Ərəb dilinin İraq dialekti
Ərəb dilinin İraq dialekti və ya İraq ərəb dili (ərəb. لهجة عراقية, عراقي) — bədəvi dialekti əsasında inkişaf etmiş və İraqda, eləcə də Suriya, İran, cənub-şərqi Türkiyədə və regiondan kənardakı İraq diasporunun nümayəndələri arasında yayılmış ərəb dilinin qarşılıqlı surətdə başa düşülən növləri kontinuumu. Bu dialektdə danışanların ümumi sayı 15,1 milyon nəfərdir (onlardan 11,5 milyonu İraqdadır).
İraqın özünəməxsus multikulturalizminə görə, İraq ərəbcəsi arami, akkad, fars, kürd və türk dillərindən əhəmiyyətli miqdarda alınma sözlərə malikdir.
Торос А. К. Иракский диалект арабского языка: практическое пособие. Ключ-С. 2011. ISBN 9785931361468.
Kees Versteegh. The Arabic Language. Columbia University Press.