Elen

das u. der, -s, -sığır
Elementarunterricht
elend
OBASTAN VİKİ
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Elen Conson-Serlif
Elen Conson-Serlif (d. 29 oktyabr 1938, Monroviya, Liberiya) — Siyasətçi və 2006-cı ildən Liberiyanın 24-cü prezidenti, "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" 2011-cii ildə Tavakul Karman və Leyma Qbovi ilə birlikdə Nobel Sülh mükafatı laureatı qalibi. Onun seçkilərdə qələbəsi 23 noyabr 2005-ci ildə rəsmi olaraq elan edildi. O, Afrika ölkələrinin ilk qadın prezidentidir. Ölkənin vitse prezidenti isə Cozef Bokaydır. Ciddi xarakteri və əzminə görə o, tez-tez "Dəmir ledi" ilə müqayisə olunur. Onun 16 yanvar 2006-cı ildə andiçmə mərasimində ABŞ dövlət katibi Kondoliza Rays və ABŞ-nin birinci xanımı Laura Buş da iştirak etmişlər. Elen Conson Serlif Monroviyada anadan olub. O, Qərbi Afrika Kollecində təhsil alıb. Təhsilini ABŞ-də, Harvard Universiteti və Medison Biznes Kollecində başa vurub.
Elen Donnelli (aktrisa)
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Elena George
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elena Gheorghe
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elena Koltsova-Mosalskaya
Elena Koltsova-Mosalskaya (rum. Elena Ghica; 3 fevral 1828 və ya 22 yanvar 1828, Buxarest[…] – 17 noyabr 1888[…], Florensiya[…]) — Rumıniyalı rəssam, yazıçı və alpinist. Əsərləri Dora d'Istria təxəllüsü ilə nəşr edilmişdir. Elena Gika mənşəyi Albaniyada axtarılan knyaz Qika ailəsindən gəlir. 17-ci əsrin ortalarından bu nəsldən çıxanlar Moldaviya və Valaxiyanın hökmdarları idi. Atası Şahzadə Mihay Qika idi. O, moldaviyalı Qreqori IV Qikanın əmisi oğlu idi. Knaqinya Koltsova-Mosalskaya gəncliyində əla təhsil alır. Sonradan xaricdə təhsilini davam etdirir. Rumın, rus, italyan, alman, ingilis, fransız, latın, qədim və müasir yunan, alban və s daxil olmaqla ondan çox dildə səlis danışan bir poliqlot idi.
Elena Kountoura
Elena Kountoura (yun. Έλενα Κουντουρά; 2 noyabr 1962, Afina) — yunan siyasətçisi və dövlət xadimi, model. 2 iyul 2019-cu ildən bəri Avropa Parlamentinin hazırkı üzvü, indi Radikal Sol Koalisiya partiyasını təmsil edir. Məxsus olduğu partiya Avropa Birləşmiş Sol/Sol-Yaşıl Şimalın bir hissəsidir. Keçmişdə, 2015–2016-cı illərdə İqtisadiyyat, İnkişaf və Turizm Nazirliyində Turizm nazirinin müavini və 2016–2019-cu illərdə Turizm naziri olmuşdur. 2004–2007 və 2011–2019-cu illərdə Aleksis Tsiprasın birinci və ikinci kabinetlərində Yunanıstan Parlamentinin üzvü olmuşdur. 2 noyabr 1962-ci ildə Afinada anadan olmuşdur. Atası Alexandros Kunduras yunan ordusunda zabit olmuşdur. "Qara polkovniklər" iqtidara gəldikdən sonra, 13 dekabr 1967-ci ildə Kral II Konstantinin uğursuz əks çevrilişinə qatılır və bundan sonra ordudan kənarlaşdırıldı. Kral tərəfdarı olan siyasi təşkilatın təşkilatçılarından və liderlərindən biri olmuşdur.
Elena Koşka
Elena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Elena Levçenko
Elena Stepanova Levçenko (belar. Алена Сцяпанаўна Леўчанка; doğ. 30 aprel 1983, Qomel, BSSR, SSRİ) — Belarus Respublikasının peşəkar basketbolçusu, WNBA (Qadınların milli basketbol assosiyasıyası) oyunçusu. Mərkəz oyunçu mövqeyində oynayır. Çinin "Sıçuan Uels" klubunda oynamışdır. 30 aprel 1983-cü ildə Belarusun Gomel şəhərində anadan olub. Gomelin SDYŞOR-9-da basketbol klubunda oynamağa başlamışdır. Elenanın ilk məşqçisi Viktor Orlov idi. Daha sonra Minsk Respublika Olimpiya Ehtiyatları Məktəbinə keçd etmişdir. İlk debütü 1999-cu ildə Avropa çempionatında olmuşdur.
Elena Paparizu
Helena Paparizou (yunanca: Ελενα Παπαριζου; 31 yanvar 1982, Buros) — məşhur yunan müğənnisidir. İsveçdə dünyaya gəlib və orada boya-başa çatıb. Antique qrupunun solisti olub. Helena məşhur yunan bəstəkarı — Toni Mavridislə ailə həyatı sürür. Helena ilk dəfə Yunanıstanı 2005 Avroviziya Mahnı Müsabiqəsində birinci edib. 2004 Protereotita 2005 My Number One 2006 Iparhi Logos 2006 The Game of Love 2007 Iparhi Logos 2008 Vrisko To Logo Na Zo 2010 Giro Apo T' Oneiro 2011 Greatest Hits & More 2013 Ti Ora Tha Vgoume?
