Elena Koltsova-Mosalskaya
Elena Koltsova-Mosalskaya (rum. Elena Ghica; 3 fevral 1828 və ya 22 yanvar 1828, Buxarest[…] – 17 noyabr 1888[…], Florensiya[…]) — Rumıniyalı rəssam, yazıçı və alpinist. Əsərləri Dora d'Istria təxəllüsü ilə nəşr edilmişdir.
Elena Gika mənşəyi Albaniyada axtarılan knyaz Qika ailəsindən gəlir. 17-ci əsrin ortalarından bu nəsldən çıxanlar Moldaviya və Valaxiyanın hökmdarları idi. Atası Şahzadə Mihay Qika idi. O, moldaviyalı Qreqori IV Qikanın əmisi oğlu idi.
Knaqinya Koltsova-Mosalskaya gəncliyində əla təhsil alır. Sonradan xaricdə təhsilini davam etdirir. Rumın, rus, italyan, alman, ingilis, fransız, latın, qədim və müasir yunan, alban və s daxil olmaqla ondan çox dildə səlis danışan bir poliqlot idi.