Dəstəmaz
Dəstəmaz — İslamda xüsusi qayda ilə yerinə yetirilən müstəhəb əməl. Dəstəmaz aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
Niyyət edilir (Məsələn, dəstəmaz alıram qürbətən iləllah)
Üz yuyulur
Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulur
Sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulur
Başa məsh çəkilir
Sağ ayağın üstünə barmağın ucundan başlayaraq sağ əllə məsh çəkilir.
Sol ayağın üstünə barmağın ucundan başlayaraq sol əllə məsh çəkilir.Dəstəmaz özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün vacibdir.
== Ümumi məlumat ==
Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah" demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetirmək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir.
Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.
Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.
Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü və daha artıq dəfələrdə isə haramdır.