1. Ananın qardaşı.
2. Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir.
[Əsəd bəy:] Hayıf, hayıf, Dursun dayı, qocaldın.
Məni qəmgin görsə əgər; Düşmən gülər, dost qəm yeyər; Qızlar baxıb "dayı” deyər; Ağarma, saçım, ağarma!
// Bəzən kinayə və ya istehza ilə deyilir.
Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora.
3. məc. dan. Öz hüququndan sui-istifadə edərək birisinə qeyri-qanuni kömək edən, himayəsi altına alan adam haqqında (adətən mənfi mənada). Onun burada dayısı var.