Eksperimental tədqiqatlar

elmi araşdırmaların aparılması və ya praktiki təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan və insanın həyat və sağlamlığının qorunmasına yönələn elmi fəaliyyət.
Eksperimental
Eksperimentçi
OBASTAN VİKİ
Eksperimental pedaqogika
Eksperimental pedaqogika XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada və ABŞ-də yayılmış pedaqoji cərəyanlardan biri. Eksperimental pedaqogika qarşısında uşağı eksperimentlər əsasında öyrənmək məqsədini qoymuşdur. Eksperimental tədqiqatlarda uşaq psixologiyasını dərindən öyrənmək və buna əsasən də riyazi dəqiqliklə onun alacağı tərbiyənin məzmununu müəyyənləşdirmək zərurəti əsaslandırılırdı. Tədqiqatçılar uşağı və onun davranışını öyrənməyə səy göstərirdilər. Eksperimental tədqiqatlarda test üsulundan da istifadə edilir: bu, sual və məsələ şəklində düzəldilmiş tapşırıqlar idi. Tədqiqat zamanı uşaq psixologiyası və fiziologiyasının, eyni zamanda sosiologiyanın elmi nailiyyətlərindən və faktlarından geniş istifadə olunurdu. Alman pedaqoqu İ.Kerçmarın “Fəlsəfi pedaqogikanın sonu” kitabında fakt kultu ön plana çəkilirdi. Fransız pedaqoqu Pol Lapi də pedaqoji tədqiqatlarda psixologiyanın nailiyyətlərindən istifadəni zəruri sayırdı. O yazırdı ki, əgər əvvəllər pedaqogika ya metafizik fərziyyələr, ya da ədəbi roman olmuşdursa, psixologiya elminin nailiyyətlərindən istifadə etməklə öz mövzusunu müəyyənləşdirdi. Psixologiya təfəkkürün və qabiliyyətin müxtəlif növlərini üzə çıxararaq şagird şəxsiyyətinin fərdi keyfiyyətlərini açıqladı ki, bu da pedaqogika elmi üçün dəyərli töhfə oldu.
Eksperimental psixologiya
Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar. Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu. Hermann Ebbinghaus və Edward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi. Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı.
Eksperimental rok
Eksperimental rok və ya avantqart rok — tipik rok elementlərində sınaqdan keçmiş bir musiqi növüdür. Eksperimental rokun ümumi kompozisiya və performans texnikasının hədlərini aşan bir xüsusiyyəti də var. Eksperimental rok musiqiçiləri eyni zamanda öz musiqilərini alternativ alət tonları, qeyri-adi ahəngdarlıq, kompozisiya texnikaları, digər musiqi üslublarının elementləri, vokal üslubları, instrumental effektlər əl ilə hazırlanmış xüsusi eksperimental alətlərlə xüsusiləşdirirlər. AllMusicə görə, "eksperimental rok "ayə-xor-ayə" standartı ilə yazılmış musiqinin əksidir" The Velvet Underground və Frank Zappanın liderliyini etdiyi bu musiqi janrı proqressiv rokun, elektronik musiqinin yaranmasına töhfə verdi. Sonic Youth, Half Japanese, Radiohead kimi alternativ rok qruplarına təsir göstərmişdir. Eksperimental rokun tipik xüsusiyyətlərinə aşağıdakılar daxildir: Qeyri-ənənəvi üsullar:Yenilikçi və bəzən uyğun olmayan alət ifa etmə texnikası. Qərb musiqisinə aid olmayan alətlər, ton, ritmlərdən istifadə. Hazırlanmış alətlər: Alternativ olaraq düzəldilmiş və ya dəyişdirilmiş alətlər. Uyğunsuzluq, ahahəngsizlik, və səs-küydən istifadə. Eksperimental rok eyni zamanda 20-ci əsrin klassik musiqisindən də təsirlənmişdir.
