DAYLAQ
DAZBAŞ
OBASTAN VİKİ
Adi dazı
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir. Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur.
Atropatan dazıotu
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. == Botaniki təsviri == Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir.
Atropatan dazısı

Boyaq dazı
Boyaq dazı (lat. Hypericum androsaemum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Arealı == Afrikada (Tunis, Əlcəzair), Avropada, Asiyada (Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Türkmənistan) yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. May ayında çiçəkləyir, iyun-iyul (avqust) aylarında meyvə verir.
Boyayıcı dazıotu
Dazayfu məbədi
Dazayfu məbədi (太宰府天満宮, Dazayfu Tenman-qu) – Yaponiyanın Fukuoka prefekturasının Dazayfu şəhərində yerləşən şintoist məbədi. 903-cü ildə Dazayfu şəhərinə sürgün edilərək ölən alim və siyasətçi Suqavara no Miçizaneyə həsr edilmişdir. == Tarixi == Suqavara no Miçizane 903-cü ildə Dazayfu şəhərində öldükdən sonra onun qalıqları Anraku buddist məbədində basdırılmışdır. İki il sonra həmin yerdə memorial zalı inşa edilmişdir. Miçizanenin ruhunu sakitləşdirmək məqsədilə imperatorun əmri ilə 919-cu ildə Dazayfu məbədi tikilmişdir. Bir neçə əsr boyunca məbədin populyarlığı artmış, Miçizane alimlik və xəttatlığın hamisi hesab olunmağa başlamışdır. Hazırkı məbəd binasının tarixi 1590-cı ilə aiddir. == Tədbirlər == Məbədin illik festivalı 25 sentyabrda keçirilir. Bundan əlavə, hər ilin 7 yanvar tarixində məbəddə Usokae adlı tədbir baş tutur. İnsanlar quş formasındakı amuletləri olan usolarla məbədə gəlib dövrə şəklində bir ağaca yaxınlaşırlar və təsadüfi insanlarla uso mübadiləsi aparırlar.
Dazifora
Dazifora (lat. Dasiphora) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Dasiphora tenuifolia (Willd.
Dağlıq dazısı
Dağlıq dazısı (lat. Hypericum montanum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Adenosepalum montanum (L.) Fourr.
Gecikən dazı
Gecikən dazı (lat. Hypericum attenuatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Hypericum perforatum var.
Gözəl dazı
Gözəl dazı (lat. Hypericum formosissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Arealı == Cənubi Zaqafqaziyanın nadir, məhdud endemik növdür. Arealı azalmaqda olan relikt növdür. == Azərbaycanda yayılması == Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının Əznəburd kəndi ətrafında olması məlumdur. Azərbaycandan kənarda isə Ermənistanda bitir. Aşağı dağlıq qurşağın əhəngli yamaclarında bitir. Ehtiyatı çox azdır, çünki növün yayılması olduqca məhduddur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilmə səbəbləri == Antropogen amillər və populyasiyasının az miqdarda olması bitkinin azalmasına səbəb olub.
II Maksimin Daza
Qay Qaleri Valeri Maksimin Daza (lat. Gaius Galerius Valerius Maximinus Daia), Roma tarixşünaslığında daha çox II Maksimin Daza kimi tanınır (20 noyabr 270, Qamziqrad – 313, Tarsus) — 305–313-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianların israrlı təqibçisi kimi tanınırdı. Daza Diokletian ilə Maksimian taxtdan imtina etdikdən sonra avqust titulunu alan iki adamdan biri olan Qalerinin ögey bacısının oğlu idi. Odur ki, Qaleri onu övladlığa götürmüşdür. Daza 305-ci ildə sezar seçilmiş, Şərq və Misir yeparxiyaları ona həvalə edilmişdir. O, əsgərlər tərəfindən 309-cu ildə avqust elan edilmiş və Qalerinin ölümündən sonra şərq vilayətlərinə nəzarəti əldə etmək üçün Lisini ilə mübarizə aparmışdır. Daza 313-cü ildə Adrianopol yaxınlığında məğlub olmuş və həlak olmuşdur.
Kiçikyarpaq dazifora
Kiçikyarpaq dazifora (lat. Dasiphora parvifolia) - dazifora cinsinə aid bitki növü.
Kolşəkilli dazifora
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Ocaqlı dazlıq
Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır. Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır.
Osamu Dazay
Osamu Dazai (太宰 治, Dazai Osamu, 19 iyun 1909, Kanaqi[d], Aomori – 13 iyun 1948, Mitaka) və ya əsl adı ilə Şuci Tsuşima (津島 修治, Tsuşima Şuci) – Yaponiya romançısı və müəllifi. XX əsrin ən tanınmış Yaponiya yazıçılarından biridir. Fyodor Dostoyevski və Rünoske Akutaqava kimi yazıçılardan təsirlənmişdir. Etirafla xarakterizə olunan mən-roman janrında olan avtobioqrafik əsərlər yazmışdır. Bədbin və satirik tonda olan əsərləri üçün nihilizm və özünüməhv mövzuları səciyyəvidir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın postmüharibə dövründəki portretini əks etdirən əsərlər yazmışdır. "Tsuqaru" (1946), "Batan günəş" (Şayo, 1947) və "Yarımçıq insanın etirafları" (Ninqen Şikkaku, 1948) ən məşhur əsərləridir. Dazai Yaponiyanın şimalında yaşayan və siyasətlə məşğul olan varlı bir ailədə doğulmuş, yalqız uşaqlıq keçirmişdir. 1933-cü ildə Osamu Dazai təxəllüsü ilə əsərlər yazmağa başlamışdır. Yazıçı Masuci İbuse onun dostu və mentoru olmuşdur.
