DURU

прил.
1. жидкий (находящийся в жидком состоянии, обладающий текучестью). Duru şorba жидкий суп, duru yanacaq жидкое топливо, duru bitum строит. жидкий битум
2. чистый:
1) не мутный. Duru su чистая вода
2) перен. , разг. получающийся, остающийся после вычета чего-л. Duru qazanc чистая прибыль, duru çəki чистый вес
◊ duruya çıxarmaq kimi оправдывать, оправдать кого ; duruya çıxmaq оправдываться, быть оправданным, реабилитироваться, быть реабилитированным; duru yerindən nəyin лучшую часть чего ; kefi duru olmaq быть в хорошем настроении
DURNAKİMİLƏR
DURUB-OTURMA
OBASTAN VİKİ
Nüket Duru
Nüket Duru (türk. Nükhet Duru; 19 may 1954, Niğdə) — türkiyəli müğənni və aktrisa. O, 70-80-ci illərdə Türkiyədə populyar musiqinin ən güclü səslərindən və ən məşhur müğənnilərindən birinə çevrilmişdir.
Altı duru, üstü quru (film, 1983)
Duruca
Duruca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Duruca — Oğuz rayonu ərazisində dağ. Duruca — Qax rayonu ərazisində çay. Duruca çayı (Şəki) — Şəki rayonu ərazisində çay. Durcaçay — Qəbələ rayonu ərazisində çay.
Duruq (Vərziqan)
Duruq (fars. دوريق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (51 ailə).
Durusu gölü
Durusu və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur. == Ümumi məlumat == Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu.
Hordeum durum
Marina Durunda
Marina Durunda (12 iyun 1997, Sevastopol) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Marina Durunda 1997-ci il iyunun 12-də Sevastopol şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olur. 2002-ci ildən Kiprda yaşayır. Evlidir. 1 uşağı var. == Karyerası == Marina Durunda 2006-2012-ci illərdə Kipr Çempionatlarında qızıl medalların sahibi oldu. Bununla belə Marina Durundanın Kipr vətəndaşlığı olmadığına görə o, beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2012-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Marina Durunda Azərbaycan yığmasının heyətinə cəlb edildi. Marina Durunda 2012-ci ilin mayında Rusiyanın Nijni Novqorod şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Murad Duruər
Murad Duruər (türk. Murat Duruer; d. 15 yanvar 1988; Gərədə, Bolu, Türkiyə) — Türkiyə futbolçusu, Türkiyə Super Liqası komandalarından biri olan Gənclər birliyi komandasının yarımmüdafiəçisidir. Futbolçu Mustafa Duruərin ekiz qardaşıdır. Ankaragücü komandasında qardaşı Mustafa Duruər ilə bərabər oynayan Murad, 2004-cü ildə müqavilə imzalayaraq digər peşəkar komandalarda oynamağa başladı. Ankaragücü komandası üçün ilk qarşılaşması 29 mart 2006-cı il tarixində Qalatasaraya qarşı olmuşdur. Bu oyun Murad Duruərin ilk Türkiyə Super Liqası qarşılaşması idi. 2005-ci ildən bu yana Murad Duruər Türkiyə Super Liqasında oynayıb və bir çox komandalara transfer olub. 2011-2012-ci il mövsümündə, liqada çətin günlər keçirtdi. Komanda heyəti Ankaradan Əskişəhərə transfer edilən zaman, Murad Duruər atası ilə birlikdə Türk iş adamı və Gənclər birliyi idman komandası prezidenti İlhan Cavcavı ziyarət etdi.
Nursel Duruel
Nursel Duruel — türk hekayə yazarı 1941-ci ildə anadan olub. Hekayələrində insanın müxtəlif həyat şərtləri içindəki davranışlarını, onun güclü və zəif tərəflərin qələmə aldı. İlk hekayələr kitabı 1982-ci ildə (“Marallar, anam və Almaniya”), ikinci kitabı isə 1992-ci ildə “Yazılı qaya” adıyla çap olunub.
Saccharum officinarum var. luteum-durum
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
İsmail Haqqı Durusu
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı. 1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi. 1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.
Sondan Durukanoğlu Feyiz
Məryəm Sondan Durukanoğlu Feyiz (türk. Meryem Sondan Durukanoğlu Feyiz; 12 avqust, 1963, Of, Trabzon) — Türkiyəli alim, Kadir Has Universitetinin rektoru (2018-hazırda) və Qəyyumlar Şurasının üzvü, Sabancı Universitetində təhsil, beynəlxalq əlaqələr, fərdi və akademik dəstək və yay məktəblərindən məsul keçmiş prorektor, fizika professoru. Sondan Durukanoğlu 1963-cü il avqustun 12-də Trabzon ilinin Of ilçəsində anadan olub. 1989-cu ildə İstanbul Universitetinin Fizika fakültəsində bakalavr təhsilini tamamlayıb. Bundan sonra Milli Təhsil Nazirliyinin başlatdığı təqaüdlə ABŞ-a gedib və akademik fəaliyyətə başlayıb. Qeyd edək ki, Durukanoğlu Milli Təhsil Nazirliyinin təqaüdü ilə fizika sahəsində xaricdə təhsil alan yeganə qadın alimdir (1991-1995). 1992-ci ildə Viskonsin Universiteti Fizika Bölümündə magistr təhsilini tamamlayan Durukanoğlu Feyiz, Sondan Durukanoğlu 1999-cu ildə Kanzas Dövlət Universitetində fizika üzrə doktorluq dərəcəsinə yiyələnib. Durukanoğlu 2000-ci ildə Türkiyəyə qayıtmış və akademik karyerasını İstanbul Texniki Universitetində dosent, 2006-cı ildə isə İstanbul Texniki Universitetində professor kimi davam etdirib. Sondan Durukanoğlu İstanbul Texniki Universitetində işləyərkən, 2002-2006-cı illərdə Senatın Akkreditasiya Komitəsinin üzvü vəzifəsində çalışıb. 2002-ci ildə Durukanoğlu Kanzas Dövlət Universitetində "qonaq alim" kimi də çalışıb.
Duruca çayı (Qəbələ)
Durcaçay — Azərbaycanın Qəbələ rayonu ərazisindən axan çay. Dəmiraparançayın qəbul etdiyi birini iri qol. Çayın uzunluğu 6 km-dir. Çay öz başlanğıcını 2800 m yüksəklikdən, Peyğəmbər dağından götürür. Şimaldan cənuba doğru axan çay Künsət kəndi yaxınlığında Dəmiraparançayla birləşir. Durcaçay sahilində eyni adlı kənddə vardır. Çayın yuxarı axarlrında hündürlüyü 35 m olan şəlalə vardır. Ayrıca Durcaçay çayının vadisində, həcmi 53 m³ olan böyük bir sel qənbəri vardır.
Duruca çayı (Şəki)
Qurcana çayı və ya Duruca çayı — Şəki şəhərinin mərkəzindən axan çay. Qurcana çayının uzunluğu 7 km-dir. Çay üzərində XVIII əsrdə inşa olunmuş tağlı körpülər də var. Hazırda körpülərdən dördü qalıb.

Digər lüğətlərdə