Yanacaq-Energetika Sənayesi
Yanacaq-energetika sənayesi — Yanacaq və energetika sənayelərinin adı. Müxtəlif növ enerji hasilatı, istehsalı və istifadəsi ilə əlaqədardır.Dünyada energetika resurslarının istehsalı və istehlakı daima artır.Energetika resursları istehlakında böyük fərqlər var.Dünya əhalisinin 15%-i yaşayan İEÖ-lər (İnkişaf Etmiş Ölkələr) dünya energetika və resurslarının demək olarki, 60%-ni, dünya əhalisinin 5%-i yaşayan ABŞ isə 25%-dən çoxunu istehlak edir.İOÖ-lərdə (İnkişafda Olan Ölkələr) istehsal olunan yanacaq və enerjinin böyük hissəsi ABŞ-yə, Qərbi Avropa və Yaponiyaya daşınır.
Birinci dünya müharibəsindən sonra avtomobil və aviasiyanın inkişafı, sənayedə daxili yanacaq mühərriklərinin tətbiqi ilə əlaqədar neft və qazın rolu artmışdır.Bu həm də neftin qiymətinin ucuz olması ilə əlaqədar idi.Lakin 1960-cı illərdə yaradılan OPEK, neft hasilatını öz əlinə almış və neftin qiymətini bir neçə dəfə qaldırmışdır.Neftin ölçü vahidi Bareldir.(1 barel = 159 litr).
Dünyanın yanacaq energetika balansında dəyişikliklər hər bir ölkənin ayrı-ayrı energetika resursları ilə təmin olunan Norveç, İsveç,Finlandiya və Kanada üçün su enerjisinin, neft və təbii qaz resursları ilə zəngin İran körfəzi sahili dövlətləri üçün bu resursların yüksək çəkisi səciyyəvidir.
Respublikamızın da yanacaq-energetika balansının strukturunda neft və təbii qaz üstünlük təşkil edir.
Dünya neft hasilatının 35%-i OPEK ölkələrinin payına düşür.Dünya bazarında neftin qiymətinin sabit saxlanılması, hasil edilən neftin dünya bazarında tələbatdan artıq olmaması məqsədilə OPEK, bu quruma daxil olan hər bir ölkə üçün neft hasilatı üzrə öhdəlik (kvota) verir.OPEK ölkələri bütün ixrac tədarükünün 50%-dən çoxunu təmin edir.Bu rəqəm dünya iqtisadiyyatının OPEK ölkələrinin neftindən nə dərəcədə asılı olduğunu göstərir.
Neft ehtiyatları əsasən Yaxın və Orta Şərqdə (xüsusilə İran körfəzində) olduqca yüksək təmərküzləşmişdir.Ona görə də bu regionu "neft kranı" adlandırırlar.Qərbi Sibir,Qvineya körfəzi,Cənub-Şərqi Asiya, Karib dənizinin Cənubi Amerika sahilləri də əsas neft regionlarıdır.Bundan başqa Şimal dənizi, Xəzər dənizi və Meksika körfəzindəki yeni neft yataqlarının mənimsənilməsi, bu bölgələrin də neft sənayesindəki əhəmiyyətini artırırır.XXI əsrin başlanğıcından etibarən Xəzər hövzəsində yerləşən Qazaxıstan,Türkmənistan eləcə də respublikamız neftin iri ixracatçılarına çevrilir.Neftin ən böyük idxalçıları Qərbi və Şərqi Avropa ölkələri, ABŞ və Yaponiyadır.
Dünyada neftin əsas hissəsi nəhəng tankerlərlə və boru kəmərləri vasitəsi ilə daşınır.XXI əsrin əvvəllərində neft daşınmasın üçün daha sərfəli olan yeni boru kəmərləri, o cümlədən 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilmişdir.
Neft və qaz üzrə mühəndis neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı ilə məşğul olur. Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s.