Fərhad kimi gülüng vurmaq*

to work as Farhad (the name of the hero of one of the famous eastern epos) / to work with all one’s strength / to work hard работать как Фархад (имя героя известного восточного эпоса) / работать как мул (изо всех сил, много)
Fərhad kimi gülüng çalmaq
fərqi bilmək
OBASTAN VİKİ
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Kimi Raikkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Rəykkönen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Yuxu kimi
Yuxu kimi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Ailə şərəfini hər şeydən üstün tutan Habil (Məhəmməd Verdizadə) qızı Yasəmənin (Aysel İbrahimova) öz qohumu Cövdətlə (Niyaz İlyasoğlu) ailə qurmasını istəyir. Yasəmən isə kimsəsiz Aqşini (İbrahim Çingiz) sevir. Bir müddət sonra Aqşin iş ardınca müvəqqəti Rusiyaya gedir. Ailələrin heç biri qızın istəyi ilə hesablaşmayaraq, onu Cövdətə nişanlayırlar. Aqşin mobil telefonunu itirdiyi üçün Yasəmən ona əvvəlcədən xəbər verə bilmir. O, baş verənlərdən yalnız Bakıya qayıdandan sonra xəbər tuta bilir. Tərəflər baş vermiş hadisələrə görə bir-birini günahlandırsalar da, sevgi hissi daha üstün gəlir. Toyuna az müddət qalmış Yasəmən Aqşinlə birlikdə evdən qaçmağa məcbur olur. Habil bu hadisədən xəbər tutanda intihara cəhd edir.
Fərhad (1987)
Film-portret Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli, onun yaradıcılıq axtarışları haqqındadır. Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Fərhad (Nişapur)
Fərhad (farsca:فرهاد) — kənd Nişapur şəhristanı funksiyaları edir. Fərhad rayonu Rivand, 10 kilometr cənub şəhərində yerləşir Nişapur mərkəzi şəhəri, bir kənd. 1954 il əhalinin siyahıya alınmasına əsasən, kənd 132 sakinləri evakuasiya olunublar idi, lakin indi.
Fərhad (ad)
Fərhad — Azərbaycanda geniş yayılmış kişi adı. Fərhad Ağayev — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağazadə — Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. Fərhad Bədəlbəyli — pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı Fərhad Əhmədbəyli — Azərbaycanlı geoloq; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor. Fərhad Əliyev — Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri (2001–2005). Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Fərhad xan Qaramanlı — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı Fərhad Xəlilov — Azərbaycan xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad İsrafilov — Azərbaycan aktyoru. Fərhad Kərimov — azərbaycanlı hərbi jurnalist və teleoperator. Fərhad Yusifov — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri.
Fərhad (dəqiqləşdirmə)
Fərhad və Şirin (xalça) - Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Fərhad Abbas
Fərhad Abbas (ərəb. فرحات عباس‎) (24 avqust 1899[…] – 24 dekabr 1985[…], Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi. Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur.
Fərhad Abdullayev
Fərhad Sahib oğlu Abdullayev (5 dekabr 1958, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri (2003–cü ildən). Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir. 1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır. 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.
Fərhad Ağayev
Fərhad İslam oğlu Ağayev (4 avqust 1975, Əliləmbəyli, Sabirabad rayonu – 15 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Şivlə kəndindəndir. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.
Fərhad Ağazadə
Ağayev Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (12 avqust 1880, Şuşa – 4 yanvar 1931, Bakı) — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır. F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır.
Fərhad Babayev
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən). Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
Fərhad Cəfərquliyev
Fərhad Cəfərquliyev (tam adı: Fərhad Cəfərqulu oğlu Cəfərquliyev) — Naxçıvan MSSR Səhiyyə naziri. 2 dekabr 1951-ci ildə anadan olan Fərhad Cəfərqulu oğlu Cəfərquliyev orta təhsilini Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə almışdı. 1969-1975-ci illərdə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirmişdi. O, əvvəlcə qrup nümayəndəsi, sonra fakültə, daha sonra isə institut komsomol komitəsinin birinci katibi seçilmişdi. 1975-ci ilin avqust ayından 1976-cı ilin iyul ayınadək Bakı şəhər təcili tibbi yardım xəstəxanasında cərrahiyyə üzrə internatura keçən F.Cəfərquliyev sonrakı əmək fəaliyyətini Rusiyada davam etdirmişdi. O, 1976-cı ildən 1979-cu ilədək Voronej vilayətinin Xoxolsk rayon xəstəxanasında cərrah onkoloq işləmişdi. 1977-ci ilin avqust-dekabr aylarında M.Qorki adına Zaporojye Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda onkoloğiya üzrə kursda olmuşdu. F.Cəfərquliyev 1979-cu ildə Azərbaycan Respublikasına qayıdaraq Bakının “Qaranquş” sanatoriyasında şöbə müdiri, daha sonra Azərbaycan SSR Səhiyyə nazirliyinin Müalicə-profilaktika yardımı baş idarəsində həkim-inspektor vəzifələrində çalışmışdı. 1983-cü il iyulun 14-də Mingəçevir şəhər səhiyyə şöbəsinə müdir təyin edilən Fərhad Cəfərqulu oğlu Cəfərquliyev təşkilatçılıq qabiliyyətinə və bacarığına görə 6 il sonra, yəni 1989-cu il fevralın 9-da Naxçıvan MSSR-nın Səhiyyə naziri vəzifəsinə irəli çəkilmişdi. O, 1992-ci il sentyabr ayının 12-dək bu vəzifədə çalışaraq Muxtar respublikanın səhiyyə sisteminin daha da təkmilləşdirilməsi və inkişafı üçün böyük işlər görmüşdü.