Qəhvəyi dazı sovkası
Xallı dazı sovkası
Zəif dazı
Zəif dazıotu
İri dazı
İri dazı (lat. Hypericum ascyron) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Ascyrum sibiricum Poir. Ascyrum tetragonum Moench Hypericum ascyron var. genuinum Maxim. Roscyna gmelinii Spach Hypericum ascyron subsp. ascyron Hypericum ascyron subsp. gebleri (Ledeb.) N.Robson Hypericum ascyron subsp.
Kuh dazan
Kuh Dazan - İranın Hörmüzqan vilayətinin Şəmal şəhərinin Şimal bölməsində yerləşən kənddir. == Əhalisi == 1995-ilin statistik məlumatlarına əsasən kəndin əhalisi 274 nəfər (85 ev) təşkil etmişdir.
Osamu Dazai
Osamu Dazai (太宰 治, Dazai Osamu, 19 iyun 1909, Kanaqi[d], Aomori – 13 iyun 1948, Mitaka) və ya əsl adı ilə Şuci Tsuşima (津島 修治, Tsuşima Şuci) – Yaponiya romançısı və müəllifi. XX əsrin ən tanınmış Yaponiya yazıçılarından biridir. Fyodor Dostoyevski və Rünoske Akutaqava kimi yazıçılardan təsirlənmişdir. Etirafla xarakterizə olunan mən-roman janrında olan avtobioqrafik əsərlər yazmışdır. Bədbin və satirik tonda olan əsərləri üçün nihilizm və özünüməhv mövzuları səciyyəvidir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın postmüharibə dövründəki portretini əks etdirən əsərlər yazmışdır. "Tsuqaru" (1946), "Batan günəş" (Şayo, 1947) və "Yarımçıq insanın etirafları" (Ninqen Şikkaku, 1948) ən məşhur əsərləridir. Dazai Yaponiyanın şimalında yaşayan və siyasətlə məşğul olan varlı bir ailədə doğulmuş, yalqız uşaqlıq keçirmişdir. 1933-cü ildə Osamu Dazai təxəllüsü ilə əsərlər yazmağa başlamışdır. Yazıçı Masuci İbuse onun dostu və mentoru olmuşdur.
Dazipoqonkimilər
Dazipoqonkimilər (lat. Dasypogonaceae) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Baxteria R.Br. ex Hook. Calectasia R.Br. Dasypogon R.Br. Kingia R.Br.
Osamu Dazai Memorial Muzeyi
Osamu Dazai Memorial Muzeyi (太宰治記念館, Dazai Osamu Kinenkan) və ya digər adı ilə Şayokan (斜陽館) – Yaponiyanın Aomori prefekturasının Kanaqi bölgəsində yerləşən ev-muzey. Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur. == Tarixi == Ev-muzey Yaponiya yazıçısı Osamu Dazainin uşaqlığının bir hissəsini keçirdiyi malikanədə yerləşir. Tikili yazıçının atası Qenemon Tsuşima tərəfindən tikdirilmiş, tikintisi 21 iyun 1907-ci ilin tamamlanmışdır. Osamu Dazai 1909-cu ildə bu malikanədə doğulmuşdur. Malikanə İkinci Dünya müharibəsindən sonra Tsuşima ailəsi tərəfindən satılmış, 1950-ci ildə yazıçının "Batan günəş" (Şayokan) romanının şərəfinə adlandırılmış "Şayokan" mehmanxasına çevrilmişdir. Osamu Dazai ilə əlaqəsinə görə bir çox şəxs mehmanxananı ziyarət etməyə gəlmişdir. Mehmanxana regionun əsas görməli yerlərindən biri kimi tanındığı üçün 1996-cı ilin martında keçmiş Kanaqi qəsəbəsinin rəhbərliyi malikanəni satın almış, əvvəlki vəziyyətinə gətirmiş və 17 aprel 1998-ci ildə Osamu Dazaiyə həsr olunmuş muzey kimi açılmışdır. 10 dekabr 2004-cü ildə tikili Yaponiyanın əhəmiyyətli mədəni mülkü statusu almışdır. == Xüsusiyyətlər == İrimoya üslubunda dama malik malikanənin birinci mərtəbəsində 11 otaq, ikinci mərtəbəsində 8 otaq yerləşir.
Osamu Dazai Memorial Zalı

Digər lüğətlərdə