eozinofil
eozofobiya
OBASTAN VİKİ
Eozinofillər
Eozinofillər — qranulositlərin bir populyasiyasıdır. Qanın leykositlərinin 2–5%i onların payına düşür. Onlar adətən ikiseqmentli nüvəli hüceyrələrdirlər. Sitoplazmadaxili qranulları eozin (turş təbiətli boya) boyası ilə rəngləndiyinə görə onlara "eozinofillər" deyilir. Ölçülərinə görə qranullar böyük və kiçik eozinofil qranullar olmaqla iki tipə bölünürlər. Böyük eozinofil qranullar elektron mikroskopunda mərkəzi kristalları özək, ətrafı isə matrikslə əhatə olunmuş, diametri təxminən 1 mkm ə bərabər orqanoidlər kimi görünürlər. Onların möhtəviyyatının əsas hissəsini mərkəzdə kristallik formalı əsas qələvi zülalı, matriksində isə peroksidlər və eozinofillərin kation zülalı adlanan molekullar təşkil edirlər. Kiçik qranullarda arilsulfataza və turş fosfataza toplanır. Bu maddələrdən başqa eozinofillərdə həmçinin elastaza , kollogenaza, qlükuronidaza, katepsin, mieloperoksidaza və RNT -aza da aşkar edilmişdir. Müəyyən stimulların təsirindən qranulların möhtəviyyatı ekzositoz nəticəsində hüceyrə xaricinə boşaldılır.
инта́лия капита́н-испра́вник лю́ксовый на́ фиг самочу́вствие сноровля́ть соиме́нник топяно́й уга́щиваться у́тро я́рус за́кромный зеленя́ окружа́ющее ориенти́р по-евре́йски яи́чный галлея чекмарь dinosaur nervous oxisol sobriety дамба рассмеяться