Eksperimental ədəbiyyat
Eksperimental ədəbiyyat — texnika və üslub baxımından müxtəlif yenilikləri vurğulayan və səciyyələndirən ədəbiyyat növü. Bu kateqoriyada ümumi sayılan ilk əsər Laurens Sternenin 1759-cu il tarixli “The Life and Opinions of Tristram Shandy, Gentleman” əsəridir. Eksperimental ədəbiyyat klassik ədəbiyyatdan xeyli fərqlənə bilər və dil, həqiqət (reallıq) kimi anlayışların müxtəlif təriflərindən və bu anlayışlara fərqli baxışlardan təsirlənmişdir. Eksperimental ədəbiyyat ədəbiyyatda postmodernizmin təsirlərindən çox təsirlənmişdir və bir çox eksperimental yazıçılar da postmodernist xəttdə yazmışlar. Bu gün Italo Calvino, Michael Ondaatje, Gertrude Stein, E.E. Cummings və Julio Cortazar eksperimental yazıya töhfə vermiş eksperimental müəlliflərdir. Bu adlar eksperimental ədəbi əsərlərində forma, üslub, dil, quruluş, səs və bir çox başqa ədəbi elementlərlə oynamış, yeniliklər, dəyişikliklər gətirmişdir.
Eksperimental arxeologiya
Eksperimental arxeologiya (həmçinin eksperiment arxeologiyası adlanır) qədim mədəniyyətlər zamanı mövcud olan əşyalar və ya texnologiyaları sınaqdan keçirməyə cəhd edən bir tədqiqat sahəsidir. Arxeologiyanın bu sahəsində qədim tikililər və ya artefaktlar kimi arxeoloji materiallara əsaslanan bir sıra metodlar, üsullar, təhlillər və yanaşmalardan istifadə edilir. Eksperimental arxeologiyanın əsas formalarından biri yalnız tarixi dəqiqlikli texnologiyalardan istifadə etməklə tarixi strukturların surətlərinin yaradılmasıdır. Bu sahəni bəzən "yenidənqurma arxeologiyası" da adlandırırlar. Lakin yenidənqurma dedikdə keçmişdə mövcud olan bir şeyin dəqiq surətinin yaradılması nəzərdə tutulur. Eksperimental arxeologiya isə əslində müasir insanın keçmiş haqqında təsəvvürü nəticəsində yaradılan əşya və ya tikilidir. Bu baxımdan yanaşdıqda "keçmişin işlək konstruksiyası" arxeoloji cəhətdən daha düzgün termindir. Son illərdə eksperimental arxeologiya haqqında BBC-də "Mümkün Olmayanları Qurmaq" və PBS-də "İtirilmiş İmperatorluqların Sirləri" adlı sənədli filmləri nümayiş etdirilmişdir. Qədim Butser Ferması eksperimental arxeologiyanın ən erkən nümunələrdən biridir. Bu ferma qədim zamanlarda istifadə olunan tikinti texnologiyası, bunlardan istifadə və tikinti zamanı istifadə olunan materiallar barəsində olan nəzəriyyələri sınaqdan keçirmək üçün İngiltərədə yaradılmışdır.
Fəlsəfi Tədqiqatlar Cəmiyyəti
Fəlsəfi Tədqiqatlar Cəmiyyəti 1934-cü ildə Hall, Menli Palmer tərəfindən dünyanın müdrik ədəbiyyatının öyrənilməsini təşviq etmək üçün təsis edilmiş Amerika qeyri-kommersiya təşkilatıdır. Hall, bəşəriyyətin yığılan hikmətinin hər bir insanın doğuş haqqı olduğuna inanırdı və bu məqsədlə geniş ictimaiyyətə xidmət etmək üçün bu cəmiyyəti təsis etmişdi. 1990-cı ildə cənab Hallın ölümündən sonra doktor Elm Obadia Harris ikinci prezident oldu və 2001-ci ildə Fəlsəfi Tədqiqatlar Universitetini açdı. PRS 2019-cu ildə diplomlar olmadan kurslar və sertifikatlar təklif etmək lehinə bu universiteti bağladı. PRS 50.000 cilddən çox bir araşdırma kitabxanasına sahibdir və eyni zamanda müəllifi Hall olan metafizik və ezoterik kitabları satır və nəşr etdirir. 2018-ci ildə PRS Hansell Qalereyasını sənət əsərlərini sərgiləmək üçün açdı. PRS il ərzində sənət, mədəniyyətşünaslıq, ədəbiyyat, fəlsəfə, mifologiya və digər fənləri əhatə edən müxtəlif tədbirlər və mühazirələr təqdim edir. Onun qərargahı Los-Ancelesdə, Kaliforniyadadır və Los Anceles Tarixi Mədəniyyət Abidəsi olaraq təyin edilmişdir.
