DAXİLİ SU HÖVZƏSİ

bax kontinental su hövzəsi.
DAĞ GÖLÜ
DAİMİ DONUŞLUQ, ÇOXİLLİK
OBASTAN VİKİ
Humuslu su hövzəsi
Firn hövzəsi
Firn hövzəsi — (rus. фирновый бассейн, ing. region of alimentation of glasier, zone of snow supply) buzlağın qidalanma sərhəddindən yuxarıda yerləşən hissəsi. Burada sülb atmosfer çöküntülərinin miqdarı onların ərimə və buxarlanma sərfindən çoxdu.
Karanqat hövzəsi
Karanqat hövzəsi (rus. Карангатский бассейн, ing. Karangatian basin) — üst Pleystosendə müasir Qara dənizin yerində mövcud olmuş və Aralıq dənizi ilə əlaqəsi olmuş, dəniz hövzəsi. Bu hövzənin çöküntüləri 10–45 metrlik terras səviyyəsini təşkil edir ki, bu da Aralıq dənizinin 2-ci Tirren terra-sına uyğun gəlir. Müasir Qara dənizdən çox duzluluğu və suyunun isti olması ilə fərqlənmişdir. Şərqi Avropa düzənliyində Mikulin buzlaq arası vaxtla müqayisə edilir.
Karib hövzəsi
Karib hövzəsi və ya Vest-Hind - Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Tarım Hövzəsi
Tarım (çin. ənən. 塔里木盆地, sadə. Tǎlǐmù Péndì; uyğ. تارىم ئويمانلىقى, Tarim Oymanliqi) — Çinin qərbində Sincan-Uyğur Muxtar Rayonu ərazisində, 1,000 km uzanan böyük bir ellips şəklində hövzədir. Divanü Lüğat-it-Türkdə; Tarım ترم göllərə və qumluqlara tökülən çay qolları mənasında işlənir. Şimalında Tanrı dağları, cənubunda Karanlık dağları, şimal-qərbində Qarakulum və Altınqum dağları yerləşir. Çinin Sincan-Uyğur Muxtar Rayonunun böyük bir hissəsini əhatə edir. Tibet yaylasının şimalında yerləşir. Adı içərisindən keçən Tarım çayı ilə bağlıdır.
Çay hövzəsi
Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan Ərazi. Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır. Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.
Aralıq dənizi hövzəsi
Aralıq dənizi hövzəsi — tarixi bölgə, Aralıq dənizində. Sahil ərazilərinin zəbtindən sonra onun sahillərində yaranmış ən qədim sivilizasiyalar (Qədim Misir, Finikiya, Egey mədəniyyəti, Qədim Yunanıstan və s.) arasında Aralıq dənizi boyu sıx qarşılıqlı əlaqə, müharibələr, ticarət və mədəni nailiyyətlərin mübadiləsi aparılmışdır. Roma İmperiyası tərəfindən bütün Aralıq dənizi, Qədim sülhün ən inkişaf etmiş bölgəsinə çevrildi. Aralıq dənizi iki (üç) qitənin kənarlarını (ölkələrini) - Avrasiya (Avropa və Asiya) və Afrikanı, həmçinin çoxsaylı adaları və arxipelaqları birləşdirir: Siciliya, Sardiniya, Kipr, Krit, Balear adaları və bir çox başqaları. Aralıq dənizi bölgəsinin sahəsi 4 milyon km²-dən çox, Yaxın Asiya yüksək dağları ilə — 5 milyon km²-dən çoxdur. Aralıq dənizi iqlimi yağışlı qışlar və isti və quraq yaylarla üstünlük təşkil edir. Məxmər mövsümü avqustdan oktyabr ayına qədər gəlir. Əksər Aralıq dənizi ölkələrində insanların gözlənilən ömür uzunluğu planet üzrə orta göstəricidən xeyli yüksəkdir (qadınlar üçün təxminən 85 il, kişilər üçün təxminən 83 il). Bir çox elm adamları uzunömürlülüyün sirrini region sakinlərinin ənənəvi olaraq qırmızı şərab (İslam ölkələri istisna olmaqla), zeytun yağı, digər zeytun məhsulları, təzə göyərti və meyvələrdən (ərik, üzüm, portağal, naringi, şaftalı, tut), dəniz məhsulları, keçi südü. Aralıq dənizi regionunda hind-avropa, semit-hamit, türk və başqa xalqlar yaşayır.