Fərhad Eminov
Fərhad Ermanov
Fərhad Urazbayeviç Ermanov (özb. Farxod Urazboyevich Ermanov, 30 aprel 1958, Amudərya vilayəti, Qaraqalpaq MSSR, Özbəkistan SSR, SSRİ) — Özbək siyasətçisi, senator, Qaraqalpaqstanın sabiq Kənd və Su Təsərrüfatı Naziri, Xalq Deputatları Beruni Rayon Kenqaşının deputatı, 21 aprel 2018-ci ildən Xarəzm vilayətinin hakimi. Fərhad Ermanov 30 aprel 1958-ci ildə Özbəkistan SSR-in Qaraqalpaq Muxtar Sovet Sosialist Respublikasına tabe olan Amudərya bölgəsində anadan olub. Ali təhsillidir. 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirmə Mühəndisləri İnstitutunu maşınqayırma ixtisası üzrə bitirmişdir. 1996-cı ildə Daşkənd Dövlət İqtisad Universitetindən iqtisadçı ixtisası üzrə məzun olmuşdur. Ermanov bundan sonra karyerasına başlamışdır. 1975–1976-cı ildə Amu Dərya bölgəsi, Mangita şəhərinin profilaktik və dezinfeksiya şöbəsinin işçisi olmuşdur. 1981–1995-ci ildə avtomobil ustası, baş mühəndis, Amudarya vilayətinin "Mangit" iqtisadiyyat direktoru olmuşdur. 1995–1998-ci ildə Amudərya vilayətinin hakimi vəzifəsini icra etmişdir.
Fərhad Fərhadlı
Fərhad Vüqar oğlu Fərhadlı (azərb. Fərhadlı Fərhad Vüqar oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakültəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015-ci ildə Universiteti bitirib, 2016-cı ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir. Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur.
Fərhad Fəxrəddini
Fərhad Fəxrəddini (11 mart 1938, Təbriz, İran) — İran azərbaycanlısı tanınmış bəstəkar, dirijor və İran Milli Simfonik Orkestrinin qurucusu Atası Məhəmmədəli Fəxrəddini (1899–1986), Məhzun təxəllüsü ilə Azərbaycan şairlərindən idi, və böyük qardaşı Fəxrəddin Fəxrəddini tanınmış portret fotoqrafıdır. Fərhad Fəxrəddininin öz sözlərinə görə, o, onun böyük bacısı və iki qardaşı Fəxrəddin və Fərrux, Sovet Azərbaycanının Gədəbəy şəhərində doğuldular, və Fərhadın iki aylıq yaşı olanda ailəsiylə İrana köçdülər. Anası əslən gədəbəyli, atası isə əslən Təbriz yaxınlığındakı Üskü şəhərindən idi. iyul 2008-ci ildə, İranda bir poçt markası onun şərəfinə buraxılmışdır. 1991-ci ilin payızında Fəxrəddini Azərbaycan Bəstəkarlar İttifaqının dəvəti ilə Bakıda olmuşdur. Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın "İbn-Sina" və "Sərbedaran" simfonik süitaları səslənmişdir. Dirijor qismində Fəxrəddini özü çıxış etmişdir.
Fərhad Hacıyev
Fərhad Hacıyev (tam adı: Hacıyev Fərhad Məcid oğlu; 1980, Sumqayıt) — Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini. Hacıyev Fərhad Məcid oğlu 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəlidir, iki övladı var. 1999-cu ildə Azərbaycan Universitetinin "Beynəlxalq münasibətlər" ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2001-ci illərdə Azərbaycan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsi üzrə təhsil alaraq həmin pilləni də fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci illdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə" istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə Harvard Universitetində hökümətdə çalışan yüksək rütbəli məmurlar üçün kursu bitirmişdir. Harvard Kennedi Məktəbinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlamışdır; 1999-cu ildə ARGTMŞ-in Məclis Sədri.
Fərhad Haşımov
Fərhad Hümbətov
Fərhad Hümbətov (10 sentyabr 1968, Arçut, Böyük Qarakilsə rayonu – 29 mart 1992, Xankəndi) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur. O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır. Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı.