Yamayka dolları
Yamayka dolları (beynəlxalq işarə — JMD, ölkənin daxilində — JD və ya J$) — Yamaykanın pul vahididir. 1 dollar 100 sentə bərabərdir. Mübadilədə 1, 2, 5, 10, 20, 50, 100, 500, 1000 və 5000 dollarlıq əsginaslardan, 5, 10, 20, 25, 50 sentlik və 1, 5, 10 və 20 dollarlıq sikkələrdən istifadə olunur. Eyni zamanda mübadilədə köhnə buraxılışların sikkələri və böyük miqdarda yubiley sikkələr mövcuddur. Tez-tez yubiley sikkələrin buraxılışı həyata keçirilir.
1840-cı ilə qədər Britaniya funtu, yerli buraxılışların sikkələri və İspaniya sikkələri mübadilədədə bərabər səviyyədə istifadə olunurdu. 1840-cı ildən 1969-cu ilə qədər Yamayka funtu əsas pul vahidi oldu. Bundan başqa, 1955-ci ildən 1964-cü ilə qədər Vest-hind dollarından da istifadə edilmişdir.
Yamayka dolları ölkədə daxil edilənə qədər Kayman adalarında rəsmi valyuta kimi, Kayman adaları dolları adı altında 1972-ci ilə istifadə olunmuşdur.