DİRİJOR

I
сущ. дирижёр (лицо, управляющее оркестром, хором, оперным или балетным спектаклем). Simfonik orkestrin dirijoru дирижер симфонического оркестра, baş dirijorun idarəsi ilə под управлением главного дирижера
II
прил. дирижерский. Dirijor çubuğu дирижерская палочка, dirijor pultu дирижерский пульт
DİRİJABL
DİRİJORLUQ
OBASTAN VİKİ
Dirijor
Dirijor (fr. diriger — idarə etmək, yönəltmək, başçılıq etmək) — ansambl (orkestr, xor, opera və s.) musiqisininin ifa prosesinə başçılıq edən şəxs. Dirijor ansamblın bütün üzvlərinə nəzarət edərək, onları düzgün istiqamətə yönəldərək musiqi əsərinin gözəl şəkildə ifa olunmasını təmin edir. Əvvəllər ansamblın bir üzvü D. rolunda çıxış edir, ifaçılara yol göstərirdi; sonralar xüsusi D. meydana gəldi. D. əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir. Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır; dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır. Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır. == Azərbaycan milli dirijorluq məktəbi == Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünə məxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü. Hacıbəyovun "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxildir.
Azad Əliyev (dirijor)
Azad Sabir oğlu Əliyev (29 mart 1951-ci il, Bakı, Azərbaycan - 30 mart 2014-cü il, Bakı, Azərbaycan) — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2006-2014). == Həyatı == Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir. Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1972-1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olmuşdur. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışmışdır. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaratmış və bu orketstrlə müxtəlif konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışırdı.
Dilarə Əliyeva (dirijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Dirijor (film, 1980)
"Dirijor" (pol. Dyrygent) — rejissor Anje Vaydanın filmi. == Məzmun == Gənc istedadlı skripka ifaçısı Marta ABŞ-yə təhsil almağa gəlir. O, burada bir vaxtlar anası ilə məhəbbət hekayəsi yaşamış məşhur dirijorla tanış olur. Con Lyasoski uzun mühacirətdən sonra doğma şəhərinə baş çəkmək və yerli simfonik orkestrlə çıxış etmək qərarına gəlir. Bu orkestrə Martanın əri Adam rəhbərlik edir. Onun bu orkestrlə məşqi zamanı iki dirijor arasında böyük fərq olduğu görünür. Müdrik, xeyirxah maestro Lyasoski və lovğa, zalım Adam bir-birindən çox seçilir. Böyük musiqiçinin gəlişi gənc cütlüyün ailə münasibətlərində də öz əksini tapır. == Mükafatlar və nominasiyalar == === Mükafatlar === ==== 1980-ci ilin Beynəlxalq Berlin kinofestivalının mükafatı: ==== Ən yaxşı kişi roluna görə "Gümüş Ayı" mükafatı – Anje Severin == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anje Kiyovski Rejissor : Anje Vayda Operator : Slavomir İdzyak Musiqisindən istifadə edilən bəstəkar : Lüdviq van Bethoven (Simfoniya No.
Etibar Əhmədov (dirijor)
Etibar Əhmədov (azərb. Əhmədov Etibar Əhmədağa oğlu‎, rus. Ахмедов Этибар Ахмедага оглы; d. 6 iyun, 1959. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyasının əməkdar artisti. Novosibirsk Musiqili Komediya Teatrının quruluşçu dirijoru. == Həyatı == Əhmədov Etibar Əhmədağa oğlu 1959-cu il iyunun 6-da Bakıda anadan olub. 1974-cü ildə Bakıda Asəf Zeynallı adına musiqi məktəbinin xor dirijorluğu şöbəsinə pedaqoq Q.Gimpileviçin sinfinə qəbul edilib və 1978-ci ildə oranı bitirib. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri N.Məlikovun rəhbərlik etdiyi dövlət imtahan komissiyasının tövsiyəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xor dirijorluğu fakültəsinə - kafedranın dosenti L.Atakişiyevanın sinfinə daxil olub. Təhsil illərində E.Əhmədov kamera xorunda xor artisti kimi çalışıb, Sovet İttifaqının şəhərlərində (Sevastopol, Simferopol, Tbilisi, İrəvan, Kişinyov) qastrol səfərlərində olub.
Kamal Abdullayev (dirijor)
Kamal Canbaxış oğlu Abdullayev (18 yanvar 1927, Bakı – 6 dekabr 1997, Moskva) — Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti (1967). == Həyatı == Kamal Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir. Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır.
