DAĞ-ÇƏMƏN

прил. почв. горно-луговой. Dağ-çəmən torpaqları горно-луговые почвы, dağ-çəmən zonası горно-луговая зона
DAĞ-BUZLAQ
DAĞ-DAŞ
OBASTAN VİKİ
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. == Çimli – torflu dağ-çəmən yarımtipi == Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. == Çimli dağ – çəmən torpaqları yarımtipi == Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ-çəmən bozqır torpaqları
Dağ meşə-çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Çəmən (Urmiya)
Çəmən (fars. ‎‎‎برده سور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (13 ailə).
Çəmən belibağlısı
Çəmən belibağlısı (lat. Circus pygargus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Çəmən dağı
Çəmən dağı — Xocavənd rayonu ərazisində dağ. Türkdilli xələc tayfasının cəmənli tirəsinin adını daşıyır. 1933-cü ildə Füzuli rnunun Qoçəhmədli inzibati ərazi vahidində Çimən adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Çəmən güllücəsi
Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.
Çəmən kəpənəyi
Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir.
Çəmən parabüzəni
Çəmən parabüzəni (lat. Pullus hemorrhoidalis) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Parabüzən böcəklər və ya koksinellidlər fəsiləsinə aid olan növ. Qara rənglidir, üzəri xırda tükcüklərlə örtülüb, ağız hissə və bığcıqları sarı rənglidi. Bığcığı 10-buğumdan ibarətdir, hiss qabiliyyəti çox yüksəkdir. Ona görə də 1 və 2-ci buğumları nisbətən iridir. Qanadlarının üzərinin son hissəsində 1-4 sarı və qara rəngli qarışıqlı ləkələr olması bunlar üçün xarakterikdir. Ayaqları sarı-qırmızımtıldır. Böyüklüyü 1,5-2,2 mm-dir. Zonalar üzrə areal üçün tam səd çəkmək olmur. Lakin bir qayda olaraq düzən-səhra hissədə, çəmənliklərdə, bataqlıqlardakı bitkilər üzərində mənənələrlə qidalanırlar.
Çəmən taxtabitisi
Çəmən taxtabitisi (lat. Lygus pratensis L) — Buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. Çəmən taxtabitisi əsas yem otlarına zərər verir. Qorxulu zərərverici hesab olunur. Çəmən taxtabitisinin bədəni uzunsov dairəvi olub, üzəri batıq nöqtələrlə örtülüdür. Bığcıqları bədəndən qısadır. İkinci buğumun sonu bir qədər yoğunlaşmışdır. Bədəninin rəngi çox dəyişkən olub, yaşılımtıl-sarıdan tutqun bozumtul rəngə qədər dəyişməklə üstündə qırmızımtıl və ya qəhvəyi ləkələr olur. Bel qabağı üzərində 4, başın üzərində isə 3 tutqun xətt vardır. Bədəninin uzunluğu 5–7,5 mm-dir.
Çəmən tülküquyruğu
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Çəmən yarpızı
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Çəmən yemliyi
Çəmən yemliyi (lat. Tragopogon pratensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yemlik cinsinə aid bitki növü.
Çəmən pişikquyruğu
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Çəmən nanəsi
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Çəmən (Aşağı Tarım)
Çəmən (fars. چمن امیرآباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 169 nəfər yaşayır (61 ailə).
Dülyam (dağ)
Dülyam — Lerik rayonu ərazisində dağ. == Toponimi == Oronim talış dilindəki dü(iki) və lyam (yaylaq) komponentlərindən düzəlib, "iki yaylaq" mənasındadır. == Həmçinin bax == Kömürgöy Qızyurdu == İstinadlar == == Xarici keçid == haqqinda.az/Tariximiz.
Dəlikdaş (dağ)
Dəlikdaş — Xocalı rayonunun şərqində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2304 m. Vulkan mənşəlidir. Qayalarında təbii oyuqların olması ilə əlaqədar dağ belə adlandırılmışdır. Daş komponenti burada "qaya" mənasındadır. Türkdilli xalqların toponimiyasında dəlik komponentini əvəz edən deşik sözünə təsadüf edilir: Deşikdaş (Özbəkistanın Surxandərya vilayətində Barsuktaq dağında paleolit dövrünə aid mağara), Deşikqala (Qaraqalpaq Respublikasının Turtqul rayonunda qədim dövrə aid qəsr xarabalığı) və s.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Gicəki dağ
Gicəki dağı — Azərbaycan Respublikasının Qobustan rayonunun ərazisində alçaqdağlıq tirə. Gicəki tirəsinin ən yüksək zirvəsi Gicəki dağıdır. (hünd.1047.) metrdir.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Kopaonik (dağ)
Kopaonik (alb. Kopaoniku; serb. Копаоник) — Mərkəzi Serbiya və Kosovo ərazisində yerləşən dağ massivi. Kopaonik Raşka və Rasin vilayətlərini əhatə edir. == Ümumi məlumat == Kopaonik Serbiyanın ən böyük və uzun dağ masivvi hesab olunur. Massivin uzunluğu - 120 km, eni - 63 km, ən yüksək zirvəsi isə Pançiça Pikidir (2017 m). Dağ massivi kristallik şist, qranit və serpentinit tipli süxurlardan təşkil olunub. Massivin sahəsi - 2700 км²-dir. Kapaonikin mərkəzi hissəsində sahəsi 118 km² olan eyni adlı milli park yerləşir. Park 1981-ci ildə qurulmuş.
Kömüratan (dağ)
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.

Digər lüğətlərdə