DƏVƏQUŞU

is. zool. İsti ölkələrdə yaşayan, itiqaçan, lakin uça bilməyən çox böyük quş. Dəvəquşu yükə gələndə qanadını göstərər. ( Ata. sözü ). …Afrika dəvəquşusu heç uça bilməyərək yerdə hərəkət edir. Dəvəquşu indiki quşların ən böyüyüdür. Erkək dəvəquşular 2 m 75 sm-ə qədər hündürlükdə və 75 kq-dək ağırlıqda olurlar.
DƏVƏQULAĞI
DƏVƏLİ
OBASTAN VİKİ
Dəvəquşu
Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi. Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir. Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi. Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir.
Dəvəquşu alqoritmi
Dəvəquşu alqoritmi — informatikada (kompüter elmində) çox nadir ola biləcəyi üçün potensial problemləri görməzlikdən gəlmək strategiyası. Adını "başını quma soxmaq və heç bir problem olmadığını iddia etmək" mənası verən dəvəquşu effektindən almışdır. Problemin qarşısını almaqdansa, onun baş verməsinə imkan vermək daha sərfəli olduqda istifadə olunur. == Ölü kilidlənmə zamanı istifadə == Bu yanaşma, çox nadir olduğu və aşkarlanması və ya qarşısının alınması xərclərinin yüksək olduğu güman edildiyi halda, paralel proqramlaşdırmada ölü kilidlənmələrin aradan qaldırılmasında istifadə edilə bilər. Əgər dəstdəki hər bir proses digər prosesin hərəkətə keçməsini gözləyirsə, proseslər dəsti kilidlənir. Dəvəquşu alqoritmi heç bir problem olmadığını iddia edir və ölü kilidlənmələr çox nadir hallarda baş verərsə və onların qarşısının alınmasının dəyəri yüksək olarsa, o zaman istifadə edilməsi məqsədəuyğundur. UNIX və Windows əməliyyat sistemləri bu yanaşmadan istifadə edirlər. Dəvəquşu alqoritmindən istifadə kilidlənmə ilə mübarizə üsullarından biri olsa da, dinamik qaçınma, bankerin alqoritmi, aşkarlama və bərpa və qarşısının alınması kimi digər effektiv üsullar da mövcuddur.
Dəvəquşu siyasəti
"Dəvəquşu siyasəti" — açıq-aşkar olan məsələlərə məhəl qoymamaq və onları yoxmuş kimi göstərmək tendensiyasına aid edilən metaforik ifadə. İfadə dəvəquşuların təhlükə ilə üzləşməkdənsə, başlarını quma soxmaq vərdişindən irəli gəlir. Dəvəquşu əslində təhlükədən qaçmaq üçün başlarını quma basdırmır.
Dəvəquşukimilər
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Dəvəquşular
Dəvəquşular (lat. Struthionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə