DAXMA (daşdan, palçıqdan və s. tikilmiş təkotaqlı, alçaq, balaca ev, yaxud yer altında düzəldilmiş kiçik ibtidai mənzil) Daxmada sükut hələ də pozulmamışdı (M.Hüseyn); DAM [Şəhrəbanu xanım:] İkisi də Şərəfnisənin damında yatırlar... (M.F.Axundzadə); DƏYƏ Çoban dəyəsində qonaq da qalır; Bu qəlbi dağlardan min ilham alır (B.Vahabzadə); KOMA Belə xəbər; bir komaya; daxmaya gəlsə; Günəş kimi işıq, sevinc verir hər kəsə (R.Rza); KÜLBƏ (köhn.) Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla qırpışa-qırpışa aşağı doğru axıb gəldiyini gördüm (A.Şaiq); QAZMA Gecə tonqal yanırdı; Qazma işıqlanırdı (M.Seyidzadə).