Sosial Tədqiqatlar Mərkəzi
Sosial Tədqiqatlar Mərkəzi — Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxs. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Aqrar Tədqiqatlar Mərkəzi
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Antarktida Elmi Tədqiqatlar Komitəsi
Antarktida Elmi Tədqiqatlar Komitəsi (AETK) — 1958-ci ildə yaradılmışdır və Elm üzrə Beynəlxalq Şuranın (İCSU - İnternational Council for Sciense) bölmələrarası Komitəsidir. Onun funksiyası Antarktidada Yer kürəsi sistemində Antarktidanın rolunu müəyyən etməklə yüksək keyfiyyətli elmi tədqiqatlar barədə təşəbbüs irəli sürmək, inkişafa nail olmaq və bu tədqiqatları əlaqələndirməkdir. Antarktida Elmi Tədqiqatlar Komitəsinin idarəetmə orqanı iki ildə bir dəfə çağrılan Nümayəndələr Yığıncağıdır. Bu yığıncaqda: 1) Antarktida Elmi Tədqiqatlar Komitəsinin maliyyə məsələsi həll olunur, siyasəti və strategiyası formalaşdırılır. 2) Antarktida Elmi Tədqiqatlar Komitəsinin İcraiyyə Şurası (İŞ) seçilir. 3) Elmi tədqiqatların Proqramı qəbul edilir. Bu funksiyalardan əlavə Antarktida Elmi Tədqiqatlar Komitəsi Antarktida Sazişin məsləhət Yığıncaqlarında daim iştirak edir və obyektiv elmi tövsiyələr verir. Antarktida Elmi Tədqiqatlar Komitəsinin İcraiyyə Şurası Skott Qütb Tədqiqatları İnstitutunda (Kembric) yerləşən Katibliyin vasitəsilə gündəlik işlərə rəhbərlik edir. İcraiyyə Şurasının üzvləri Prezident, 4 vitse-prezidenti, İcraçı direktor və keçmiş Prezidentdən ibarət olur. Katiblik İcraçı direktordan, İçraçı mütəxəssisdən və Administrativ köməkçidən ibarətdir.
Busan Xarici Tədqiqatlar Universiteti
Busan Xarici Tədqiqatlar Universiteti (Koreya: 부산외국어대학교) — tez-tez 부산외대 və BXTU kimi qısaldılmış, 2011-ci ildən əvvəl Pusan ​​Xarici Tədqiqatlar Universiteti kimi romanlaşdırılmış, Cənubi Koreyanın Busan şəhərində xarici dillər üzrə ixtisaslaşmış özəl universitetdir. == Tarixi == Busan Xarici Tədqiqatlar Universiteti 1981-ci ildə mərhum Çunq Tae-sung tərəfindən təsis edilib. Onun təhsil fəlsəfəsi ondan ibarət idi ki, gənc intellektual şüurlar beynəlxalq liderlərə çevrilsinlər. Busan Xarici Tədqiqatlar Universiteti 1982-ci ilin aprelində xarici dil təhsili kollec kimi yaradılmışdır və ilk tələbələri ingilis, fransız, yapon, çin, alman, indoneziya, malay və tay dillərini öyrənir. 1980-ci illərdə kollec proqramlarını genişləndirdi və nəhayət 1991-ci ildə universitet oldu. 2009-cu ildən etibarən Busan Xarici Dillər Universitetinin 24 ölkədə 94 universitetlə akademik mübadilə proqramı müqavilələri var. == Dərslər == BXTU yeddi kollec, dörd aspirantura proqramı və doqquz tədqiqat institutundan ibarətdir. Məktəbin dil şöbəsi üç kollecdə qurulmuşdur: İngilis, Yapon və Çin Kolleci, Qərbşünaslıq Kolleci və Şərqşünaslıq Kolleci. Universitetin təklif etdiyi digər Qərb dilləri italyan, ispan, portuqal və rus dilləridir. Yapon və Çin dillərindən əlavə, Şərq dilləri Vyetnam, Birma, Hind, Ərəb, Türk və Özbək dilləridir.
