dızqax
diafilm
OBASTAN VİKİ
Di
Şanyü Di (v. 63) — Cənub Hun İmperiyasının imperatorudur. Şimal Hunları ilə müharibələr aparmışdı.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Di (rayon)
Di (fr. Die) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Di. Rayon əhalisi 2006-cı ildə 40 470 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon ərazisi — 2287 km².
Di Kaffari
Denis "Di" Kaffari (ing. Dee Caffari) (1973-cü il təvəllüdlü)-Malta əsilli Britaniyalı qadın yaxtaçı və 2006-cı ildə ilk qadın-yaxtaçı olmuşdur ki köməksiz və durmadan qərbə doğru nəhəng küləklərə qarşı yelkən gəmiylə səfər etmiş və buna görə Britaniya imperiyası ordeninə(MBE)layiq görülmüşdü. İkinci dəfə isə şərqə doğru istiqamət alan Kaffari, hər iki istiqamətdə köməksiz və durmadan dünyanı dövr etmiş ilk qadın-yaxtaçı olmuşdu.
Ver.di
Ver.di (alm. Vereinte Dienstleistungsgewerkschaft‎ — azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Berlində yerləşir. == Tarixi == 2001-ci ildə yaradılmışdır. == Tərkibi == Təşkilat əsasən xidmət sahəsində çalışan işçilər sıralarında cəmləşdirir və 2.180.000 üzvü var. == Rəhbərləri == Hazırda təşkilata Frank Bsirske rəhbərlik edir. == Ədəbiyyat == Berndt Keller: Multibranchengewerkschaft als Erfolgsmodell? Zusammenschlüsse als organisatorisches Novum — das Beispiel Verdi. VSA-Verlag, Hamburg 2004.
Alfredo Di Stefano
Alfredo Stefano Di Stefano Laullye (isp. Alfredo Stéfano Di Stéfano Laulhé; 4 iyul 1926[…], Buenos-Ayres – 7 iyul 2014[…], Madrid) — hücumçu mövqeyində oynamış Argentina əsilli futbolçu və məşqçi, futbol tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. "Sarışın ox" (La saeta rubia) ləqəbli futbolçu güclü, cəld, məharətli və məhsuldar hücumçu idi. Meydançanın demək olar ki hər yerində oynamağı bacaran o, əzmkarlığı, taktiki çox yönlüliyi, yaradıcılığı və uzaqgörənliyi ilə seçilirdi. O, ən çox "Real Madrid" ilə qazandığı uğurları ilə məşhurdur, orada o, 1950-ci illər ərzində klubun Çempionlar Kuboku və La Liqada hegemonluq edən heyətin vacib hissəsi idi. O, Fransisko Xento və Xose Mariya Sarraqa ilə birgə beş qələbənin hamısında rol oynayan üç oyunçudan biri idi. Finalların hər birində o, qol vura bilmişdir. Di Stefano Madridə köçdükdən sonra əsasən İspaniya millisinin şərəfini qorumuşdur, lakin Argentina və Kolumbiya millilərində də çıxış etmişdir. == Həyatı == Di Stefano 1943-cü ildə 17 yaşında Argentinanın "River Pleyt" klubunda karyerasına başladı. 1946 mövsümünü o, "Urakan" klubuna icarəyə verildi, ancaq 1947-ci ildə "River"ə qayıtdı.
Antonio Di Natale
Antonio Di Natale (it. Antonio Di Natale; 13 oktyabr 1977, Neapol) — İtaliyalı keçmiş futbolçu. Hücumçu və hücumameyilli yarımüdafiəçi kimi oynayıb. İtaliya millisinin üzvu olub. Daha çox "Udineze" klubundakı çıxışı ilə tanınıb.
Anxel Di Maria
Anxel Di Maria (14 fevral 1988[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Yuventus klubunun və Argentina milli futbol komandasının yarımmüdafiçəsi.
Anxel Di Mariya
Anxel Di Maria (14 fevral 1988[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Yuventus klubunun və Argentina milli futbol komandasının yarımmüdafiçəsi.
