Harri Potter dünyasındakı yerlərin siyahısı
Coan Roulinqin yazmış olduğu Harri Potter roman seriyasındakı xəyali yerlər təşkilatlar var. Aşağıda onların siyahısı vardır.
== Əhəmiyyətli məskənləri ==
=== Godric`s Hollow ===
İngiltərə 'nin qərbində yerləşən,Maqllar ilə cadugərlərin yaşadığı kiçik bir şəhərcikdir. 1689 da qurulmuşdur. Adını, burada doğan Qodrik Qriffindordan almışdır. Bir çox məşhur cadugər burada doğulmuş və böyümüşdür. Burada doğulan ya da yaşayan əhəmiyyətli Sehrbazlar:
Qodrik Qriffindor
Iqnotus Peverell
Bouman Rayt (Sniçi ixtira edən adam)
Albus Dambldor
Aberfort Dambldor(Albusun balaca qardaşı)
Batilda Bəkşat (Dövrünün ən böyük tarixçisi, "Sehr Tarixi" kitabının yazarı)
Ceyms Potter
Lili Potter
Harri Potter
1899 'da, Ariyana Dambldor, Gellert Qrindılvold, Albus Dambldor və Aberfort Dambldor arasında çıxan dueldə öldürülmüş və Dambldorlar həmişə özlərini məsul tutmuşlar. 1981də isə Lord Voldemort, Harri Potteri öldürmək üçün buradakı evə girmiş və Harrinin ailəsini öldürmüşdür, lakin Harrni öldürə bilməmişdir çünki anası onun üçün ölərək ona qoruma təmin etmişdir. Sonradan burada Potter ailəsinin bir heykəli ucaldılmışdır. 1997-ci ildə Harry Potter və Hermiona Qreyncer, Batilda Bəkşatı tapmaq üçün buraya gəldilər.