eks-nazir

eks-nazir
eks-mer
eks-prezident
OBASTAN VİKİ
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi. Nazir Əliyev Nazir Rüstəmov Nazir Əkbərabadi — Hindistan şairi.
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Eks-maşın (film)
Eks maşın (lat. Ex machina) — Aleks Qarlandın rejissorluq debütü olan və süjet xəttini yazdığı Britaniya Elmi fantastika filmidir. Film Ən yaxşı vizual effektlər kateqoriyasında "Oskar" mükafatını əldə etmişdir. Filmin mətbuat premyerası 2014-cü ilin dekabr ayında baş tutmuş olsa da, film yalnız 2015-ci ilin yanvar ayında geniş ictimaiyyətə təqdim edilmişdir. == Çəkilişlər == Filmin çəkilişləri Norveçin Valldal şəhərində yerləşən Cuvet Landskeyp Hotelində aparılmışdır. Filmin saundtrekini Qarlandın əvvəllər Hakim Dredd 3D filmində əməkdaşlıq etdiyi Ceffom Berrou və Ben Solsberi bəstələmişdir.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Nazir (hökumət)
Nazir — hökumət üzvü, nazirlik rəhbəri. Nazirlər dövlət xadimi hesab edilir. Bir sıra ölkələrdə nazirlər xüsusi kateqoriyalara bölünürlər. Məsələn, Böyük Britaniyada: Sahə nazirliklərinə rəhbərlik edən nazirlər; Xüsusi tapşırıqlar yerinə yetirən nazirlər (portfelsiz nazirlər); Nazir müavinləri hesab edilən dövlət nazirləri; Nazirliklərin parlamentlə əlaqələrinə cavabdeh olan kiçik nazirlər.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Nazir Allahverdiyev
Nazir Kərimov
Nazir Qibləli oğlu Kərimov (21 dekabr 1928, Yusiflər, Zəngilan rayonu – 7 iyun 2011, Bakı) — Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi. 21 dekabr 1928-ci ildə Zəngilan rayonunun Yusiflər kəndində anadan olmuşdur. 1952-1956-cı illərdə Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi, Zəngilan Rayon Partiya Komitəsində təlimatcı ,təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1956-1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin müdavımı olmuşdur. 1960-1979-cu illərdə Zəngilan Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin sədri və 11 ildən çox Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. O, səkkizinci və doqquzuncu çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Etimadların davamı olaraq N.Kərimov 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə "Qırmızı əmək Bayrağı", 1976- cı ildə ikinci "Qırmızı əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir. 7 iyun 2011-ci ildə Bakı şəhərində vəfat etmışdir.
Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir. 2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu. 2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.
Nazir Xurşudov
Nazir Əhmədli
Nazir Əhmədli (Nazir Surxay oğlu Əhmədli; d. 27 yanvar 1961. Gabud, Dərələyəz mahalı) — Azərbaycan jurnalisti, tənqidçi və tədqiqatçı-yazıçı; Kimya üzrə fəlsəfə doktoru (1990). Rusiya imperiyasının Azərbaycan xanlıqlarını işğalından sonra tərtib olunmuş "Kameral təsvir" sənədlərinin Azərbaycanda nəşri Nazir Əhmədlinin adı ilə bağlıdır. Nazir Əhmədli 27 yanvar 1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində anadan olub. Atası Surxay Əhmədin 2009-cu ildə "Yada düşənlər" adlı şeirlər kitabı çap olunub. 1976-cı ildə Gabud kənd səkkizillik məktəbini, 1978-ci ildə isə qonşu Gomur kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1979–1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fakültə Əlaçılar Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
Nazir Əkbərabadi
Nazir Əkbərabadi (30 yanvar 1735, Dehli – 16 avqust 1830, Aqra) — Hindistan şairi. Nazir Əkbərabadi Mir, Sauda və digərlərinin müasiri olan bir şairdir.