Arnolfo Di Kambio
Arnolfo Di Kambio (it. Arnolfo di Cambio; təq. 1240[…], Kolle di Val d'Elsa, Toskana – təq. 8 mart 1302, Florensiya) — italyan heykəltəraşı və memarı. == Həyatı == Bolonyadakı San-Domeniko kilsəsində müqəddəs Dominikin sarkofaqı və Siena baş kilsəsinin kafedrasının yaradılmasında Pizanonun köməkçisi və ehtimal ki, şagirdi olmuşdur. Antik irsə böyük marağı da Pizanodan əxz etmişdir. Romada 1277-ci ildən, 1294-cü və ya 1296-cı ildən sonra Florensiyada işləmişdir. Qədim Roma heykəltəraşlığı ənənələrini fransız qotikasının təsiri ilə birləşdirərək, özünün əzəmətli — epik obrazlarında italyan Protorenesansı plastikasının əsasını qoymuşdur. Perucadakı fəvvarə üçün fiqurlar, kardinal Qiyom de Breyin və kardinal Annibaldinin, papa VIII Bonifatsinin mərmər sərdabələri, Vatikandakı Müqəddəs Pyotr baş kilsəsindəki Müqəddəs Pyotrun tunc heykəli, Florensiya baş kilsəsinin fasadındakı fiqurlar onun ən mühüm əsərlərindəndir. Memar kimi Florensiyada işləmiş, baş kilsənin yenidən qurulmasında, Badia abbatlığı və Santa-Kroçe kilsələrinin inşasında və ehtimal ki, həmçinin Palasso Vekkyonun tikintisində də iştirak etmişdir.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Brembate Di Sopra
Brembate Di Sopra (it. Brembate di Sopra) — İtaliyada kommuna. Lombardiya regionunda yerləşir. Berqamonun inzibati mərkəzinə tabedir. Əhalisi 7100 nəfər, əhalinin sıxlığı 1684 nəfər/km². Ərazisi 4 km² ərazini əhatə edir. Poçt kodu — 24030. Telefon kodu — 035. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Canni Di Venanso
Canni Di Venanso (it. Gianni di Venanzo; 18 dekabr 1920[…], Teramo, Abruttso – 3 yanvar 1966 və ya 3 fevral 1966, Roma) — italyan kinooperatoru. == Həyatı == O, bir neçə görkəmli rejissorla birgə çalışmışdır. Eləcə də Mikelancelo Antonioninin "Şəhərdə məhəbbət", "Qız dostları", "Çığırtı", "Gecə" filmlərində işləmişdir. Fellininin "Səkkiz yarım" filmindəki əməkdaşlığı onun ən uğurlu işlərindən biri sayılır. Onun sonuncu filmi Cozef L. Menkiviksin "Bal qabı" (1967) filmi olmuşdur. Onun karyerası 45 yaşında ikən Romada qəfil ölümü ilə yarımçıq qalır. == Filmoqrafiya == Səkkiz yarım (film, 1963) / 8 ½ == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Con Di Macio
Con Uilyam Di Macio (ing. John William DiMaggio; 4 sentyabr 1968, Nort-Pleynfild[d], Nyu Cersi) — ABŞ səsləndirmə aktyoru. "Macəra zamanı" cizgi serialındakı Ceyk və "Futurama" serialındakı Bender daxil olmaqla müxtəlif personajların səsləndirilməsi ilə yadda qalıb. == Həyatı == Con Di Macio 4 sentyabr 1968-ci ildə Nyu Cersi ştatının Şimali Pleynfild şəhərində doğulmuşdur. Aktyorluq karyerasına komediya rollları ilə başlamışdır. Ardınca bir çox animasiya filmlərində personajları səsləndirmişdir. Hal-hazırda Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayır.
Cotto di Bondone
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Cudit O'Di
Cudit O'Di (ing. Judith O'Dea; 20 aprel 1945) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu "Yaşayan ölülərin gecəsi" filmində Barbara roludur. Cudit O'Di şifahi kommunikasiyalar tədrisi ilə məşğul olan "O'Dea Communications" firmasının sahibəsidir. == Seçilmiş filmoqrafiya == 1968: Yaşayan ölülərin gecəsi == İstinadlar == == Xarici keçidlər == Cudit O'Di — IMDb səhifəsi. O'Dea Communications.
Prudenti di Morays
Prudenti di Morays (4 oktyabr 1841 – 3 dekabr 1902) — Braziliyanın üçüncü, ölkənin xalq tərəfindən seçilən ilk prezidenti. == Həyatı == Florianu Peyşotu iflic keçirdiyi üçün 23 noyabr 1891-ci ildə ölkədə növbədənkənar prezident seçkiləri təşkil edildi. Prudenti di Morays rəqibi Afonsu Pena üzərində qələbə qazandı və seçimlə hakimiyyətə gələn ilk Braziliya prezidenti oldu.
