Bitkilərin ekstremal təsirlərə davamlılığı
Bitkilərin ekstremal təsirlərə davamlılığı — xarici mühit amillərinə qarşı dözümlülük həddi.
Məlumdur ki, bitkilərin həyat fəaliyyətləri xarici mühit amilləri (işıq, temperatur və s.) sıx əlaqədardır. Bitkinin olduğu mühitdə şəraitin dəyişilməsinin müəyyən həddləri vardır ki, yalnız bu həddlər daxilində bioloji proseslərin normal gedişi mümkün olur. Bununla da bitki orqanizminin aşağı və yuxarı tempuratura, quraqlığa, şoranlığa, xəstəliklərə və s. davamlığı (rezistenliyi) müəyyən edilir.
Təkamül prosesində bitkilərin xarici amillərə qarşı münasibəti dəyişilmiş, beləliklə də, mühitdə həmişə olan və miqdarca başqalarından üstünlük təşkil edən amilə görə müəyyən ekoloji formalar əmələ gəlmişdir (məsələn, keserofitlər, hiqrofitlər, halofitlər və s.).
== Quraqlığa davamlılıq ==
Bitkilərin əksəriyyəti çoxlu su itkisinə davam gətirə bilmir. Su itkisi zamanı hüceyrə biokolloidlərinin fiziki-kimyəvi xüsusiyətləri dəyişilir (özlüluk, protoplazmanın keçiriciliyi, pH, hidratlaşma və s.).
Müəyyən edilmişdir ki, quraqlıq, bitkilərdə tənəffüsün energetik effektivliyini kəsgin aşağı salır. Quraqlıq şəraitində bitkilərin soluxması çox kəsgin deyilsə, onda bu proses dönən xarakterdə ola bilər.