Donuzu masanın arxasına oturt, o ayaqlarını masanın üstünə qoyar.

Lit. Set a pig at a table and it’ll put its trotters on it. / Cf. Set a beggar on horseback and he’ll ride to the devil. / Give him a mile and he’ll take a mile. / What do you expect from a pig but a grunt? / Let him put in his finger, and he will put in his whole hand. / Give him a ring, and he’ll want your whole arm. / It is hard to break a hog of an ill custom. Посади свинью за стол, она и ноги на стол.
donuzu əskikdir
dopdolu
OBASTAN VİKİ
Dəniz donuzu
Dəniz donuzu (lat. Phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinə aid heyvan cinsi. Uzunluqları iki metrə qədər olur. Bel hissəsi tünd, yan nahiyəsi isə parlaq rəngdə olur. Bu iki rəng bir-birinə vəhtəd şəkildə birləşir. Üst çənədə 16–30 çüt, alt çənədə 17–25 olur. Yetkin fərdlərin kəlləsi 24–32 sm olur. Dəniz donuzları Sakit okean, Atlantik okean və Hind okeanı sularında yaşayırlar.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Çöl donuzu
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
Adi dəniz donuzu
Adi dəniz donuzu (lat. Phocoena phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Orta uzunluğu dişilərdə 160 sm, erkəklərdə 145 sm, çəkiləri isə 50–60 kq arasında dəyişir. Bədəninin üst hissəsi tünd-boz, yan nahiyələri parlaq, qarın nahiyəsi isə parlaq boz və ya ağ rəngdə olur. Alt çənədə 16–30, yuxarı hissədə isə 17–25 diş olur. Növ üç yarımnövə bölünür: Phocoena phocoena phocoena — Atlantik okeanın şimalında Baltik dənizi, Ağ dəniz və Barens dənizi sulayında yaşayır. Phocoena phocoena relicta — Qara dəniz, Azov dənizi, Mərmərə dənizi və Egey dənizinin şimal sularında yayılmışlar. Phocoena phocoena vomerina — Sakit okeanın şimal sahilləri boyunca. Dəniz donuzları elədə böyük olmayaq qruplar halında yaşayırlar. Bəzən isə qrupların sayı minə çatır.
Argentina dəniz donuzu
Argentina dəniz donuzu (lat. Phocoena spinipinnis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlılar Peru sahillərindən tutmuş Odlu Torpaq arxipelaqına və oradan isə Braziliyanın cənub hissəsinə qədərki ərazilərə yayılmışlar. Onlar çaylarla sahildən 50 km məsafədə metikin daxilinə irəliləyə bilirlər. Əsasən tünd-boz rəngdə olurlar. Qarın nahiyəsi parlaq-boz rəngdədir. Yetkin fərdlərin uzunluğu 180 sm, çəkiləri isə 50–75 kq təşkil edir. Bel üzgəci üçgüncdür. Ya tənha ya da kiçik qruplar halında yaşayırlar. Qayıqlara yaxınlaşmağı xoşlamırlar.
Eynəkli dəniz donuzu
Eynəkli dəniz donuzu (lat. Phocoena dioptrica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlını digər dəniz donuzlarından asanlıqla ayırmaq olur. Onların gözlərinin ətrafında tübd həlqə olur. Bu həlqənin ətrafında isə nisbətən parlaq həlqə olur. Eynəkli dəniz donuzu ilk dəfə 1912-ci ildə Lahille tərəfindən təsvir edilmiş və qeydə almışdır. O, Buenos Ayres sahillərində bu canlının ölüsü əsasında Eynəkli dəniz donuzunu təsvir edir. Odlu Torpaq adasında Eynəkli dəniz donuzunun kəlləsi aşkarlanır. Latınca adı Phocoena dioptricadır. Dioptrica latıncadan tərcümədə iki həlqə mənasını verir.
Qaradəniz dəniz donuzu
Qaradəniz dəniz donuzu (lat. Phocoena phocoena relicta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinin adi dəniz donuzu növünə aid heyvan yarımnövü. Uzunluğu 1,3-1,5 metr, çəkisi təxminən 30 kiloqramdır. 1,8 metrə qədər olan fərdlərə də rast gəlinir. Dişilər erkəklərə nisbətən bir qədər böyükdür. Başı qısa, kütvari bir ağıza sahibdir. Belinin rəngi tünd boz, bəzən qara, böyürləri açıq rəngdədir. Albinos fərdlərə rast gəlinir. 4 santimetrə qədər bir piy qatına sahib olurlar. Dişilərdə cinsi yetkinlik yaşı 4 ildir.