Milli iqtisadi tədqiqatlar bürosu
«Milli iqtisadi tədqiqatlar bürosu» (ing. National Bureau of Economic Research, NBER) — 1920-ci ildə ABŞ iqtisadiyyatının obyektiv kəmiyyət təhlilini təşviq etmək üçün qurulmuş ABŞ-də özəl bir qeyri-kommersiya təşkilatıdır . Milli İqtisadi Tədqiqatlar Bürosu, ABŞ iqtisadiyyatının mikro, makro və beynəlxalq aspektlərinin yüksək keyfiyyətli təhlilinin ən böyük təminatçısıdır. Təşkilat digər məsələlərlə yanaşı iş dövriyyələrini də öyrənir. Büro tədqiqatçılarına iqtisadi dövrlərin yüksək və aşağı nöqtələrini proqnozlaşdırmaq və iqtisadiyyatın vəziyyətinin göstəricilərini inkişaf etdirmək tapşırılıb. NBER-in prezidenti Ceyms Poterbadır. Özəl, qeyri-kommersiya və tədqiqat təşkilatının əsas məqsədi iqtisadiyyatın necə işlədiyini daha yaxşı başa düşməkdir. Büro siyasətçilər, iş mütəxəssisləri və akademik ictimaiyyət arasında iqtisadi araşdırmalar dərc edir. Yüzlərlə aparıcı ABŞ iqtisadçısı və iş adamı da Milli İqtisadi Tədqiqatlar Bürosunun tədqiqatçılarındandır. Dörd növ empirik araşdırmaya diqqət yetirirlər: yeni statistik metodların inkişafı, iqtisadi davranışın kəmiyyət modellərinin qiymətləndirilməsi, dövlət siyasətinin Amerika iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və dövlət siyasətinin həyata keçirilməsi üçün alternativ təkliflərin hazırlanması.
Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan)
Sosial Tədqiqatlar Mərkəzi — Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxs. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, adətən ISRO kimi istinad edilir, Hindistanın milli kosmik agentliyidir. O, Hindistanın Baş Nazirinin birbaşa nəzarət etdiyi Kosmik Departamentin (DoS) əsas tədqiqat və inkişaf qolu kimi fəaliyyət göstərir, ISRO-nun sədri isə DoS-in icraçı direktoru kimi fəaliyyət göstərir. ISRO ilk növbədə kosmik əməliyyatlar, kosmik tədqiqatlar, beynəlxalq kosmik əməkdaşlıq və əlaqəli texnologiyaların inkişafı ilə bağlı tapşırıqların yerinə yetirilməsinə cavabdehdir. Bu, dünyanın altı dövlət kosmik agentliyindən biridir ki, tam buraxılış imkanlarına malikdir, kriogen mühərrikləri yerləşdirə bilər, yerdən kənar missiyaları işə sala və böyük süni peyklər parkını idarə edə bilər. ISRO GAGAN və IRNSS peyk naviqasiya sistemlərini idarə edir. O, Aya üç və Marsa bir missiya göndərib. ISRO-nun proqramları Hindistanın sosial-iqtisadi inkişafında mühüm rol oynayıb və fəlakətlərin idarə edilməsi, naviqasiya və kəşfiyyat missiyaları daxil olmaqla müxtəlif aspektlərdə həm mülki, həm də hərbi sahələrə dəstək verib. ISRO-nun spin-off texnologiyaları Hindistanın mühəndislik və tibb sənayesi üçün bir çox mühüm yeniliklərin əsasını qoyub. Hindistanda müasir kosmik tədqiqatlar 1920-ci illərə, alim S. K. Mitranın Kəlkətədə yerüstü radio vasitəsilə ionosferi səsləndirən bir sıra təcrübələr apardığı zamana təsadüf etmək olar. Daha sonra Raman və Meghnad Saha kimi hind alimləri kosmik elmlərdə tətbiq olunan elmi prinsiplərə töhfə verdilər.