Nazir Əliyev
Nazir Kərim oğlu Əliyev (29 mart 1946, Port-İliç, Lənkəran rayonu – 28 avqust 1997, Dubay) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). N.Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə Port-İliç şəhərində dünyaya gəlmişdir. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə professor Rza Təhmasibin kursuna daxil olur. 1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunur. Bu teatrda M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilirdi. N.Əliyev Qulaməli rolunu ifa etmişdir.Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib. A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynayıb. 1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunur.Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynamışdır. O cümlədən rejisyor N.Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S.Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B.Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H.Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə.Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M.Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynamışdır.
Nazir Əsədov
Nazir Əsədov (Nazir Nəbi oğlu Əsədov; d. 9.04.1950,Qovuşuq kəndi, Dərələyəz rayonu — v.10.06.2014) — elm xadimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dosenti, Tarix fakültəsinin dekanı. 1950-ci ildə Ermənistanda müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. 1972-ci ildə ADPU-nun Azərbaycan tarixi kafedrasında müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Azərbaycan tarixi" kafedrasında dosent, tarix fakültəsində dekan əvəzi vəzifəsində çalışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən F. D.02.061 Dissertasiya Şurasının üzvü. 1983-cü ildə "İnkişaf etmiş sosializm dövründə Azərbaycan SSSR-nin Gürcüstan və Ermənistan SSR-ləri ilə iqtisadi əməkdaşlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. "Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə" 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olmuşdur. Dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir Zaqafqaziya sənaye işçilərinin iqtisadi əməkdaşlığına dair (1966–1971-ci illərdə)//Azər.ali məktəb aspirantlarının I respublika elmi konfransının tezisləri. B., 1978, 0,2 ç.v Azərbaycan SSR-in Gürcüstan və Ermənistan SSR kənd əməkçiləri ilə iqtisadi əməkdaşlıq tarixindən (1966–1970-ci illər)//Azər.ali məktəb aspirantlarının II respublika elmi konfransının tezisləri.
Nazir Rəhimov
Nazir Rəhimov (6 avqust 1951, Bakı) — boks üzrə SSRİ idman ustası, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) beynəlxalq dərəcəli hakimi, Milli Olimpiya Komitəsi İdman İdarəsinin baş məsləhətçisi. Nazir Rəhimov 6 avqust 1951-ci ildə Bakı şəhərində anadan olub. Yasamal (keçmiş Oktyabr rayonu) rayonu, 199 nömrəli tam orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar 8–10-cu sinifləri Binəqədi (keçmiş Kirov) rayonu, Biləcəri qəsəbəsində yerləşən 297 (keçmiş 2 nömrəli) nömrəli tam orta məktəbdə davam etdirib. 1969-cu ildə orta məktəbi bitirib.1970–72-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 1977-ci ildə həmin Akademiyanın pedoqoji fakültəsini əla qiymətlərlə bitirib. Ailəlidir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. 14 fevral 1964-cü ildən akrobatika və boks idman növləri ilə məşğul olub. Hər iki idman növündə respublika və şəhər birinciliklərinin qalibi və mükafatçısı olub. 1973-cü ildə Qırğızıstanın Frunze şəhərində keçirilən "Spartak" İdman Cəmiyyətinin Mərkəzi Şurasının çempionatında 3 görüşdə qalib gəlib yarımfinala çıxmış və bürünc medal qazanaraq SSRİ idman ustası normasını yerinə yetirib.
Nazir Larbavi
Nazir Larbavi (26 sentyabr 1949, Tebessa[d], Konstantin departamenti[d], Fransa) — Əlcəzair siyasətçisi, vəkili və diplomatı. 2023-cü ilin noyabrından Əlcəzairin Baş naziri kimi xidmət edir.