Roberto Di Matteo
Roberto Di Matteo(29 may 1970) — İsveçrədə doğulan İtalyan baş məşqçi, əski futbolçu. Futbolçuluğu dövründə orta sahə mövqesində vəzifə almışdır.Həyat yoldaşı Zoe və üç uşağı ilə Royal Liminqton Spada yaşayır.
Rodriqu-di-Freytaş
Rodriqu-di-Freytaş (port. Lagoa Rodrigo de Freitas) — Rio-de-Janeyro şəhəri ərazisində yerləşən laqun məşhəlli göl. Göl XVIII əsrdə yaşamış hərbçi Rodriqu di Freytaş Karvaliyonun şərəfinə adlandırılmışdır. Laqun Atlantik okean ilə kanalla birləşir. Kanal İpanema rayonu ərazisində yerləşir, Rio sakinləri arasında göl sadəcə Laqoа («göl») kimi adlandırılır. Rodriqu-di-Freytaş gölündən 2016 Yay Olimpiya Oyunlarında istifadə edilir. Burada Akademik avarçəkmə və Kanoye yarlışları keçirilir.
Severino Di Ciovanni
Severino Di Ciovanni (16 mart 1901, Kieti, Abruttso – 1 fevral 1931, Buenos-Ayres) — Argentinaya köçən italyan anarxisti idi və burada Sakko və Vanzettiyə və antifaşizmə dəstək üçün terror kampaniyasına görə bu ölkədə ən tanınmış anarxist fiqura çevrilmişdi. == İtaliya == Di Ciovanni 17 mart 1901-ci ildə Kieti, Abruzzoda anadan olub. Birinci Dünya Müharibəsindən dərhal sonra aclıq və yoxsulluq kimi məhrumiyyətlər dövründə yetişən onun tərbiyəsi onun siyasətinə böyük təsir göstərmişdir. O, müəllim olmaq üçün kurslara getdi və tezliklə oranı bitirməzdən əvvəl yaşadığı şəhərin bir məktəbində müəllimlik etməyə başladı. O, mətbəə sənətini özü öyrəndi və boş vaxtlarında Mixail Bakunin, Malatesta, Prudon və Elisee Reklusu oxudu . == Argentinaya gəliş == Di Ciovanni İkinci Dünya Müharibəsindən əvvəl italyan mühacirlərinin son böyük dalğası ilə Buenos Ayresə gəldi. O, Moronda yaşayırdı və Argentinada faşizmə və italyan faşist tərəfdarlarına qarşı yığıncaqlarda iştirak etmək və tədbirlər planlaşdırmaq üçün gündəlik Buenos-Ayres Paytaxtına gedirdi. Bir anarxist olan Di Ciovanni, Argentina siyasətində daha sağçı və faşist elementlərin solğun əksi olaraq gördükləri UCR-yə hörmətsizlikdən başqa bir şeyə sahib deyildi. Severino Di Giovanni'nin ilk birbaşa hərəkəti 6 iyun 1925-ci ildə, Teatro Colonda baş tutan III Viktor Emmanuelin İtaliya taxtına çıxmasının 25-ci ildönümünün qeyd edilməsi zamanı baş verdi. Prezident Alvear, həyat yoldaşı, opera müğənnisi Regina Pacini və faşist İtaliyanın səfiri qraf Luici Aldrovandi Marescotti, habelə hər hansı bir pozğunluğun qarşısını almaq üçün Marescotti tərəfindən yerinə qoyulan çoxsaylı Qara köynəklər aksiyada iştirak edirdi.
Severino Di Giovanni
Severino Di Ciovanni (16 mart 1901, Kieti, Abruttso – 1 fevral 1931, Buenos-Ayres) — Argentinaya köçən italyan anarxisti idi və burada Sakko və Vanzettiyə və antifaşizmə dəstək üçün terror kampaniyasına görə bu ölkədə ən tanınmış anarxist fiqura çevrilmişdi. == İtaliya == Di Ciovanni 17 mart 1901-ci ildə Kieti, Abruzzoda anadan olub. Birinci Dünya Müharibəsindən dərhal sonra aclıq və yoxsulluq kimi məhrumiyyətlər dövründə yetişən onun tərbiyəsi onun siyasətinə böyük təsir göstərmişdir. O, müəllim olmaq üçün kurslara getdi və tezliklə oranı bitirməzdən əvvəl yaşadığı şəhərin bir məktəbində müəllimlik etməyə başladı. O, mətbəə sənətini özü öyrəndi və boş vaxtlarında Mixail Bakunin, Malatesta, Prudon və Elisee Reklusu oxudu . == Argentinaya gəliş == Di Ciovanni İkinci Dünya Müharibəsindən əvvəl italyan mühacirlərinin son böyük dalğası ilə Buenos Ayresə gəldi. O, Moronda yaşayırdı və Argentinada faşizmə və italyan faşist tərəfdarlarına qarşı yığıncaqlarda iştirak etmək və tədbirlər planlaşdırmaq üçün gündəlik Buenos-Ayres Paytaxtına gedirdi. Bir anarxist olan Di Ciovanni, Argentina siyasətində daha sağçı və faşist elementlərin solğun əksi olaraq gördükləri UCR-yə hörmətsizlikdən başqa bir şeyə sahib deyildi. Severino Di Giovanni'nin ilk birbaşa hərəkəti 6 iyun 1925-ci ildə, Teatro Colonda baş tutan III Viktor Emmanuelin İtaliya taxtına çıxmasının 25-ci ildönümünün qeyd edilməsi zamanı baş verdi. Prezident Alvear, həyat yoldaşı, opera müğənnisi Regina Pacini və faşist İtaliyanın səfiri qraf Luici Aldrovandi Marescotti, habelə hər hansı bir pozğunluğun qarşısını almaq üçün Marescotti tərəfindən yerinə qoyulan çoxsaylı Qara köynəklər aksiyada iştirak edirdi.
Tanya di Mario
Tanya di Mario (4 may 1979, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Tanya di Mario, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Tanya di Mario, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Tempietto di Bramante
Tempietto di Bramante (hərfi mənası "Bramantenin məbədciyi", it. Tempietto del Bramante) — İtaliyanın paytaxtı Roma şəhərinin Yanikul təpəsinin ətəklərində yerləşən, öz xarici görünüşünə görə antik Tolos məbədlərini xatırladan və İntibah dövründə inşa edilən kapelladır. Memarlıq mütəxəssisləri tərəfindən, kapella "İntibah dövrünün yüksək arxitekturasının mükəmməl nümunəsi olaraq qiymətləndirilmişdir. Binanın ümumi layihəsi Yüksək Renessans dövrünün əsasını qoymuş və o dövrün ən məşhur nümayəndələrindən birisinə çevrilmiş Donato Bramante tərəfindən tərtib edilmişdir. Kapellanın inşası tamamlandıqdan sonra, onun dahi memarın şərəfinə adlandırılmasına dair qərar qəbul edilmişdir. Kapellanın tikintisi üçün qədim yunan və Roma məbədlərinin memarlıq üslubu əsas götürülmüşdür; burada hissələrin arasında olan mütənasib həndəsi əlaqə dərhal gözə çarpır və diqqəti cəlb edir. == Yerləşməsi == Təvazökar ölçülərə malik olan kapella, hal-hazırda bededikt ordeninə məxsus San-Pyetro-in-Montorio adlanan titulyar kilsə kompleksinin daxili həyətində ucalır. Kompleksin tutduğu sahə Roma şəhərinin XIII rionisi (yəni rayonu) sayılan Trasteverenin eyni adlı meydanında, qədim Porta Aurelia darvazalarından təxminən 400 metr şərq istiqamətində yerləşir. == Tarix == Binanın inşası İspaniya kralı Araqonlu Ferdinandın sifarişi əsasında memar Bramanteyə həvalə edilmişdir (əslən Lombardiya vilayətindən olmuş dahi memar, doğma Milan şəhərinin 1499-cu ildə fransız ordusu tərəfindən işğal olmasından hədsiz kədərlənərək, həmişəlik Romaya köçməyi qərara almışdır). Daha sonralar kapellanı əhatən edən monastır binasında ispan kralının tabeliyində olan ümumi toplantı və səsvermə orqanlarının baş idarələri yerləşdirilmişdir.
