DİRİ Ölülər elə bilirlər ki, dirilər həmişə halva yeyir (B.Bayramov); CANLI Ucalan heykəl canlı bir insan kimi görünürdü (S.Rəhimov); Mən də bir insanam, mən də canlıyam... (S.Vurğun); DİRİGÖZLÜ ..halbuki dirigözlü arvad ola (Ü.Hacıbəyov); SAĞ [Fatma:] Əgər anan sağdırsa, Allah ömrünü uzun eləsin, yox vəfat eləyibsə, torpağı rahat olsun (H.Abbaszadə); YAŞAR Səni mütləq cahanda var sanıram; Bizim ilə səni yaşar sanıram (A.Şaiq); ZİHƏYAT Aqşin: Əmirəlmömin xəlifənin iradəsinə qarşı bir zihəyat dura bilməz. Ayrılın! (C.Cabbarlı); ZİNDƏ (köhn.) Hər zaman zindəyəm, hər zaman gəncəm; Şahları mat edən canlı şətrəncəm (A.Şaiq); SALAMAT (bax).