Mehriban Əliyeva adına eksperimental məktəb
Mehriban Əliyeva adına eksperimental məktəb — Misirin Əl-Obur şəhərində yerləşən məktəb 2010-cu ildə fəaliyyətə başlamasının bir ili tamam olan məktəb qısa vaxtda bölgənin aparıcı təhsil ocağına çevrilib. Misirin Əl-Obur şəhərində yerləşən bu məktəbdə 1600 şagird təhsil alır. Onlara 80-dən artıq müəllim dərs deyir. Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun birbaşa himayəsi və dəstəyi ilə məktəbdə xarici dillərin tədrisi yüksək səviyyədə həyata keçirildiyindən artıq ölkənin digər bölgələrindən də şagirdlər Mehriban Əliyeva adına eksperimental məktəbə üz tuturlar. Məktəbin texniki avadanlıq və dərs vəsaitləri ilə təchizatında da Azərbaycan tərəfi xüsusi rol oynayır. Məktəbdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən fotostend qurulub. Ayrı-ayrı fotolarda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğısı əksini tapmışdır. Azərbaycanın birinci xanımının adını daşıyan bu təhsil ocağını Misirdə ölkələr arasında möhkəm dostluq körpüsü adlandırırlar.
AMEA Riyaziyyat və Tətbiqi Tədqiqatlar İnstitutu
Riyaziyyat və Mexanika İnstitutu — elmi tədqiqat institutu. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. Direktor: AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Misir Cumayıl oğlu Mərdanov 1959-cu il – Azərbaycan SSR EA Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat şöbəsinin əsasında müstəqil Riyaziyyat və Mexanika İnstitutu yaradılmışdır. (Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 27 aprel tarixli 319 №-li qərarı, Azərb. SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasının 11 №-li protokolu, 06 may 1959-cu il.). 1959-cu ildə İnstitutda 5 şöbə: funksional analiz, funksiyalar nəzəriyyəsi, diferensial və inteqral tənlikləri, təqribi analiz, elastikiyyət nəzəriyyəsi şöbələri və hesablama mərkəzi fəaliyyət göstərirdi. Bu istiqamətlərin yaranması və inkişafında məşhur alimlər M.V.Keldış, M.A.Lavrentyev, İ.N.Musxelişvili, İ.Q.Petrovski, S.L.Sobolev, Gelfand, S.N.Bernşteyn və A.İ.Maltsev böyük rol oynamışlar. Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9 akad. Zahid İ.Xəlilov (1959; 1967–1974); akad. İbrahim İ.İbrahimov (1959–1963); 1963–1967-ci illərdə professor Həşim Ağayev RMİ-də direktor vəzifəsini əvəz etmişdir.
Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu
Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu ( türk. Türkiye Ekonomik ve Sosyal Etüdler Vakfı, TESEV) — Türkiyədə araşdırma mərkəzi. Baş qərargahı İstanbulda yerləşir. TESEV Türkiyənin üzləşdiyi sosial, siyasi və iqtisadi siyasət məsələlərini təhlil edən müstəqil qeyri-hökumət araşdırma mərkəzidir. Dövlət müdaxiləsinə qarşı çıxan liberal iqtisadi baxışları ilə tanınır. TESEV XXI əsrdə Türkiyənin və onun qonşuluğunun qarşısında duran ən aktual və vacib siyasət suallarına diqqət yetirir. Proqram sahələri üç başlıq altında qruplaşdırılmışdır: demokratikləşmə, xarici siyasət və yaxşı idarəetmə. tesev.org.tr/en/ — Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondunun rəsmi saytı Arin, Kubilay Yado Turkish Think Tanks, the AKP’s Policy Network from Neo-Gramscian and Neo-Ottoman Angles Portland State University, Center for Turkish Studies, Occasional Paper Series, June 2015.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfellerin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzlərin işlərinin təmin edilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daxildir: Bitkilərin Beynəlxalq Genetik ehtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Aleppo, Suriya); Aqromeşəçilik üzrə beynəlxalq tədqiqatlar mərkəzi (Patanceru şəhəri, Hindistan); Beynəlxalq elmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Beynəlxalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigeriya); Beynəlxalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Beynəlxalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Meksika, Peru); Beynəlxalq elmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Beynəlxalq milli kənd təsərrüfatı tədqiqatları xidməti (Haaqa şəhəri, Niderland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buare, Fil sümüyü sahili); Canlı su ehtiyatlarının idarəolunması üzrə beynəlxalq mərkəz (Manila, Filippin); Beynəlxalq elmi-tədqiqat heyvandarlıq institutu.
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti və ya KIMEP (qaz. ҚМЭБИ Университеті)—Qazaxıstanın Almatı şəhərində ali təhsil müəssisəsidir. KIMEP kredit əsaslı, Şimali Amerika tipli bakalavr, magistr və doktorluq dərəcələri proqramlarını təklif edən özəl, qeyri-kommersiya universitetidir. Dərslərin əksəriyyəti ingilis dilində tədris olunur. KIMEP Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin göstərişi ilə 1992-ci ildə təsis edilmişdir. KIMEP-in Almatı şəhərinin cənub-mərkəzindəki şəhərciyi, Qazaxıstan Kommunist Partiyasının keçmiş Mərkəzi Tədris Məktəbinin binalarını işğal etdi. Keçmiş Sovet İttifaqında qurulan ilk özəl ali təhsil müəssisələri sırasında idi. Nazarbayev, keçmiş iqtisadi müşaviri prezidenti Chan-Young Bangi, institutun ilk icraçı direktoru təyin etdi. İlk MBA və İqtisadiyyat MA proqramları 1992-ci ildə başladı və MPA proqramı 1993-cü ildə tələbə qəbuluna başladı. 81 MBA və MA tələbələrindən ibarət olan birinci sinif 1994-cü ildə KIMEP-ni bitirdi.
Xruniçev adına Dövlət Kosmik Tədqiqatlar və İstehsalat Mərkəzi
Xruniçev adına Dövlət Kosmik Tədqiqatlar və İstehsalat Mərkəzi (rus. ГКНПЦ им. М. В. Хру́ничева) - Rusiya mənşəli kosmik gəmi, buraxıcı qurğular, raket və ballistik raket istehsalçısıdır. Şirkətin mərkəzi ofisi Moskvada yerləşir. Şirkət 1916-cı ildə Russo-Balt avtomobillərinin istehsalı üçün bir avtomobil fabriki olaraq yaradılmışdır. Daha sonra təyyarə istehsal etməyə başladı və İkinci Dünya Müharibəsi zamanı İlyuşin Il-4 və Tupolev Tu-2 təyyarələrini istehsal etdi. 1951-ci ildə OKB-23 adlandırıldı və 1959-cu ildən qitələrarası ballistik raketlərin, daha sonra isə kosmik gəmilər və kosmik gəmilər üçün buraxıcı qurğuların inkişafına başladı. Şirkət, Mir də daxil olmaqla bütün Sovet kosmik stansiyalarının dizaynını və istehsalını həyata keçirmişdir. 1988-ci ildə Salyut Dizayn Bürosu adı altında müstəqil bir şirkət oldu. 1993-cü ildə Xruniçev Zavodu və Salyut Dizayn Bürosu birləşərək Xruniçev adına Dövlət Kosmik Tədqiqatlar və İstehsalat Mərkəzinə çevrildi.
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010)