Avstraliya-Antarktika hövzəsi
Avstraliya-Antarktika hövzəsi — Hind okeanının cənub-şərqində geniş sualtı hövzə. Antarktidanın kontinental yamacı, sualtı Kerguelen silsiləsi və Avstraliya-Antarktika yüksəlişi arasında yerləşir. Hövzənin uzunluğu 4,500 km, eni isə 1,500 km-dir. Üstünlük təşkil edən dərinliklər 4,000–5,000 metrdir. Onlardan ən böyüyü 6,089 m, şimal-qərbdə Kerguelen silsiləsi yaxınlığında yerləşir. Hövzənin dibi dağlıq relyefə malikdir. Antarktidaya yaxın olanda əhəmiyyətli əraziləri düz abissal düzənlik tutur. Yatağının çox hissəsi akkumulyator səviyyəli səthdir. Alt səthi diatomlu, gilli-diatomlu və lilli-argilli lillərdən ibarətdir.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Daxili Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Daxili Qoşunlar
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Daxili birləşdirmə
Daxili birləşdirmə (ing. inner join, rus. внутреннее соединение, türk. iç birleştirme) – verilənlər bazasının idarə edilməsində: relyasiya cəbrinin tez-tez istifadə olunan deyimi. İki mövcud cədvələ tətbiq edilən daxili birləşdirmə üçüncü cədvəli yaradır ki, həmin cədvəl birinci cədvəlin yazılarının ikinci cədvəlin yazıları ilə bütün mümkün təyin olunmuş konkatenasiyalarından (birləşmələrindən) ibarət olur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daxili dənizlər
Daxili dənizlər — Quruya daxil olmuş, lakin okeanla boğazlarla əlaqədə olan dənizlərə daxili dənizlər deyilir. Daxili dənizlər materiklərin parçalanmış sahilləri boyu yerləşir. Ən böyük daxili dəniz Aralıq dənizidir. Daxili dənizlər əsasən Avrasiya və eyni zamanda Şimali Amerika sahillərində yerləşir. Bu sözügedən materiklərin sahillərinin daha çox parçalanmış olduğu üçün belədir. Daxili dənizlərə misal olaraq Qara dəniz, Aralıq dənizini,Ağ dənizi, Mərmərə, Egey, Qırmızı dəniz, Aral dənizi, Xəzər dənizini və s. göstərmək olar. Daxili dənizlər əsasən hərhansı ölkə sahillərində olduğu üçün bu ölkələr tərəfindən mənimsənilir. Daxili dənizlər liman nəqliyyatı, balıqçılıq və təbii sərvətlərin əldə edilməsi üçün faydalıdır.Daxili dəniz ümumiyyətlə duzlu olacaq, duzluluq şirin su gölündən daha yüksəkdir, lakin adətən dəniz suyundan daha az duzludur. Digər dənizlərdə olduğu kimi, daxili dənizlər də Ay və Günəşin orbitləri ilə idarə olunan gelgitlər yaşayır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Daxili planetlər
İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır. Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Daxili siyasət
Daxili siyasət — dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Daxili sxem
Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili xəstəliklər
Daxili xəstəliklər (ing. Internal medicine; rus. Внутренние болезни ) — tibb elminin bir sahəsi olub daxili orqanların xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olur. Daxili xəstəliklər bölməsi üst və alt tənəffüs yolu xəstəlikləri, hipertenziya, şəkərli diabet, tiroid xəstəlikləri, xolesterol və triqliserid yüksəklikləri, həzm sistemi xəstəlikləri (qastrit, xora, reflyüks və s.), qaraciyər və öd kisəsi xəstəlikləri, ağciyər xəstəlikləri (xroniki bronxit, emfizema, astma və s.), böyrək xəstəlikləri, anemiya və digər qan xəstəliklərinin müalicə və diaqnostikası, müxtəlif xərçəng xəstəliklərinin vaxtında diaqnostikası, revmatizmal xəstəliklər, əzələ və skelet sistemi xəstəliklərini əhatə edir.
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.