilin birinci yarısında Finlandiyada müsəlmanların sayı təxminən 80 min nəfər təşkil edib. 2050-ci ilə qədər islam dininə inananların sayının 190 minə çatacağı və ölkə əhalisinin 3,4%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Ölkənin yerli müsəlmanları Baltikyanı tatarlardır. == Tarix == 19-cu əsrdə Finlandiyada İslam dini yalnız tarixi milli azlıqlara mənsub olan Fin tatarları tərəfindən təmsil olunurdu. Fin tatarları ölkəyə Rusiya imperiyasında qurulmuş hərbi xidmət müddətini başa vurmuş tacir və əsgərlər kimi gəlmişdilər. Daha sonra onların ailə üzvləri də onlara qoşulub. 20-ci əsrin sonundan bəri Finlandiyadakı müsəlmanların sayı kəskin şəkildə artmışdır. Finlandiya İslam Birliyi 1925-ci ildə yaradılıb. 1960-cı ildə Helsinkidə məscid, kitabxana, sinif otaqları və inzibati idarələrin yerləşdiyi tatar müsəlman icmasının binasının tikintisi başa çatdırılmışdır.
Fransada islam
Fransada islam — tərəfdarlarının sayı və əhəmiyyətinə görə Fransada ikinci ən böyük din, artım baxımından isə birincidir. Fransada müsəlmanların ən mühüm dini obyekti 1926-cı ildə əsası qoyulmuş və hazırda Əlcəzair hakimiyyətinin nəzarətində olan Paris Katedral Məscididir. == Fransada İslam tarixi == Müsəlmanlar 717-ci ildə Akvitaniyanı və 719-cu ildə Narbonnanı işğal edərək İspaniyadan Fransaya gəldilər. Fransa ərazisində 732-ci ildə Poitiers tarixi döyüşü baş verdi. Müsəlmanların şimala doğru irəliləməsi Çarlz Martelin komandanlığı altında frank qoşunları tərəfindən dayandırıldı. 888-ci ildə Fransanın cənubunda ərəb koloniyası olan Fraxinet quruldu və təxminən 100 il mövcud oldu. Fransada uzun müddət praktiki olaraq heç bir müsəlman yox idi. XIX–XX əsrin əvvəllərində müsəlman əhalisi çox olan ərazilər — Əlcəzair, Tunis, Mərakeş Fransaya birləşdirildi. Müsəlmanların Fransa ərazisinə kütləvi axını Birinci Dünya Müharibəsi zamanı, Şimali Afrikadan çoxlu sayda insanın ölkəni müdafiə etmək üçün cəlb edildiyi zaman baş verdi. Onların bir hissəsi sülh bağlandıqdan sonra Fransada qaldı.
Serbiyada islam
Serbiyada islam — Serbiyanın ənənəvi dinlərindən biridir. Serb müsəlmanları əsasən sünni müsəlmanlardır. 2002-ci il siyahıyaalmasına əsasən, Mərkəzi Serbiya və Voyvodinada təxminən 240.000 müsəlman yaşayır. Bu da əhalinin 3,2%-ni təşkil edir. Kosovoda daha çox müsəlman yaşayır, lakin əyalətdəki qeyri-sabit vəziyyətə görə onların sayını dəqiq hesablamaq mümkün deyil. XIV–XV əsrlərdə Osmanlı İmperiyasının genişlənməsi ilə birlikdə Serbiyada İslam geniş şəkildə yayılmağa başladı. Orta əsr Serbiyasının Osmanlı İmperiyasına qoşulmasından sonra İslam burada ən böyük dinə çevrildi. Bir çox slavyanlar İslamı qəbul etdilər, türklər və digər müsəlman xalqlar da buraya şərqdən köçdülər. Türk səyyahı Övliya Çələbinin 1660-cı ildə Belqradda verdiyi məlumata görə, 98.000 sakindən 21.000-i qeyri-müsəlman, 77.000-i isə müsəlman idi. 19-cu əsrdə Serbiya ərazisinin türk hökmranlığından azad edilməsi zamanı müsəlmanlar qovulmuş, məscidlər dağıdılmışdır.