Sevil Hacıyeva (dirijor)
Sevil İnşalla qızı Hacıyeva (16 iyul 1975, Bakı) — Azərbaycanin ilk qadın dirijoru, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, BMA-nın dosenti, Azərbaycan Dövlət Akademik Opera və balet teatrının baş xormeysteri və dirijoru. Sevil İnsalla qızı Hacıyeva 1975-ci il iyulun 16-da Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini G.G.Şaroyev adına musiqi məktəbində fortepiano üzrə almışdır. 1999-cu ildə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsini – Xalq artisti Yalçın Adıgözəlovun sinifini bitirmişdir. Hal-hazırda BMA-nın dirijorluq kafedrasının dosentidir. 2003-cü ildən 2009-cu ilə qədər Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına “ Mahnı və rəqs “ ansamblında xormeyster vəzifəsində çalışmışdır. 2003-cü ildə Sevil Hacıyeva Opera və balet teatrına - baş xormeyster vəzifəsinə təyin edilmişdir. Teatrda fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığını nəzərə alaraq 2006-cı ildə dahi Üz.Hacıbəylinin “ Leyli və Məcnun ”operası Sevil Hacıyevaya həvalə olundu. Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələrək Sevil Hacıyeva ilk qadın dirijoru adını qazandı. Bundan əlavə Sevil Hacıyeva Üz.
Çingiz Axundov (dirijor)
Axundov Çingiz Məmməd oğlu (03.09.1959, Naxçıvan şəhəri) — Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Universitetinin "Orkestr alətləri və dirijorluq" kafedrasının professoru, Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin bədii rəhbəri və dirijoru. Çingiz Axundov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Orkestr alətləri" fakültəsini bitirib. 1982-ci ildə I "Zaqafqaziya kamera musiqisi" festivalının laureatı olmuş və I dərəcəli diploma layiq görülmüşdür. 1976-cı ildən orkestr ifaçısı kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetində işləyir. "İncəsənət" fakültəsində ilk xalq çalğı alətləri orkestri, skripkaçılar ansamblı, kiçik tərkibli simfonik orkestrini təşkil etmişdir. Fakültənin "Opera studiyası"nda Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası, "Arşın mal alan" operettasını tələbə orkestri üçün orkestrləşdirmiş və orkestrə rəhbərlik etmiş, bu əsərlərlə Türkiyənin Qars, Trabzon, Samsun, Rusiyanın Novosibirsk şəhərlərində çıxış etmişdir. Pedagoji fəaliyyətlə yanaşı 1985-ci ildən ifaçılıq fəaliyyətilə də məşğul olmuş Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. Bu kollektiv ilə Ü. Hacıbəyovun "Koroğlu" operasını tamaşaya qoyub Türkiyənin Ordu və Türkmənistanın Aşqabad şəhərində konsertlər vermişdir.
Əyyub Quliyev (dirijor)
Əyyub Ramiz oğlu Quliyev — Azərbaycan musiqiçisi, dirijor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), Azərbaycanın əməkdar artisti (2017). Əyyub Quliyev 26 iyul 1984-cü ildə anadan olmuşdur. İlk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedir. Gənc sənətkarın musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir. Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil almışdır. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir. Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə etmişdir. Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayır.
Faiq Sadıqov (dirijor)
Faiq Sadıqov (tam adı:Sadıqov Faiq Əbülfəz oğlu) — Azərbaycan Respublikası Əməkdar artisti, Prezidentin fərdi təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (2024) == Həyatı == Faiq Əbülfəz oğlu Sadıqov 10 oktyabr 1948-ci ildə anadan olub. İlk musiqi təhsilini Gəncədə Qəmbər Hüseynli adına Musiqi məktəbinin tar sinfində alıb. Asəf Zeynallı adına Musiqi Texnikumundan məzun olduqdan sonra təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri şöbəsində davam etdirib. Burada iki il oxuduqdan sonra dirijorluq sahəsini seçib, Əhəd İsrafilzadədən sənətin sirlərini öyrənib. 1979-cu ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində çalışıb. Bu kollektivlə Avropa və Azərbaycan bəstəkarlarının çoxsaylı əsərlərinin orkestrləşdirilməsinə nail olub. 13 may 2024-cü il tarixində, 76 yaşında Bakı şəhərində vəfat edib.
Azərbaycan dirijorlarının siyahısı
Adil Gəray

Digər lüğətlərdə