Elena Risteska
Yelena Risteska (Makedon dilində:Елена Ристеска 27 aprel 1986, Skopye) – müğənni. Yelena Risteska 1986-cı il aprelin 27-də Makedoniyanın paytaxtı Skopye şəhərində anadan olmuşdur. 1996-cı ildə debüt etmişdir. 2006-cı ildə Yelena Makedoniya seçim turlarına "Ninanajna" mahnısıyla qatılır və seçim turlarında qalib gələrək Makedoniyanı təmsil edir. Mahnı ritmik olmaqla, özündə pop, RnB və disko janrlarının sintezindən ibarətdir. Mahnıda həmçinin Makedoniya milli musiqisinə xas olan ritmlərə də rast gəlmək olur. Yarımfinal asanlıqla keçən Yelena sonda müsabiqəni 56 xalla 12-ci pillədə başa vurur. Bu, Makedoniyanın Avroviziya Mahnı Müsabiqəsində hələ ki, ən böyük nailliyəti olaraq qalır. Avroviziya 2006-dan sonra Yelena bir çox yerlərdən dəvətlər alır-müxtəlif konsert və müsabiqələrdə iştirak edir. 2008-ci ildə o ilk ingilis dilli sinqlı olan "Millioner" buraxır.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Elena Vladimirovna Zelenskaya
Elena Vladimirovna Dreyden (Zelenskaya) (d. 19 noyabr 1981) — rus aktrisası. 19 noyabr 1981-də doğulub. Omskdakı 125 saylı məktəbi bitirmişdir. 1999-cu ildən 2000-ci ilədək Omsk şəhərində Studio Dram Teatrında aktyorluq kursunda oxumuşdur. 2005-ci ildə Sankt-Peterburq Dövlət Teatr İncəsənət Akademiyasını bitirmişdir.
Elena Çauşesku
Yelena Çauşesku (7 yanvar 1916, Petreşti[d], Rumıniya Krallığı[d] – 25 dekabr 1989, Tırqovişte[d]) — Rumıniya Sosialist Respublikasının komunist lideri Nikolae Çauşeskunun həyat yoldaşı və Rumıniya S. R.-in baş nazirinin müavini olmuşdur. 1989-cu il Rumıniya İnqilabı ilə hakimiyyətdən devrilmiş olan Nikolae Çauşeskunun həyat yoldaşıdır. Əsil adı Elena Petrescu olmuşdur. 1916-cı ildə Ilfovda bir kənddə kotan işləri məşğul olan bir ailənin qızı olaraq dünyaya gəlmişdir. Nicolae Ceauşescu ilə Rumıniya Komunist Partiyasında tanış olmuşdur. Daha sonra, 1939-cu ildə onunla evlənmişdir. 1980-ci ildə, Nazirlər Kabinetində Baş nazirin köməkçisi vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə baş vermiş olan qanlı Rumıniya inqilabından dərhal sonra həyata keçirilmiş olan hərbi məhkəmə tərəfindən ölüm cəzası verilmiş və həyat yoldaşı ilə birgə güllələnərək öldürülmüşdür. John Sweeney. The Life and Evil Times of Nicolae Ceauşescu.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Elenikon Böyükşəhər parkı
Elenikon Böyükşəhər parkı — Yunanıstanda Afinanın Elinikon adlı hissəsində inşası planlaşdırılan böyük şəhər parkı. Park Afinaya lazımı ekoloji dəstək verəcəkdir. Tamamlandıqdan sonra park Avropadakı ən böyük park olması planlaşdırılır. Park keçmiş Elinikon Beynəlxalq Hava Limanının ərazisində qurulacaq və təxminən 200 hektar ərazini tutacaqdır. İnşaatın 2008-ci ildə başlaması və 2013-cü ilədək başa çatdırılması planlaşdırılırdı, lakin maliyyə böhranı səbəbindən planlar yəqin ki, qeyri-müəyyən müddətə təxirə salınmışdır. Hökumət ərazinin istifadəsinin digər variantlarını nəzərdən keçirdiyinə görə torpaq sahəsinin bir hissəsini Qatar investorlarına satmaq üçün ilkin razılaşma imzalanmışdır. 2013-cü ildə Elinikon layihəsi çərçivəsində park üçün dizayn variantı təqdim edildi. Komandaya Foster & Partners, Charles Anderson Landscape Architecture, «ARUP» və Yunan dizayn məsləhətçilərinin böyük bir qrupu daxil idi. 2018-ci ildə layihəyə yenidən baxıldı və Yunanıstan hökumətinə yenidən təqdim edildi. 2005-ci ildə memarlar David Serero, Elena Fernandez və landşaft memarı Filippe Kuanenin rəhbərlik etdiyi beynəlxalq komanda, keçmiş Elinikon hava limanının yerində paytaxt parkının dizaynına dair beynəlxalq müsabiqədə qalib gəldi.
Elenora qızılquşu
Fuego (Eleni Fureyra mahnısı)
Fuego (azərb. Atəş‎) — Kiprin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarı Aleks Papakonstantinu və eyni zamanda Qeraldo Sandell, Viktor Svensson, Andej Vretov və Didrik tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012-ci ildə Kiprin Avroviziya mahnılarını yazmışdır.
Kuartu Sant'Elena
Kuartu Sant'Elena (it. Quartu Sant'Elena) — Sardiniyada şəhər.
Marta Elena Barsena
Marta Elena Barsena — Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)