energetika təsərrüfatı

ру энергетическое хозяйство en energy farm de Energiefarm fr ferme d'énergie es granja de energía it fattoria d'energia
energetik transmissiya
enerji balansı
OBASTAN VİKİ
Energetika
Energetika — insanın təsərrüfat-iqtisadi fəaliyyətinin bir sahəsi, bütün növ enerji ehtiyatlarının istifadəsi, paylanması və dəyişilməsi üçün istifadə edilən böyük təbii və süni yarımsistemlərin toplusu ilə bağlı bilik sahəsidir. Onun məqsədi ilkin enerjini ikinci enerjiyə-elektrik enerjisinə çevirməkdir. "Energetika haqqında" 2023-cü il tarixli Qanunda belə anlayış verilib: "1.1.1. energetika – enerjinin kəşfiyyatı, işlənilməsi, hasilatı, emalı, istehsalı, saxlanılması, alqı-satqısı, idxalı, ixracı, nəqli (ötürülməsi), paylanması və istifadəsini ehtiva edən iqtisadiyyat sahəsi;". Göründüyü kimi, bu anlayış enerji daşıyıcılarının istehsalından satışınaqədər bütün iqtisadi fəaliyyət zəncirini, habelə istehlakı (istifadəni) əhatə edir. "Enerji" terminindən fərqli olaraq, "energetika" termini sırf bilik sahəsi, o cümlədən iqtisadiyyat sahəsi və hüquq institutudur. "Energetika haqqında" 2023-cü il tarixli Qanunda eyni zamanda, energetika sahəsinə aid alt sahələr "sektor" adlandırılıb. Bu yanaşma digər hüquqi sənədlərdə də tətbiq edilib. Bu mənada energetika sahəsinə elektroenergetika sektoru, istilik energetikası sektoru, qaz təchizatı sektoru, neft sənayesi sektoru, kömür sektoru, atom energetikası və sair sektorlar aid edilə bilər. Azərbaycan Respublikasında energetika sahəsinin tənzimlənməsi Avropa İttifaqının Üçüncü Energetika Paketi adlanan sənədlər toplusuna və dövlətlərarası Energetika Xartiyası Müqaviləsinə əsaslanır.
Alternativ energetika
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adı. Alternativ bitkilər daha çox gələcəyə yönələn təbii sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ quru bitki mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişafdan geri qalmış ölkələr (Kriota,Fələstin Senüar Azərbaycan və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında EES və GES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə SES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ enerjidən istifadəni çoxaltmamalıyıq Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175–219) 10/12 kVt/saat, yaratdığı güc isə (20–35) 10/9 kVt kimi qiymətləndirilir.
Azərbaycanda energetika
Azərbaycanda enerji – enerji və elektrik istehsalı, istehlakı və ixracını təsvir edir. XIX əsrin sonunda dünyada ilk dəfə elektrik eneıjisinin istehsal başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasıq başlandığı vaxtdan elektrik eneıjisindən istifadə olunmuşdur. I dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5–50 kvt-lıq elektrik stansiyalan quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik eneıjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar — "Simens ± Qalske", "AEQ" və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə "Elektrik gücü" aksioner (səhmdar) cəmiyyəti yaradılır. 1900-cü ilin martında "Elektrik gücü" AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə başlanır: "Belqorod" — 6000 L.s., və Bibi-Heybət — 1000 l.s. (sonralar o "Krasnaya zvezda" İES və Krasin adına İES adlandınldı).1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında "Zulcer" firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, "Lezner" firmasının 2000 l.s.
Azərbaycan Energetika Nazirliyi
Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.
Energetika Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.
Energetika Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Energetika Nazirliyi (qaz. Қазақстан Республикасы Энергетика министрлігі) — enerji sahəsində dövlət idarəetməsini həyata keçirən və Qazaxıstan Respublikası Hökumətinin tabeliyində olan Qazaxıstanın respublika icra orqanı. Nazirlik 2014-cü ilin avqust ayında Qazaxıstan Respublikası hökumətinin yenidən qurulması zamanı yaradılmışdır. Ləğv edilmiş Qazaxıstanın Neft və Qaz Nazirliyi, Sənaye və Yeni Texnologiyalar Nazirliyi və Ətraf Mühit və Su Resursları Nazirliyinin funksiyaları və səlahiyyətləri Nazirliyə verildi. Qazaxıstanda Enerji Nazirliyi sovet illərində və müstəqilliyin ilk illərində mövcud idi. Sonradan ləğv edildi. 2014-cü ildə Qazaxıstanın energetikləri respublikanın Baş naziri Kərim Məsimova respublikada Enerji Nazirliyi yaratmaq istəyi ilə müraciət etdilər, çünki respublikada fəaliyyətində koordinasiya olmaması ilə əlaqədar bir vəziyyət var idi. elektrik sahəsində müxtəlif dövlət qurumları. Nazirliyin yaranmasından əvvəl, enerji məsələləri, verilən vəzifələrin öhdəsindən gələ bilməyən müxtəlif şöbələr tərəfindən həll edildi. 2015-cü ildə Qazaxıstanın enerji sənayesi, respublikada müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin uyğunsuzluğu ilə əlaqədar bir vəziyyət olduğu üçün Enerji Nazirliyini yaratmaq istəyi ilə ölkənin Baş naziri Kərim Məsimova müraciət etdi.
