Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır.
== Bioqrafiya ==
15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi.
== Yaradıcılığı ==
Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris.
O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.