elektrikkeçirici

elektrikkeçirici
elektrikkeçirən
elektrikkeçirmə
OBASTAN VİKİ
Elektrikkeçiricilik
Quruluş defektləri ilə yaranan maksimumları yarığın daxilində meydana çıxır və "quyruqlar" kimi biri o birinin üstünü örtür. Buna uyğun olaraq, müxtəlif temperatur intervallarında üstünlük təşkil edən üç keçiricilik mexanizmi seçilir: a) delokallaşmış hallarda yürüklüyün həyəcanlanma kənarları arxasına yük daşıyıcılarının köçürülməsi. b) Yürüklük kənarlarının yaxınlığında həyəcanlanmış lokalizasiya hallarına yük daşıyıcılarının sıçrayışlı daşınması. c) Lokallaşmış hallarda ε {\displaystyle \varepsilon } F yaxınlığında T-nin azalması zamanı artan məsafədə yükdaşıyıcılarının sıçrayışlı köçürülməsi Yük daşıyıcılarının sıçrayışlı daşınması termohərəkət edici qüvvə (T.h.q.) və Holl effektinin əks işarəliyində, dəyişən cərəyan keçiriciliyinin temperaturdan zəif asılılığında, tezlikdən asılılığda özünü göstərir. Yük daşıyıcıların yürüklüyü (10−5−10−8 sm2 В−1s−1) kiçikdir və elektrik sahəsinin gərginliyindən və nümunənin qalınlığından asılıdır ki, bu da ya müəyyən qanunla paylanmış lokallaşmış hallarda, ya da sıçrayışlı ötürülmədə daşıyıcıların çoxsaylı tutulması ilə əlaqələndirilir. Əksər HŞY üçün σ {\displaystyle \sigma } -nın qiyməti və aktivasiya enerjisi praktiki olaraq aşqarın təbiəti və konsentrasiyasından asılı olmur (aşqar atomları özlərinin bütün valent elektronlarını əsas atomlarla kovalent əlaqə yaratmağa verərək maksimum valentlik göstərirlər). Lakin keçid metallarla (Ni, Мо, W, Fe) aşqarlama aşqar keçiriciliyini yaradır. Fərz olunur ki, onu kovalent əlaqənin yaranmasında iştirak etməyən d-elektronları yaradır. ETAY, xüsusən amorf Si, P və B atomları ilə effektiv leqirə oluna bilir. Əksər HŞY üçün aşırıcı effekt-güclü elektrik sahəsinin ≥ {\displaystyle \geq } 105Vxsm−1 təsiri altında yüksəkomlu haldan aşağıomlu hala tez (~ 10−10 s) dönən keçid xarakterdir.