Yanacaq-Energetika Sənayesi
Yanacaq-energetika sənayesi — Yanacaq və energetika sənayelərinin adı. Müxtəlif növ enerji hasilatı, istehsalı və istifadəsi ilə əlaqədardır.Dünyada energetika resurslarının istehsalı və istehlakı daima artır.Energetika resursları istehlakında böyük fərqlər var.Dünya əhalisinin 15%-i yaşayan İEÖ-lər (İnkişaf Etmiş Ölkələr) dünya energetika və resurslarının demək olarki, 60%-ni, dünya əhalisinin 5%-i yaşayan ABŞ isə 25%-dən çoxunu istehlak edir.İOÖ-lərdə (İnkişafda Olan Ölkələr) istehsal olunan yanacaq və enerjinin böyük hissəsi ABŞ-yə, Qərbi Avropa və Yaponiyaya daşınır. Birinci dünya müharibəsindən sonra avtomobil və aviasiyanın inkişafı, sənayedə daxili yanacaq mühərriklərinin tətbiqi ilə əlaqədar neft və qazın rolu artmışdır.Bu həm də neftin qiymətinin ucuz olması ilə əlaqədar idi.Lakin 1960-cı illərdə yaradılan OPEK, neft hasilatını öz əlinə almış və neftin qiymətini bir neçə dəfə qaldırmışdır.Neftin ölçü vahidi Bareldir.(1 barel = 159 litr). Dünyanın yanacaq energetika balansında dəyişikliklər hər bir ölkənin ayrı-ayrı energetika resursları ilə təmin olunan Norveç, İsveç,Finlandiya və Kanada üçün su enerjisinin, neft və təbii qaz resursları ilə zəngin İran körfəzi sahili dövlətləri üçün bu resursların yüksək çəkisi səciyyəvidir. Respublikamızın da yanacaq-energetika balansının strukturunda neft və təbii qaz üstünlük təşkil edir. Dünya neft hasilatının 35%-i OPEK ölkələrinin payına düşür.Dünya bazarında neftin qiymətinin sabit saxlanılması, hasil edilən neftin dünya bazarında tələbatdan artıq olmaması məqsədilə OPEK, bu quruma daxil olan hər bir ölkə üçün neft hasilatı üzrə öhdəlik (kvota) verir.OPEK ölkələri bütün ixrac tədarükünün 50%-dən çoxunu təmin edir.Bu rəqəm dünya iqtisadiyyatının OPEK ölkələrinin neftindən nə dərəcədə asılı olduğunu göstərir. Neft ehtiyatları əsasən Yaxın və Orta Şərqdə (xüsusilə İran körfəzində) olduqca yüksək təmərküzləşmişdir.Ona görə də bu regionu "neft kranı" adlandırırlar.Qərbi Sibir,Qvineya körfəzi,Cənub-Şərqi Asiya, Karib dənizinin Cənubi Amerika sahilləri də əsas neft regionlarıdır.Bundan başqa Şimal dənizi, Xəzər dənizi və Meksika körfəzindəki yeni neft yataqlarının mənimsənilməsi, bu bölgələrin də neft sənayesindəki əhəmiyyətini artırırır.XXI əsrin başlanğıcından etibarən Xəzər hövzəsində yerləşən Qazaxıstan,Türkmənistan eləcə də respublikamız neftin iri ixracatçılarına çevrilir.Neftin ən böyük idxalçıları Qərbi və Şərqi Avropa ölkələri, ABŞ və Yaponiyadır. Dünyada neftin əsas hissəsi nəhəng tankerlərlə və boru kəmərləri vasitəsi ilə daşınır.XXI əsrin əvvəllərində neft daşınmasın üçün daha sərfəli olan yeni boru kəmərləri, o cümlədən 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilmişdir. Neft və qaz üzrə mühəndis neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı ilə məşğul olur. Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s.
Balıq təsərrüfatı
Balıq təsərrüfatı — balıqları yetişdirib artıran, sonra isə onlardan tutub istifadə edən təsərrüfat. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dünya təsərrüfatı
Kənd təsərrüfatı
Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesi.