Tüksüz dəniz donuzu
Neophocaena phocaenoides (lat. Neophocaena phocaenoides) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin neophocaena cinsinə aid heyvan növü. Əsasən isti sularda yaşayır. Onlara Yaponiya sahillərindən tutmuş Cənubi Afrika sahillərinə qədər ki ərazilərdə rast gəlmək olar. Sakit okean suları əsas arealı hesab edilir. Onları hətta Kuril adalarının cənub rayonlarınds belə görmək olur. Dayazlıqlarda, sahilə yaxın ərazilərdə üzürlər. Bəzən çayların axarının əksinə min km məsafə qət edirlər (Yanszı çayı ilə 1800 km). Qruplar halında hərəkət edirlər. Adətən hər qrupda 5–6 fərd olur.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
O'G3NE
O'G3NE — Liza, Emi və Şelli Vol bacılarından ibarət Niderlandlı musiqi triosu. Onlar "Adem in, Adem uit" mahnısı ilə Niderlandı 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmişdirlər. 2014-cü ildə trio Niderlandın The Voice səs yarışmasında qələbə qazanmışdır və həmin qələbədən sonra O'G3NE Britaniyanın EMI Records albom şirkəti ilə anlaşma imzalamışdır. O'G3NE "Lights and Shadows" mahnısı ilə Niderlandı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Liza Vol 21 iyun 1994-cü ildə, Emi və Şelli əkizləri isə 18 oktyabr 1995-ci ildə Niderlandın Dordrext şəhərində anadan olmuşdur. Qızlar daha sonra ölkənin Fixnaart şəhərinə köçmüş və orada böyümüşdürlər. Liza, Emi və Şelli "Adem in, Adem uit" mahnısı ilə 2007-ci ildə Niderlandın Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Junior Songfestival milli seçim turunda iştirak etmiş və nəticədə seçim turunda qalib gəlmişdirlər. Beləliklə bacılar Niderlandın Rotterdam şəhərində keçirilən 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkələrini "Adem in, Adem uit" mahnısı ilə təmsil etmiş və 17 ölkə təmsilçisinin mübarizə apardığı müsabiqədə Niderlanda 11-ci yeri qazandırmışdırlar. 2008-ci ildə onların 300% adlı debüt albomu işıq üzü görmüşdür. Daha sonra isə 2011-ci ildə qrupun Sweet 16 adlı ikinci studiya albomu təqdim edilmişdir.
O-Fenilendiamin
o- Fenilendiamin – formulası C6H8N2 olan üzvi birləşmə, aromatik diamin. o-Fenilendiamin - ağ, açıq çəhrayı və ya sarımtıl rəngli kristallardır. Sənayedə o-fenilendiamin 2-nitroanilinin bərpası nəticəsində alınır, hansı ki 2-nitroxlorobenzolun aminləşmə reaksiyası zamanı sintez olunur. Bərpa müxtəlif reagentlərin, məsələn, dəmir tozu, hidrazin və ya hidrogen sulfidin təsirindən həyata keçirilə bilər. Sənaye üsulu palladium katalizatorunun istifadəsi ilə keçirilir. Həmçinin, o-fenilendiamin 1,2-dixlorobenzolun və anilinin aminləşmə reaksiyası nəticəsində alınır. Laboratoriyada o-fenilendiamin natrium hidrogen sulfitin 1% sulu məhlulundan kristallaşma yolu ilə təmizlənir, sonra maddə buzlu su ilə yuyulur, vakuumda qurudulur və və sublimasiya olunur. o-Fenilendiamin isti suda, etil spirtində, dietil efirdə, xloroformda həll olunur. İşıqda və havada kristallar tez qaralır. o-Fenilendiamin, reaksiyalarda gələvi kimi özünü görsədərək duzlar əmələ gətirir, tipik aromatik aminlərə bənzər.
O.Torvald
O.Torvald (ukr. Оторвальд) — Ukraynalı rok qrupu. 2005-ci ildə Ukraynanın Poltava şəhərində yaranmışdır. Qrupun O.Torvald adlı debüt albomu 2008-ci ildə işıq üzü görmüşdür. O.Torvald qrupu GBOB, Chervona Ruta, Tavria games, Prosto Rock (Linkin Park qrupu ilə birlikdə), Zakhid, Krashche Misto UA (Evanescence və The Rasmus qrupları ilə birlikdə), Ekolomyja və Global Gathering kimi festivallarda çıxış etmişdir. Onlar "Time" mahnısı ilə Ukraynanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Qrup nəticədə müsabiqənin finalında 24-cü yerdə qərarlaşmışdır. Yevhen Halıç — vokalist, gitaraçı (2005–indiyə kimi) Denıs Mızyuk – gitaraçı, dəstək vokalçı (2005–indiyə kimi) Oleksandr Soloha — təbilçi (2011–indiyə kimi) Mıkıta Vasılyev — bassist (2014–indiyə kimi) Mıkola Rayda — pianoçu, DJ (2008–indiyə kimi) O.Torvald (2008) В тобі (2011) Примат (2012) Ти Є (2014) #нашілюдивсюди (2016) "Почуття" (2008) "Не грузи" (2009) "УЙ" (2010) "Качай" (2010) "Нас двоє" (2011) "Без тебе" (2012) "Mr.