Covanni Di Lorenso
Covanni Di Lorenso (4 avqust 1993, Kastelnuovo di Qarfanyana, Toskana) — İtaliyalı futbolçu. İtaliyanın "Napoli" klubunun və İtaliya milli komandaının müdafiəçisi. "Avro 2020"nin qalibi.
Triennale di Milano
Triennale di Milano — İtaliyanın Milan şəhərindəki Sempione parkında yerləşən incəsənət və dizayn muzeyidir. == Tarixi == O, Giovanni Muzio tərəfindən layihələndirilmiş və 1931-1933-cü illər arasında tikilmiş Palazzo dell'Arte-də yerləşir. Muzeyin tikintisi Antonio Bernocchi və onun qardaşları Andrea və Michele tərəfindən maliyyələşdirilib. Beynəlxalq incəsənət və dizayn sərgisi olan Milan Triennali muzeydə 1936-1996-cı illər arasında on üç dəfə və iyirmi illik fasilədən sonra yenidən 2016-cı ildə keçirildi. == Fəaliyyəti == 2003-cü ildən muzey İtaliya Memarlığına görə üç illik qızıl mükafat təqdim edir. İtalyan dizaynının daimi muzeyi, 2007-ci ildə açılan Triennale Dizayn Muzeyi dizayn, memarlıq və vizual, səhnə və tamaşa sənətlərini nümayiş etdirir. Binada həmçinin Muzio tərəfindən dizayn edilmiş Teatro del Arte teatrı da var. 2019-cu ildə XXII Triennial "Sınıq Təbiət" adı altında insanlar və təbiət arasındakı əlaqəni araşdıran dizayn yanaşmalarına diqqət yetirərək keçirildi.
Peltopus discolor
Bulbophyllum discolor (lat. Bulbophyllum discolor) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum discolor növü Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Bulbophyllum commocardium Garay, Hamer & Siegerist Bulbophyllum discolor subsp. discolor Peltopus discolor (Schltr.) Szlach. & Marg.
Pemont dili
Pyemont dili — İtaliyanın Pyemont bölgəsində danışılan bir qall-italyan dildir. Təxminən 2 milyon nəfər tərəfindən danışılmaqla birlikdə rəsmi dil statusunda olmayıb yerli dil olaraq istifadə edilməkdədir. İtaliya hökuməti tərəfindən İtalyan dilinin bir ləhcəsi kimi qəbul edilməsinə baxmayaraq Etnoloq tərəfindən Lombard dili, Venedik dili, Emiliyano-Romaniyol dili və Liqur dili kimi ayrı bir dil statusundadır.
Penstemon digitalis
Penstemon digitalis (lat. Penstemon digitalis) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Peter Qustav Lejyon Dirixle
Peter Qustav Lejyon Dirixle (ing. Peter Gustav Lejeune Dirichlet; 13 fevral 1805[…], Düren, Köln[d] – 5 may 1859[…], Göttingen, Hannover krallığı[d]) — Alman riyaziyyatçısıdır; ədədlərin analitik nəzəriyyəsi, funksiyalar nəzəriyyəsi, riyazi fizika üzrə əsərlərin müəllifidir.
Petradoria discoidea
Cuniculotinus gramineus (lat. Cuniculotinus gramineus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin cuniculotinus cinsinə aid bitki növü.
Petrovsk rayonu (Stavropol diyarı)
Petrovsk rayonu (rus. Петровский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Svetloqrad şəhəridir. Əhalisi 71 084 nəfərdir (2020). == Coğrafiyası == Rayon Stavropol diyarının mərkəzi hissəsində yerləşir. Rayon mərkəzi olan Svetloqradan, regional mərkəz, Stavropola qədər olan məsafə 75 km-dir. Qraçovski, Aleksandrovski, İpatovski, Türkmən və Blaqodarnı rayonları ilə həmsərhəddir. Rayon ərazisində Prikalaus yüksəkliyi yerləşir. Bu yüksəklik Kalaus və Kuma çaylarının suayırıcısı rolunu oynayır. Rayon ərazisindən Böyük Stavropol kanalı keçir.
