DAYI

сущ. дядя:
1. брат матери
2. обращение к взрослому мужчине
3. разг. перен. покровитель. Dayısı var kimin имеет дядю (покровителя) кто ; в сочет. с собственными именами. Səftər dayı дядя Сафтар
DAYƏLİK
DAYIARVADI
OBASTAN VİKİ
Hacı dayı
Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Kostya dayı
Konstantin Maksimoviç Abramenko (rus. ́Константин Максимович Абраменко; 15 noyabr 1923, Gəncə – 28 noyabr 2005, Gəncə) — daha çox "Dyadya Kostya" kimi tanınan SSRİ və Azərbaycan idman xadimi, məşqçi. "Azərbaycan SSR əməkdar məşqçisi" və "Əməkdar bədən tərbiyəsi və idman işçisi". == Həyatı == Konstantin Abramenko 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. Gənc yaşlarında Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışıb. O dönəmlərdə futbola həvəsi olan Abramenko, uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü və vəsaiti ilə "Lokomotiv" adlı kiçik stadion qurub. Onun yetirmələri sırasında Maşalla Əhmədov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Yunis Hüseynov və Ceyhun İmamquliyev kimi futbolçular var. Konstantin Abramenko 28 noyabr 2005-ci ildə Gəncədə vəfat etmişdir. Gəncə Fəxri Xiyabanında dəfn edilib.. == Ailəsi == Bir qızı var.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Dayıkazımlı
Dayıkazımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Dayıkazımlı kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi keçmişdə Şirvan düzündə yaşamış dayikazımlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 788 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dayıkənd
Dayıkənd — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd == Tarixi == Salyan düzündədir. Ədəbiyyatlarda Daykənd variantında verilmişdır. Tədqiqatçıların fikrincə, kəndin əsl adı Dəyəkənddir. Azərbaycan dilində dayə "daxma, koma, yaylaq" və ya "qışlaqda müvəqqəti yaşayış evi, alaçıq" mənasındadır. Belə ehtimal edilir ki, kənd köhnə dəyələri olan qış yurd yerində salındığına görə Dəyəkənd adlanmış, sonralar isə toponim dəyişikliyə uğrayaraq indiki Şəklinə düşmüşdür, lakin keçən əsrin əvvəllərində Azərbaycan ərazisində Daykənd və Daylaxlı adlı bir neçə kənd qeydə alınmışdır ki, bunlar da atçılıqla bağlı yaranan coğrafi adlardır. Dayıkənd oykonimini də bu coğrafi adlardan biri hesab etmək olar. Day birillik at balasıdır. == Din == Kənddə Dayıkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Dayıkəndi
Dayıkəndi (fars. دايوكندي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (24 ailə).
Dayın Xan
Dayın xan — türk, monqol və altay mifologiyasında müharibə tanrısı. Zayın Xan da deyilir. Döyüşçülərin qoruyucusudur. Əsgərlər döyüşlərdən əvvəl özündən kömək diləyirlər. == Etimologiya == (Day/Tay/Yay/ Yağ) kökündən törəmişdir. Dayın/Dayn sözü monqolcada döyüş deməkdir. Tuvaca və mançurcada yenə Dayın sözü döyüş mənası daşıyır. Türkçe Yavu/Yağı (düşmən), Yağma (hücum) sözləriylə də əlaqəlidir.
Dayıxın
Dayıxın xanım — türk və altay mifologiyasında körpə tanrıçası. Tayıkın olaraq da deyilir. Uşağın yuxusunda gülməsi, Dayıxının onunla oynadığını göstərir. Uşaqları qoruyur. Yeni getməyə hazırlanan uşaqların "Day dayanması" da bu tanrıça ilə əlaqədardır. Atların balalarına "Tay" deyilməsi ilə də əlaqəlidir. == Etimologiya == (Day/Yay/Zay) kökündən törəmişdir. Yaratmaq mənası ehtiva edər.
Mən sənin dayınam (film, 2001)
Quruluşçu rejissor: Məhərrəm Bədirzadə
Tom dayının daxması (roman)
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla 1986-cı ildə isə Voyniçin “Ovod” əsəri ilə birlikdə 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasının 23-cü cildində nəşr olunmuşdur. 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən azərbaycanlı yazıçı Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.
Tom dayının koması

Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Tom dayının daxması
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla 1986-cı ildə isə Voyniçin “Ovod” əsəri ilə birlikdə 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasının 23-cü cildində nəşr olunmuşdur. 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən azərbaycanlı yazıçı Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.

Digər lüğətlərdə