elektrotexnik

is. électrotechnicien [[t]-kn -[/t]] m, -ne f

elektronhesablayıcı
elektrotexnika
OBASTAN VİKİ
Elektrotexnika
Elektrik mühəndisliyi — elektrik, elektronika və elektromaqnetizmdən istifadə edən avadanlıqların, cihazların və sistemlərin öyrənilməsi, layihələndirilməsi və tətbiqi ilə məşğul olan mühəndislik sahəsidir. Elektrik mühəndislyi 19-cu əsrdən etibarən telefon, teleqraf, elektrik enerjisinin istehsalı, paylanması və geniş miqyasda istifadəsi ilə birlikdə ayrıca bir elm sahəsi kimi meydana çıxmışdır. Elektrik mühəndisliyi müasir dövrdə geniş sahələrə bölünür. Bura daxildir: elektronika, rəqəmli kompüterlər, elektroenergetika, telekommunikasiya, idarəetmə sistemləri, radioelektronika, siqnalların emalı, cihazqayırma və mikroelektronika. Elektrik mühəndisləri bir qayda olaraq, elektrik mühəndisliyi və ya elektronika mühəndisliyi dərəcəsinə sahibdirlər. Bu işlə məşğul olan mühəndislər peşəkar sertifikatlaşdırma və peşəkar birliyin üzvləri ola bilər. Belə birliklərə Elektrik mühəndisləri İnstitu və Mühəndislik və Texnologiya İnstitutu daxildir. == Tarix == Elektrik sözü fizika və texnikanın inkişafı prosesində bir çox dəyişikliyə uğramışdır. Sadə elektrik və maqnit hadisələri, bəzi cisimlərin (məs., kəhrəbanın) sürtünmə nəticəsində yüngül cisimləri özünə çəkməsi, yəni elektriklənmə xassəsi və s. hələ qədimdən məlum idi.
Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu
Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO modelinə uyğun olan lokal şəbəkədə kanalın səviyyəsini göstərən IEEE 802 standartının işləyib hazırlanması sayəsində məşhurlaşmış mühəndis gəlişdirmələri və elektronika sahəsində peşəkarların təşkilatı. 1963-cü ildə ABŞ-nin IAEE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. 160 ölkədə 400 000-dən çox üzvü var. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur. 1 yanvar 1963-cü ildə radioelektronika və elektrotexnika üzrə standartların hazırlanması sahəsində dünya lideri, texnika sahəsi üzrə mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan Elekrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE – Institute of Electrical and Electronics Engineers) əsası qoyulmuşdur. IEEE 1912-ci ildə yaradılmış Radiotexniklər İnstitutu (ing. Institute of Radio Engineers) və 1884-cü ildə yaradılmış nun (ing. American Institute of Electrical Engineers) birləşdirilməsi nəticəsində meydana gəlmişdir. IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnikası və informatikada elmi fəaliy-yətin təşkili və inkişafı üçün mütəxəssislərə informasiya və maddi dəstəyin verilməsi, onların nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi, həmçinin IEEE-nin üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. IEEE və onun qurucu təşkilatlarının tanınmış başçıları Elihu Tomson (AIEE, 1889–1890), Aleksandr Graham Bell (AIEE, 1891–1892), Charles Proteus Steinmetz (AIEE, 1901–1902), Robert H. Marriott (IRE, 1912), Lee De Forest (IRE, 1930), Frederick E. Terman (IRE, 1941), Villiam R. Hevlett (IRE, 1954), Ernst Veber (IRE, 1959; IEEE, 1963) və İvan Getting (IEEE, 1978).
Naxçıvan Elektrotexnika Zavodu
Naxçıvan Elektrotexnika Zavodu- (1961 -ci il) elektrotexnika sənayesi müəssisəsi. Naxçıvan Radiotexnika məmulatları zavodu adı ilə 1961-ci ildə yaranmış və 1965-ci ildən indiki adını daşıyır. 1961-1965-ci illərdə müxtəlif radiotexniki hissə və məmulatlar istehsal edilmişdir. Həmin dövrdə zavodda 40 nəfərədək işçi çalışmışdır. Zavod 1965-ci ildən lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatların istehsalına başlamış və 1977-ci ilədək bu məmulatlar zavodun istehsal etdiyi yeganə məhsul olmuşdur. 1977-ci ildən bu məhsulların istehsal həcminin artırılması ilə bərabər, elektrik-quraşdırıcı məmulatların və sənaye işıqlandırıcılarının istehsalı və mənimsənilməsinə də başlanmışdır. 1965-1982-ci illər ərzində bu məhsulun konstruksiyasında və istehsal texnologiyasında 5 dəfə ciddi dəyişikliklər aparılmışdır. 1989-cu ildə zavodun ümumi məhsulunun 87,6%-ni lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatlar, 5,6%-ni tikiş maşınları üçün işıqlandırıcılar, 0,3%-ni k. t. üçün işıqlandırıcılar, 6,5%-ni müxtəlif elektrik quraşdırıcı məmulatların istehsalı təşkil edirdi.
Qazmada Elektrotexnika Kompleksləri (1977)
Qazmada elektrotexnika kompleksləri (film, 1977)
İnvertor (elektrotexnika)
İnvertor — gərginliyin dəyərini dəyişdirməklə sabit cərəyanı dəyişən cərəyana çevirmək üçün bir cihazdır. Gərginlik invertorları ayrıca bir cihaz kimi istifadə edilə bilər və ya dəyişən cərəyan elektrik enerjisi olan avadanlıq üçün mənbələrin və fasiləsiz enerji təchizatı sistemlərinin bir hissəsi ola bilər.

Digər lüğətlərdə