Rezident nazir
Rezident nazir — müəyyən bir ölkədə daimi olaraq yerləşən diplomatik nümayəndə. Bu şəxs həmin ölkədə diplomatik fəaliyyət göstərir və ölkəsinin maraqlarını təmsil edir. Rezident nazir daimi olaraq təmsil etdiyi ölkənin səfirliyində və ya diplomatik missiyasında fəaliyyət göstərir. == Vəzifə və öhdəlikləri == Rezident nazirin vəzifə və öhdəlikləri geniş şəkildə ölkəsinin maraqlarını qorumaq və qarşılıqlı əlaqələri inkişaf etdirmək üzərində cəmlənir. Diplomatik nümayəndə təmsil etdiyi ölkənin dövlət başçısı, hökuməti və xarici siyasətinə dair məsələləri qarşı tərəflə müzakirə edir. O, ev sahibi ölkə ilə ikitərəfli münasibətlərin qurulmasına və möhkəmlənməsinə çalışır. Beynəlxalq müqavilələr, sazişlər və iqtisadi əməkdaşlıq kimi mühüm məsələləri müzakirə edir və bu proseslərdə ölkəsinin maraqlarını müdafiə edir. Rezident nazir ev sahibi ölkənin daxili və xarici siyasəti, iqtisadi vəziyyəti və ictimai prosesləri barədə təmsil etdiyi ölkəyə mütəmadi olaraq hesabatlar təqdim edir. Təmsil etdiyi ölkəyə strateji qərarlar qəbul etmək üçün vacib olan məlumatları toplayır. İki ölkə arasında müqavilələrin, sazişlərin, və rəsmi sənədlərin hazırlanmasına nəzarət edir və təmsil etdiyi ölkə adından razılaşmalar imzalayır.
Eks-an-Provans (rayon)
Eks-an-Provans (fr. Aix-en-Provence) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Buş-dü-Ron. Suprefektura — Eks-an-Provans. Rayon əhalisi 2006-cı ildə 410 356 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 268 nəf / km². Rayon sahəsi — 1532 km².
Fazil Məmmədov (nazir)
Fazil Əsəd oğlu Məmmədov(28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri (2015), Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur. Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur. 2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir.
Həsən Seyidov (nazir)
Həsən Əli oğlu Seyidov (25 sentyabr 1910, İrəvan – 8 iyun 1999, Bakı) — Azərbaycan ictimai-siyasi və elm xadimi. 1946–1950-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olmuş, 1950-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Bakı Vilayət ZDS İcraiyyə Komitəsinin sədri, Dövlət Plan Komissiyasının sədri, kənd təsərrüfatı naziri və SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən həyatı və elmi fəaliyyəti === Həsən Əli oğlu Seyidov 1910-cu ildə İrəvan şəhərində tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə isə doğum tarixi 1908-ci il kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində isə səhvən 1906-cı il olaraq qeyd edilmişdir. Əslən Qəmərlinin Seyidzadələr nəslindəndir. Həsən Seyidov 1918-ci ildə İrəvanın Körpübulaq məhəlləsindəki məktəbin birinci sinfinə getmiş, ermənilərin azərbaycanlılara qarşı qırğın törətdiyi dövrlərdə yaranmış vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə İğdıra, Kağızmana, sonra isə Qarsa gəlmişdir. Atası Qarsda sətəlcəm xəstəliyinə tutularaq orada vəfat etmişdir. Bundan sonra Həsən Seyidov əmisinin himayəsi ilə əvvəlcə Tiflisə sonra isə Gəncəyə gəlmişdir. 1921-ci ildə yenidən Tiflisə qayıdaraq buradakı beşillik Əncümən məktəbində təhsilini davam etdirmişdir.
Mahmud Əliyev (nazir)
Mahmud İsmayıl oğlu Əliyev (22 fevral 1908, Şamaxı – 24 sentyabr 1958, Bakı) — Azərbaycan-sovet həkimi və dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1944–1958), Azərbaycan SSR səhiyyə naziri (1950–1953), Azərbaycan Tibb İnstitutunun (1938–1943) və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (1953–1958) direktoru işləmişdir. == Həyatı == Mahmud Əliyev 1908‐ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1926‐cı ildə Bakıda orta məktəbi, 1931‐ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir. 1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış və özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. 1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir. 1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır. 1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilmişdir.
Mirzə Məmmədov (nazir)
Mirzə Rəhim oğlu Məmmədov (1909, Lənkəran qəzası – 5 may 1973, Bakı) — Azərbaycan SSR-nin Maarif naziri (1954–1959). Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonunun Siodi (indiki Siyov) kəndində anadan olmuşdur. 1917-ci ildə ailəvi Bakıya köçüb, 1918-ci ilin ağır mart hadisələrinə görə kəndə qayıdıblar. Ata-anası vəfat edəndən sonra 1919-cu ilə yenidən Bakıya, Sabunçu qəsəbəsində yaşayan böyük qardaşı Nurunun yanına qayıdıb. 1922-ci ildə Bakıdakı 1 nömrəli uşaq evinə düşüb. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. 1926-cı ildə Bakı Şəhəri Xalq Maarifi Şöbəsinin tövsiyəsi ilə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 1929-cu ildə Moskvadakı N. K. Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olmuşdur. Orada Sov. İKP sıralarına qəbul edilib.