Petruşin dili
Petruşin dili — elə də uzun olmayan qumdan ibarət olan dil. Dil Rusiyanın Taqanroq körfəzi sahillərində yerləşir. Taqanroq şəhərindən bir qədər aralıda, Beqlis dilindən isə 25 km şərqdə qərarlaşır. Dilin ərazisi Rostov vilayətinin Neklinov rayonu Novobesserqenev kəndi vahidliyinə daxildir. == Tarixi əhəmiyyəti == 1696-cı ildə Azov qalasının I Pyotr tərəfindən işğalından sonra Mius yarımadasında yeni qalanın inşasına başlamışdır. Petruşkin dilində Pavlov qalası inşa edilmişdir. Sonradan qala Taqanrov xəttinin əsas müdafiə istinadgahlarından birinə çevrilmişdir 1711-ci ildə Osmanlı imperiyası Taqanroqu ələ keçirmək məqsədi ilə hücuma keçərkən Petruşkin dilində döyüş baş vermişdir. Döyüş türklərin məğlubiyyəti ilə bitmişdir 26 oktyabr 1941-ci ildə Üçüncü Reyxin göstərişi ilə bölgənin yahudiləri Petruşkin dilinin cənub-şərqinə yığılaraq güllələnmişdir. Ümumilikdə İkinci Dünya müharibəsidə ümumilikdə 20 000 insan öldürülmüşdür. 1950-х illərdə öldürülənlərin şərəfinə ağaclar əkilmişdir == Əhalisi == Petruşin dilində Eyni adlı kənd yerləşir.
Peucedanum dissectum
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. == Sinonimləri == Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Phragmites dioicus
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Phragmites distichus
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Phyllanthus distichus
Phyllanthus acidus (lat. Phyllanthus acidus) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Phyllorkis diphyes
Bulbophyllum capitatum (lat. Bulbophyllum capitatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum capitatum növü Kalimantan, Yava ərazilərində yayılmışdır.
Phytoseius diutius
Phytoseius diutius (lat. Phytoseius diutius) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius diutius Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pietro Diana (rəssam)
Pietro Diana (28 Dekabr 1931 – 12 Oktyabr 2016) — İtaliyalı çapçı, oymaçı və dizayner. Diana həm də "avtomatlaşdırılmanın" yaradıcısı hesab edilir. == Boioqrafiya == Giorgio Auneddu, Pietro Diana: incisioni, disegni, automates (opere recenti 1975-1991), Torino, Tuttagrafica, 1991 == İstinadlar == == Xarici keçidlər == Pietro Diana.
Pikard dili
Pikard dili- Fransız dilinə sıx bağlı dil.Fransanın Nord-Pas-de-Calais və Pikardiya bölgələrində və Belçikanın Valloniya regionunun bir qismində, Turnai nahiyəsində və Mons nahiyəsinin bir qismində danışılır.
Pir (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. == Etimologiya == "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. == Tarixi == Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Piramidavari dirçək
Piramidavari dirçək (lat. Ajuga pyramidalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Piruz Dilənçi
İsmayılfiruz Əli Baratəli oğlu (16 may 1965, Tehran) — şair, tərcüməçi, siyasi xadim. == Həyatı == Piruz Dilənçi (fars. پيروز ديلنچی‎‎, ing. Piruz Dilenchi) 1965-ci il mayın 16-da İranda, Tehran şəhərində anadan olmuşdur. Burada "Hatif" məktəbində ibtidai təhsil almışdır. 1983-cü ildə İsfəndiyar orta məktəbini bitirmişdir. 1983-1988-ci illərdə Tehran Texnologiya İnstitutunun yol və inşaat fakültəsində təhsilini davam etdirmişdir. Ədəbi fəaliyyətə erkən başlamışdır. 14 yaşında ikən ilk kitabı Tehranda fars dilində kütləvi tirajla buraxılmışdır. Doğulduğu şəhərdə yaşadığı illərdə 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür.
Platyaechmea distichantha
Aechmea distichantha (lat. Aechmea distichantha) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Plectranthus dissitiflorus
Plectranthus dissitiflorus (lat. Plectranthus dissitiflorus) — dalamazkimilər fəsiləsinin plectranthus cinsinə aid bitki növü.
Plikativ dislokasiyalar
Plikativ dislokasiyalar - Yer qabığında süxur laylarının müxtəlif miqyaslı və formalı əyriliklərə səbəb olan geniş yayılmış deformasiyalar. Plikativ dislokasiyalar layların bütövlüyü pozulmur, yaxud çoxsaylı kiçik bloklar əmələ gəlir. Sonuncu halda bu blokların hər biri ayrı-ayrılıqda deformasiyaya məruz qalmır, lakin qonşu bloka nisbətən yerini dəyişərək dönür, yalnız bütövlükdə qırışığı xatırladır. Başlıca olaraq, iki tip plikativ dislokasiyalar ayrılır: müsbət formalar (antiklinallar) və mənfi formalar — sinklinallar. Sinonim: Qırışıqlıq dislokasiyası, Qırışıqlıq pozulmaları, Plikativ deformasiyalar. == Həmçinin bax == Yer qabığı Deformasiya Lay == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Plyural mərkəz dil
Plyural mərkəz dil (həmçinin polimərkəz dili) — bir neçə müstəqil dövlətdə geniş yayılmış və hər biri öz norma və dil standartlarını müəyyənləşdirən təbii dil. Bu zaman dil variantları vahid dil çərçivəsində, ədəbi səviyyədə ümumi qaydalar işləyib hazırlamğa cəhd edirlər. Plyural mərkəs faktiki material əsasında de-fakto və nəzəri şəkildə de-yure olurlar. == De-yure plyural mərkəz dilləri == Alman dili. Almaniya, Avstriya və İsveçrə variantları vardır. İngilis dili. Öz variantlarına Böyük Britaniya və ABŞ malikdirlər; bununla belə bütün variantların yaxınlaşması hiss edilir. Kanda , bir qədər də Britaniya və Avstraliya variantları ABŞ varantına yaxınlaşırlar. İspan dili. Öz variantlarına İspaniya, Argentina, Meksika və digər ispandilli ölkələr malikdirlər.
Plzen diyarı
Plzen diyarı (çex. Plzeňský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Plzen şəhəridir. == Əhali == Plzen bölgəsinin əhalisi 570,401 nəfərdir (2011-ci il siyahıyaalınmasına əsasən), bu Çex Respublikası ümumi əhalisinin 5,47% -nə uyğundur. Bu sayın 30% sakinləri Plzen və ətraf şəhərlərdə yaşayır. Bölgədə az sayda əhalisi olan çox sayda yaşayış məntəqəsi var, yeganə böyük şəhər Çexiyanın dördüncü böyük şəhəri olan Plzen bölgəsinin inzibati mərkəzidir (164,000 əhali). Bölgənin qalan 46 şəhərində 367 min insan yaşayır. Əhalinin sıxlığı 1 kvadrat kilometrə 75.44 nəfərdir (ölkədə orta hesabla 1 kvadrat kilometrə 132.33 nəfər). Taxov (37.65) və Klatovi (44.21) bölgələrində əhalinin ən az sıxlığı. == İqtisadiyyat == Əsas mineral yataqları Pilsen yaxınlığında işlənir.
Polşada din
Polşada din — Polşa Respublikasında din. == Qanunvericilik == Polşa Avropanın ən dindar ölkələrindən biridir. Bu ölkə xüsusilə Avropada xristianlığın ən güclü olduğu ölkədir. Ölkə Konstitusiyasında dinlə əlaqədar hər hissədə katolikliyə yer ayrılmışdır. Bu mənada, Katolisizm dövlətin rəsmi dini olaraq qəbul edilməkdədir. Kilsə, dövlət, siyasət və cəmiyyət həyatında lazım olduğunda istifadə etdiyi ciddi bir nüfuza malikdir. Bəzi katolik keşiş və qruplar siyasətlə açıq-aşkar fəaliyyət göstərməkdə və bugünkü koalisiya iqtidarının ən böyük və ən kiçik partiyalarını dəstəkləməkdədir. Dövlət ilə Kilsənin rəsmi əlaqəsi 1989-cu ildə qəbul olunan qanuna əsasən təşkil edilməkdədir. Bu qanunlar, inanc azadlığını zəmanət altına almaqda, Roma Katolik Kilsəsinin radio və televiziya proqramları təşkil etməsinə; ayrıca məktəb, xəstəxana və tarixi dəyəri olan binaları işlətməsinə icazə verməkdədir. Polşa parlamenti olan Seymin Başçı kürsüsünün arxasında Xaç vardır.
Pomak dili
Pomak dili — Hind-Avropa dil ailəsinin slavyan dili qrupunun cənub slavyan yarımqrupuna daxil olan pomakların dili. Bolqar dilinə çox yaxındır.

Digər lüğətlərdə