Episentr
Episentr (yun. ἐπι-, lat. centrum-mərkəz) — zəlzələ hiposentrinin Yer səthindəki proyeksiyasıdır. Episentrin vəziyyəti seysmik stansiyalar tərəfindən qeyd edilən titrəyişlərin tədqiqi əsasında müəyyənləşdirilir Azərbaycan Sovet Ensiklopediyası\4\ səh.75 Güclü zəlzələlərdə Episentr əsasən Yer səthində ən çox dağılmış yerlər hesab edilir.
== Zəlzələlərin intensivliyinə görə təsnifatı ==
Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların Yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi.
XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühitə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Bu cədvəldə seysmik titrəyişlər intensivliklərinə görə on dərəcəyə bölünürlər. 1902-ci ildə İtaliyada Cüzeppe Merkalli tərəfindən yeni, 12 ballıq intensivlik şkalası tərtib edildi. 1931-ci ildə amerikalı alimlər Q. Vud və F. Nyumen, 1956-cı ildə isə Çarlz Rixter həmin şkalada müəyyən dəyişikliklər etmişlər və hazırda bu şkala "Modifikasiya olunmuş Merkallı şkalası (MMİ)" adlanır.