Müslüm Məmmədov (nazir)
Müslüm Rəcəb oğlu Məmmədov (1931, Lahıc – 1999, Bakı) — Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi, Azərbaycan SSR xalq təhsili naziri (1988–1989). Müslüm Məmmədov 1931‑ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1949‑cu ildə ADU‑nun tarix fakültəsinə daxil olub. 1950‑ci ildə MDU‑ya köçürülüb. 1954‑cü ildə Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müslüm Məmmədov Astraxan bazarda (indiki Cəlilabad) əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, mühazirəçilər qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olub. 1966‑cı ildə tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi (1969–1975), Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda partiya tarixi kafedrasında baş müəllim, dosent, kafedra müdiri əvəzi (1976–1988) işləyib. "Qırmızı Əmək Bayrağı" ordeni və medalla təltif olunub.
Məmməd Ələkbərov (nazir)
Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) (10 mart 1899, Lənkəran, Lənkəran qəzası – 7 fevral 1959, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və pedaqoqu, Azərbaycanın ilk mədəniyyət naziri (1953–1955), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1952–1953), Azərbaycan SSR maarif naziri (1947–1952). Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu ildə Lənkəranda kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşamış, Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan) məktəbində oxumuş, lakin təhsilini başa vura bilməmişdir. 1920-ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (hazırkı Cəlilabad) 1-ci dərəcəli məktəbə müəllim göndərilmişdir. 1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlamışdır. Məmməd Ələkbərov 1923–1926-cı illərdə Bakıdakı Pedaqoji İnstitutda oxumuş, ali təhsilli mütəxəssis kimi Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik etmişdir. Quba qəza Xalq Maarif şöbəsinin müdiri işləmişdir. Məmməd Ələkbərov 1928-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı aparatına işə qəbul olunmuş, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmışdır. 1937-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutunda elmi işçisi olmuş, eyni zamanda 1939-cu ildə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsinə işləmiş, 1941-ci ildə isə tamamilə bu vəzifəyə keçmişdir.
Məmmədəli Abbasov (nazir)
Məmmədəli Məmməd oğlu Abbasov (7 yanvar 1907, Vladiqafqaz – 22 noyabr 2000, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti naziri (1962–1967) və Azərbaycan SSR sənaye tikintisi naziri (1967–1969). Məmmədəli Məmməd oğlu Abbasov 7 yanvar 1907-ci ildə Orconikidze (hazırkı Vladiqafqaz) şəhərində anadan olmuşdur. Əslən Naxçıvandandır. 1924–1929-cu ildə Leninqrad Dəmiryol İnstitutunun dəmiryol-inşaat fakültəsində təhsil almışdır. Məmmədəli Abbasov 1930–1931-ci illərdə Bakı və Kirovabad şəhərlərində Azərbaycan Baş Su Qurğuları Tikintisi İdarəsinin baş sahə mühəndisi olmuşdur. 1932–1934-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 1935–1945-ci illərdə Bakı şəhərinin müxtəlif tikinti təşkilatlarında mühəndis işləmişdir. O, burada yol mühəndisi, yerli yollar inspektoru, sahə rəisi, sonra isə Bakı tikinti trestinin baş mühəndisinin müavini vəzifəsində çalışmışdır. 1937-ci ildə Azərbaycanın həmin dövrdəki ən böyük istilik elektrik stansiyası olan Sumqayıt İES-in tikintisinə başlanılarkən Məmmədəli Abbasov tikinti işlərinin baş mühəndisi təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində "Azərneft" neft kombinatı sistemində bir sıra məsul vəzifələrdə işləmişdir. 1946-cı ildən 1950-ci ilədək SSRİ Neft Sənayesi Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi və baş idarənin rəisi olmuşdur.