DEVALVASİYA

(son latın devalvatio, de-aşağı hərəkəti bildirən sözönü və valeo-dəyəri var sözündən) dövlətin ödəmə balansının və ticarət münasibətlərinin kəskin pisləşməsi, valyuta ehtiyatlarının tükənməsi, beynəlxalq valyuta bazarında milli valyutanın dəyərinin düşməsi və s. nəticəsində milli pul vahidinin qızıl tərkibinin qanunvericiliklə azaldılması, yaxud kağız nişanların qızıla və xarici valyutaya nisbətən məzənnəsinin aşağı salınması yolu ilə atılan məcburi addım. D. ixracın stimullaşdırılması, idxalın məhdudlaşdırılması, dövlətin ödəmə balansının tarazlaşdırması və milli iistehsalatın rəqabət qabiliyyətinin artırması məqsədlərini güdür. Həmin effekt adətən qısamüddətli olur, dövlətin xarici borcunu artırır, idxalat mallarının dəyərini bahalaşdırır. Mahiyyətinə görə D. revalvasiyanın əksidir.
DESTRUKTİV
DƏRKƏNAR
OBASTAN VİKİ
Devalvasiya
Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir. Revalvasiyaya əks olaraq, devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır. İnflyasiya termini devalivasiya termininə yaxındı, amma birinci milli valyutanın yerli bazarda alıcılıq qabiliyyətinə aiddi, ikinci isə xarici valyutaya görə alıcılıq qabiliyyətinə. Mənaca ikisi də alıcılıq qabiliyyətini xarakterizə edir. Valyutanın devalvasiyası ölkə daxilindəki inflyasiya səbəbindən də ola bilər. Xarici valyutanın inflasiyaya uğramasından da milli valyuta devalvasiyaya uğramadan inflyasiyaya uğraya bilər. Əgər xarici valyuta deflyasiyaya uğrasa devolvasiya inflyasiyasız ola bilər.
Açıq devalvasiya

Digər lüğətlərdə