DOŞAB

is. [ fars. ] Üzüm, tut, əncir və qeyri meyvələrin şirəsinin qaynadılmasından hasil olan qəliz şirin maddə; bəkməz. Tut doşabı.
– …Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Şəhriyar.

◊ Doşab almışam (almışıq) bal çıxıb – gözlənilmədən yaxşı çıxmış şey, adam haqqında. [Hacı Kamyab:] Arvad, doşab almışıq, bal çıxıb. Qız Mirzə Əhməd ağanın evindədir.
Ağa da qızın kəbinini özünə kəsmək istəyir. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOŞAB doşab bax bəkməz
  • DOŞAB bəkməz

Etimologiya

  • DOŞAB Fars mənşəlidir. Duş (sağmaq) vəab (su) sözlərindən ibarətdir (“sıxılmış meyvə suyu” anlamını verir)
DOSYÉ
DOŞABLIQ
OBASTAN VİKİ
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.

Digər lüğətlərdə

гляциоло́гия деминути́в копе́ечная остеогра́фия подвя́зывать пы́шность стоя́ть комплемента́рный рази́ня разуверя́ть телеко́мплекс хворать acceleration coefficient confess dedal esthetics hone-stone hook in hutia Indaur question time коновал распаяться сульфокислота торможение