Meşə təsərrüfatı
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Su təsərrüfatı
Su təsərrüfatı – Su ehtiyatlarının öyrənilməsi, uçotu, kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suların çirklənməsinin və azalmasının mühafizəsi ilə məşğul olan xalq təsərrüfatı sahəsi. Su təsərrüfatınin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir. Su təsərrüfatının ən əsas məsələlərindən biri də su hövzələrini sənaye və məişət suları ilə çirklənməkdən qorumaqdır. Xalq təsərrüfatının müxtəlif sahələrində sudan istifadə vəzifəsi, miqdarı və formasına uyğun olaraq su resursları üzrə məlumatların toplanması.
Azərbaycan Respublikası Energetika Nazirliyi
Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.
Bakı Neft-Energetika Kolleci
Bakı Neft-Energetika Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi
Kazan Dövlət Energetika Universiteti
Kazan Dövlət Energetika Mühəndisliyi Universiteti, Volqa bölgəsində enerji sahəsində profilli yeganə universitetdir. 1968-ci ildə Moskva Enerji İnstitutunun Kazan filialı olaraq quruldu. Kazan Enerji İnstitutu 2000-ci ildə universitet dərəcəsinə layiq görülmüşdür. Ölkənin ən yaxşı 3 universitetindən biri olan Kazan Power Universiteti (digər ikisi İvanovo və Moskvada), təhsil şərtləri və texniki təchizat baxımından bölgənin ən yaxşı universitetlərindən biridir. Universitet Tatarıstan Respublikasının, Rusiya Federasiyasının, yaxın və uzaq xaricdəki enerji sistemləri üçün mütəxəssislər hazırlayır. Bu gün universitetdə Rusiyanın digər bölgələrindən, MDB, Asiya və Afrikadan 10.000-dən çox tələbə və aspirant təhsil alır. Universitetin müəllim heyəti 535 tədqiqatçıdan ibarətdir (bunlardan 304 nəfəri elmlər namizədi, 66 nəfəri elmlər doktorudur). Universitetdəki müəllim heyətinin 24% -i doktorlar və professorlar, 84% -i müxtəlif səviyyəli alimlərdir. Universitetin alimləri arasında Rusiya Elmlər Akademiyası və Tatarıstan Elmlər Akademiyasının müxbirləri var. Kazan Dövlət Enerji Universiteti istilik və elektrik enerjisi, elektrik mühəndisliyi və elektronika, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə mövzusunda araşdırmalar aparır.
Azərbaycanın energetika nazirlərinin siyahısı
Azərbaycan energetika siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın energetika nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın energetika nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Gürcüstanda kənd təsərrüfatı
Gürcüstanda kənd təsərrüfatı — Gürcüstan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. Ümumilikdə ölkə ərazisinin 16 % kənd təsərrüfatı üçün yararlıdır Gürcüstanda kənd təsərrüfatı məhsullarınln böyük qismi bağ sahələrində kənd tipli fermalarda istehsal edilir. Aqrar təsərrüfatların böyük əksəriyyətində işlər əl ilə görülür. İstehsalda kənd təsərrüfatının payı olduqca aşağıdır. Buna ramən ölkə əhalisinin 50 % kəndlərdə yaşayır. Bu istehsal cəmi ÜDM 12 % təşkil edir. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,51 mld dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 2,42 mld lari olmuşdur. Bitkiçilik məhsullarının həcmi 998 mln ları, heyvandarlıq məhsullarının istehsal həcmi 1,35 mld lari, kənd təsərrüfatı xidmətləri isə 65 mln lari təşkil etmişdir. Sovetləşmə dönəmində Gürçüstan kənd təsərrüfatı kollektivləşdirilmişdir.
