Doşab

Fars dilindən alınma sözdür. Doşab üzüm, tut, əncir və digər meyvələrin öz suyunun qaynadılması nəticəsində əldə edilir və bir az qatı halda, maye şəklində olur. Azərbaycan dilində bu söz “bəhməz” leksemi ilə sinonimlik təşkil edir. Xalq arasında “doşab almışam, bal çıxıb” məsəli də işlənməkdədir.
Dondurma
Dovğa
OBASTAN VİKİ
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.

Digər lüğətlərdə