Türkiyədə islam
Türkiyədə islam — ən çox yayılmış dindir. Türkiyədə İslamın mövcudluğu 11-ci əsrin ikinci yarısına, Səlcuqluların Şərqi Anadoluya yayılmağa başladığı vaxta təsadüf edir. Optimarın 2019-cu ildə keçirdiyi sorğuya əsasən, Türkiyə əhalisinin 89,5%-ni islam dininə mənsub insanlar təşkil edir. Sünnilər müsəlmanların 60%-ni təşkil etdiyi halda, ələvilərin ümumi əhaliyə nisbəti 37%-dir. Digər müsəlman icmalarının (Cəfərilər, Nusayrilər və On ikiliklər) əhaliyə nisbəti 3%-dir. Anadoluda mövcud olan rəsmi İslam məzhəblərinə mənsub insanlar tərəfindən inkişaf etdirilən İslam inancında Əhməd Yəsəvi (Yesevilik), Rumi (Mövləvilik), Hacı Bektaş-ı Vəli (Bektaşizm) və məzhəb başçılarının təlimlərinə əməl edirlər. Hacı Bayram-ı Vəliyə (Bayramilik) tez-tez rast gəlinir. Türkiyənin müsəlman əhalisinin 60%-i sünni olaraq tanınır. Türkiyədəki türk və digər etnik sünnilərin əksəriyyəti Hənəfi məzhəbinə mənsubdur. Türklər arasında Şafi məzhəbinə mənsub olanlara nadir hallarda rast gəlinir.
İslam Abbasov
İslam Abbasov (24 mart 1996, Sumqayıt) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. İslam Abbasov 2012-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2013-cü ildə isə İslam Abbasov Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalına sahib olsa da, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə turnirin qalibi oldu. 2014-cü il ərzində İslam Abbasov Polşada gənclər arasında Avropa Çempionatının və Xorvatiyada gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu. 2015-ci ildə İslam Abbasov Fransa Qran-Prinin və U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu. İlin əsas turnirlərində isə İslam Abbasov — gənclər arasında Avropa Çempionatının qalibi oldu, amma gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. İslam Abbasov 2016-cı ilin martında Latviyada Avropa Çempionatlarında debüt eləsə də uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu. Bolqarıstanda U23 Avropa Çempionatını da 8-ci pillədə başa vuran İslam Abbasov iyunda Rumıniyada ardıcıl üçüncü dəfə gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra o, sentyabrda hərbçilər arasında Dünya Çempionatının gümüş, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin qızıl medalına sahib oldu. 2017-ci ildə isə İslam Abbasov əvvəl martda Vəhbi Əmrə beynəlxalq turnirinin gümüş medalına sahib oldu, sonra isə mayda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Vəliəhd (islam)
Vəliəhd (ərəb. ولي العهد‎, Vəli əl-Əhd) — hökmdarın təyin olunmuş varisi üçün ərəb və islam dövlətlərində termin. Ümumi anlayış üçün vəliəhd məqaləsinə baxa bilərsiniz. Bu titul erkən xilafətlərdə ortaya çıxmış və istifadəsi ən azı təq. 715-ci ilə qədər gedib çıxır. Titulun özü birmənalı deyil, çünki "vəli" termini həm "sahib", həm də "varis" mənasını verə bilər. Həmçinin, "vəsiyyət" mənasında olan "əhd" sözünün dəqiq əhatə dairəsi qeyri-müəyyəndir. Bu, Allahın əhdi və ya bütövlükdə bəşəriyyət, əvvəlki xəlifənin və ya müsəlman cəmiyyətinin əhdi kimi şərh edilə bilər. Əməvi xəlifələri (661–750) daha mütləqiyyətçi şərhə üstünlük verirdilər və bu təfsir vasitəsilə onlar Məhəmmədin varisləri mövqeyinə görə birbaşa Allahdan gələn bir mandat iddia edirdilər. 740-cı illərə qədər "vəli əhd əl-müslimin" (ولي عهد المسلمين; hərf. müsəlmanların əhdinin varisi), hətta "vəli əhd əl-müslimin vəl müslimat" (ولي عهد المسلمين والمسلمات; hərf. müsəlman kişilərin və müsəlman qadınların əhdinin varisi) variantı istifadə olunur. Bu, ya müsəlman ümmətinin vərəsə beyət etməsi, ya da varisin müsəlman ümməti ilə əhdin davamçısı olması mənasındadır.