Kənd Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Kənd təsərrüfatı aviasiyası
Kənd təsərrüfatı aviasiyası — mülki aviasiya sahəsi. Kənd təsərrüfatı aviasiyasından bitkilərin mühafizəsi, alaq otları ilə mübarizə, torpağa mineral gübrə verilməsi, təyyarə ilə ot əkini və s.-də istifadə edilir. Bitkilərin becərilməsində aviasiya vasitələrindən istifadənin üstünlüklərinə vaxta qənaət olunması, əmək sərfinin aşağı salınması, zəhərli kimyəvi maddələr və gübrə sərfinin azalması, çətin keçilən sahələri becərməyin mümkünlüyü, bitkilərin mexaniki zədələnməməsi, torpağın bərkiməsi ehtimalının aradan qalxması və s. aiddir. Kənd təsərrüfatı aviasiyasından istifadənin catışmayan cəhəti onun meteoroloji şəraitdən asılılığıdır. SSRİ-də bu məqsədlə An-2, An-2M, Yak-12 təyyarələrindən və Mİ-1, Mİ-2, Ka-26 və Ka-15 vertolyotlarından istifadə olunurdu. Maye pestisidləri çiləmək, mineral gübrələri səpmək və s. üçün bunlarda xüsusi aparatlar quraşdırılırdı. Bitki zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizədə sahələr 5–10 metr yüksəklikdən, alaq otları ilə mübarizədə (yazda aqroqaydalarla müəyyən olunmuş müddətdə) 5–6 metr yüksəklikdən dərmanlanırdı. Tozvari gübrələr 10–20 metr, dənəvər gübrələr isə 30–50 metr yuksəklikdən səpilirdi.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Kənd təsərrüfatı iqtisadiyyatı
Kənd təsərrüfatı iqtisadiyyatı — qida və lif istehsalını və paylanmasını optimallaşdırmaq üçün iqtisadi nəzəriyyənin tətbiqi ilə əlaqəli tətbiq olunan bir iqtisadiyyat sahəsidir. Kənd təsərrüfatı iqtisadiyyatı, xüsusilə torpaq istifadəsi ilə məşğul olan və yaxşı torpaq ekosistemini qoruyarkən məhsullarını maksimum dərəcədə artırmağa yönəlmiş iqtisadiyyatın bir qolu olaraq başladı. XX əsrdə intizam genişləndi və intizamın mövcud əhatə dairəsi daha genişdir. Kənd təsərrüfatı iqtisadiyyatı bu gün ənənəvi iqtisadiyyatla böyük ölçüdə üst-üstə düşən bir çox tətbiq sahəsini əhatə edir. Kənd təsərrüfatı iqtisadçıları iqtisadiyyat, ekonometriya, inkişaf iqtisadiyyatı və ətraf mühitin iqtisadiyyatı sahəsindəki araşdırmalara əhəmiyyətli töhfələr vermişlər. Kənd təsərrüfatı iqtisadiyyatı qida siyasətini, əkinçilik siyasətini və ətraf mühit siyasətini təsir edir. İqtisadiyyat, qıtlıq şəraitində resursların bölüşdürülməsinin öyrənilməsi kimi müəyyən edilmişdir. Kənd təsərrüfatı iqtisadiyyatı və ya kənd təsərrüfatı istehsalçılarının verdiyi qərarları optimallaşdırmaq üçün iqtisadi metodların tətbiqi 20. əsrin əvvəllərində önə çıxdı. Kənd təsərrüfatı iqtisadiyyatı sahəsi yenidən torpaq iqtisadiyyatı üzərində işləyir.
Kənd təsərrüfatı kommunası
Kənd təsərrüfatı kommunası — SSRİ hakimiyyətinin ilk illərində meydana gələn kənd təsərrüfatı istehsalatı kooperasiyası formalarından biri. Kənd təsərrüfatı kommunasında istehsalın butun vasitələri (tikililər, xırda avadanlıq, qaramal) və məişət xidməti tamamilə i timai təsərrüfata əsaslanırdı. Bölgü əməyə görə yox, ailə üzvlərinə gərə aparılırdı. Kənd təsərrüfatı kommunası üzvlərinin şəxsi həyətyanı təsərrüfatları yox idi. Kənd təsərrüfatı kommunası başlıca olaraq kecmiş mulkədar və monastır torpaqlarında təşkil edilirdi. Dövlətdən müftə olaraq torpaqdan başqa, yaşayış və təsərrüfat tikililəri, avadanlıq və s. yardım alırdı. 1920-ci illərin sonu–1930-cu illərin əvvəlində kənd təsərrüfatı kommunası kolxozlara çevrilmişdir.
Kənd təsərrüfatı kooperasiyası
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur. Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p.
Kənd təsərrüfatı maşınqayırması
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kənd təsərrüfatı tarixi
Kənd təsərrüfatı — əhalinin yaşayış vasitələri (ilk növbədə qida) ilə təmin olunmasına və bir sıra sahələr üçün xammal əldə edilməsinə yönəlmiş iqtisadiyyatın bir sahəsi. Kənd təsərrüfatı dünyanın müxtəlif yerlərində müstəqil olaraq başlamış və müxtəlif qayda, qurğuları özündə cəmləşdirirdi. Köhnə və Yeni dünyanın ən azı on bir ayrı bölgəsi mədəni bitkilərin mənşə mərkəzləri kimi iştirak edirdi. Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin,əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu — emmer buğda,təkdənli buğda,adi arpa,əkin noxudu,mərcimək,kürüşnə,qoyunnoxudu və adi kətan — Levantda becərilirdi. Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır. Düyü,6200 il bundan əvvəl Çində mədəni bitkiyə,5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya,soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə. XI minillikdə, təqribən e.ə.