O. Henri
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
O (dəqiqləşdirmə)
O — Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf. O həmçinin bu mənaları da verə bilər: O (film, 1990) — 1990-cı ildə qorxu janrında çəkilən ABŞ filmi. O (film, 2013) — 2013-cü ildə romantik dram və elmi fantastika janrında çəkilən ABŞ filmi.
O (roman)
O — Amerika yazıçısı Stiven Kinqin 1986-cı ildə yazdığı qorxu romanıdır . Bu , onun 22-ci kitabı və öz adı ilə yazdığı 17-ci romanı idi. Hekayə qurbanlarının qorxusundan istifadə edərək ovunu ovlayarkən özünü maskalamaq üçün istifadə edən şər varlıq tərəfindən terrora məruz qalan yeddi uşağın nə edəcəyindən bəhs edir. Maine ştatının Derri şəhərində yağış fırtınası zamanı Georgie Denbrough adlı altı yaşlı uşaq yağışlı küçədə üzən kağız qayığının arxası ilə qaçır və qayıqı yağış suyu kanalizasiyaya aparır. Kanalizasiyaya baxan Georgie orada Rəqs edən özünü Pennywise kimi təqdim edən bir təlxəklə qarşılaşır.Georgie, Pennywise tərəfindən aldadılır və təlxək onun qolunu qoparır və onu öldürür. Bu hadisədən sonra Georgienin qardaşı və dostları onun axtarışına çıxırlar.
O Fortuna
O Fortuna— XII əsrin əvvəllərində yazılmış orta əsr Latın Qoliardik şeridir. O Fortuna həmdə Carmina Burana kimi tanınan kolleksiyanın hissələrindən biridir. Bu Roma mifologiyasındakı xoşbəxtlik təcəssümünə, Fortuna və taleyə narazılıq edir. 1935-1936-cı ildə Alman bəstəkar Karl Orf öz Carmina Burana kantatasının ən məşhur hissəsi və əsərin açılış və bağlanış hissələrində ifa edilən "Fortuna Imperatrix Mundi" kimi adlanan musiqi bəstələdi. Birinci dəfə 8 iyun 1937-ci ildə Alte Operdə səhnələşdirilib. Ton son doqquz bara qədər məqamlıdır. Konsertin müddəti iki dəqiqə yarımdan bir az daha çoxdur. Orffun şeir üzərindəki aktları olduqca populyar olub saysız-hesabsız klassik musiqi orkestrləri və sənətkarlar tərəfindən ifa edilib. Bu musiqi parçası çoxsaylı filmlər və televiziya reklam çarxlarında eşidilir və dramatik və ya həlledici hallarda əhval-ruhiyyəni tənzimləmək üçün populyar mədəniyyətin əsasında çevrilib. "O Fortuna" İngiltərədə son 75 ilin ən çox ifa olunan klassik musiqi əsəri halına gəlmişdir.
O jardim
O jardim (azərb. Bağ‎) — Portuqaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın ev sahibliyi etdiyi Avroviziya 2018-də ölkəsini təmsil etmək hüququ əldə etmişdir. Mahnı portuqaliyalı söz yazıçısı İzaura tərəfindən bəstələnmişdir.
O İl
O İl (1 yanvar 1978) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. O İl Şimali Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
O İnqyonq
O İnqyonq (kor. 오은경; rus. Ынгёнг О; 1969, Seul) — Cənubi Koreyanın qadın türkoloq alimi, Türk xalqları folklorunun, xüsusilə özbək dastanlarının araşdırıcısı, müqayisəli ədəbiyyat üzrə bir sıra ciddi tədqiqatların müəllifi, jurnalist, professor, elmlər doktoru. Mənşəcə koreyalıdır. Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi. 1969-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olmuşdur. Seul şəhərindəki Hankuk Xarici Dillər Universitetinin Türkologiya fakültəsində təhsil almışdır. 1992–1999-cu illər arasında Türkiyə Cümhuriyyətinin burslu tələbəsi olaraq Ankara Hacettepe Universitetinin Türk dili və ədəbiyyati bölümüdə magistr təhsili almış, daha sonra doktoranturanı bitirmişdir. 1995–1999-cu illərdə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində Koreya dili və ədəbiyyatı bölümündə müəllim kimi çalışmışdır. 1994–1997-ci illərdə Koreya televiziyası və radiosunda Türkiyə Cümhuriyyətinin müxbiri kimi fəaliyyət göstərmişdir.
Sekundantlar, rinq arxasına!.. (film, 1974)
Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Sekundantlar, rinq arxasına! (film, 1974)
Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Denni O'Donohyu
Denni O'Donohyu (3 oktyabr 1980, Dublin) — müğənni. İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır.
Devid O. Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.