FACİƏ

[ər.] сущ. 1. мусибат, бедбахтвал, бала; сед; 2. лит. трагедия.
FABULA
FACİƏLİ
OBASTAN VİKİ
Nadir şah (tarixi faciə)
Nadir şah (tarixi faciə) — Nəriman Nərimanov çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün "Nadir şah" əsərində hadisələri Azərbaycanın XVIII əsr tarixindən — Şah Sultan Hüseyn Səfəvinin dövründən təsvir edir. Tarixi faciədə Nadir amansız quldur, yenilməz sərkərdə, müdrik dövlət başçısı kimi verilmişdir. "Nadir şah"da XVIII əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu, əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma əlamətləri öz ifadəsini tapmışdır. == Məzmunu == Nəriman Nərimanovun "Nadir şah" tarixi faciəsində hadisələr Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründən başlayır. Dramaturq İranda hökm sürən özbaşınalığı və zülmü Şah Sultan Hüseynin dövlət başçısı kimi zəif olması ilə izah edir. Şah Sultan Hüseyn bütün gününü eyş-işrətdə keçirir. O, dövlətin daxili və xarici vəziyyətindən tamamilə xəbərsizdir. Bütün dövlət işlərini birinci vəziri Ədhəm xanın ixtiyarına vermişdir. Hakimiyyət başına keçmək arzusunda olan Ədhəm Şah Sultan Hüseynin ona olan etimadından və zəifliyindən sui-istifadə edir, ölkədə baş verən hadisələri ondan gizlədir, beləliklə, dövlətin iqtisadi və müdafiə qüdrətinin zəifləməsinə imkan yaradır. Odur ki, yerli hakimlər mahallarda özbaşınalıq edir.
Neft Daşlarında faciə (1957)
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.[kimə görə?] == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır 1999-cu ildə Neft Daşlarının yaranmasının 50 illik yubileyi günlərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidədə həlak olan 21 neftçinin adı həkk olunmuşdur: Mixail Pavloviç Kaveroçkin; Süleyman Orucəli oğlu Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Ağa Hüseyn oğlu Bağırov; Nikolay Qriqoryeviç Duplixin; Seyid Məmməd oğlu Əliyev; Fərman Məmməd oğlu Rzayev; İxtiyar Abı oğlu Həsənov; Əmir Fərzəliyev; Səyyad Muxtar oğlu Məmmədov; Əmir Məmmədov; Vladimir İvanoviç Kojanov; Məmmədəli Məmmədhüseyn oğlu Muradov; Balaəli Ağababa oğlu Mirzəyev; Xeyrulla Nemətulla; Nikolay Vasilyeviç Şenov; Mustafa Əli oğlu Əhmədovxanov; Həsənbala Ağabəy oğlu Hacıyev; Ağa Əli oğlu Əliyev; Rəcəb Kaziyev; Əbdülhəsən Qurbanəli oğlu Babayev. == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir. 1999-cu ildə Neft Daşlarının yaranmasının 50 illik yubileyi günlərində faciə qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.
Faciə
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Faciə (janr)
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Faciə janrı
Faust (faciə)
"Faust. Faciə" (alm. Faust. Eine Tragödie.‎), çox vaxt sadəcə "Faust" — İohan Volfqanq Götenin əsas əsəri sayılan fəlsəfi dram. Doktor Faustun əfsanəsinin ən məşhur versiyasını ehtiva edir. Göte 60 il Faust düşüncələri üzərində işləmişdir. Birinci hissə (alm. Faust: der Tragödie erster Teil‎) 1790-cı illərdə yazılmış, 1806-cı ildə tamamlanmış, iki il sonra nəşr edilmişdir və təkrar nəşrlər zamanı Göte tərəfindən bir neçə dəfə yenidən işlənmişdir (sonuncu dəfə 1828-ci ildə). İkinci hissənin üstündə (alm. Faust: der Tragödie zweiter Teil‎) Göte ahıl çağında işləyirdi; 1832-ci ildə ölümündən sonra işığ üzü görmüşdür.
"Neft Daşları"nda faciə
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Heyzel faciəsi
Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus FK və İngiltərənin Liverpul FK klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır. Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1–0-lıq qalibiyyəti ilə nəticələndi. Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990–91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi.
Hillsboro faciəsi
== Məzmun == 15 aprel 1989-da 24,000 "Liverpul" azarkeşi bir futbol matçı izləməyə getdi. 96-sı heç vaxt geri qayıtmadı. İngiltərə futbol tarixində yaşanmış ən faciəli hadisələrdən biri də Hillsboro faciəsidir. 15 aprel 1989-cu ildə baş vermiş bu faciədə 96 nəfər azarkeş həlak olmuş, 766 nəfərsə müxtəlif dərəcəli xəsarət almışdır. Hadisə Şeffild qraflığında yerləşən "Hillsboro" stadionunda "Nottinhem Forest" və "Liverpul FK" komandaları arasında keçirilən yarımfinal qarşılaşması zamanı baş vermişdi. Ölkə kuboku uğrunda yarımfinal matçı saat 15.00-a təyin edilmişdi. Oyuna marağın böyük olacağını və turniketlərin buraxılış səviyyəsinin aşağı olduğunu nəzərə alan təşkilatçılar klubun azarkeşlərinə müraciət edərək, stadiona bir qədər tez gəlməyi xahiş etmişdi. Lakin bu çağırış da faciənin qarşısını ala bilməmişdi. Bundan başqa, oyuna 10 dəqiqə qalmış azarkeşlərlə yanaşı stadiona 4 minə yaxın biletsiz tamaşaçı da daxil olmağa cəhd göstərmişdi. Nəticədə turniketlərin qarşısında böyük sayda azarkeş cəmləşmişdi.
Həcdə izdiham faciəsi (1990)
Həccdə izdiham — 2 iyul 1990-cı ildə Səudiyyə Ərəbistanında, Məkkədə, Minada tuneldə yaranan izdiham faciəsi. Hadisə zamanı 1426 zəvvar həlak olmuşdur. == Haqqında == Hadisə Məkkədən Mina və Ərəfata doğru gedən 550 metr uzunluğunda, 11 metr enində olan piyada tunelində olmuşdur. 1000 nəfərlik tunelə 5000 nəfər daxil olmuş, yaranan qarışıqlıqda havasızlıqdan və digər səbəblərdən zəvvarlar həyatlarını itirmişlər. Digər belə faciələrin arasında ikinci ən ölümcül olanı 2015-ci ildəki Həcc izdihamı faciəsidir.
Həcdə izdiham faciəsi (2015)
Həccdə izdiham — 24 sentyabr 2015-ci ildə Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham. Nəticədə 2431 zəvvar həlak olmuş, 437 nəfər isə yaralanmışdır. == Haqqında == 2015-ci ildə həcc ziyarətində 2 milyon zəvvar iştirak etmişdir.
Kərbəla faciəsi
Kərbəla döyüşü və ya Kərbəla hadisəsi — 10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur. == Münasibətlərin gərginləşməsi == Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Bu səbəbdən Səqifədə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və sonda Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları İmam Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə hər halda daha yaxın olmasını, uşaqlıqda onun evində böyüməsini və həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin İmam Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi və öz üsulu ilə Xilafəti idarə etməsi idi.
Lokkerbi faciəsi
Lokkerbi faciəsi və ya Pan Am Hava yolları reys 123 (ing. Lockerbie bombing or Pan Am Flight 103) - 1988-ci ilin 21 dekabr tarixində, çərşənbə günü , Londonun, Hitrou Hava Limanından Nyu-Yorkun, Con Kennedi adına hava limanına doğru hərəkət edən Pan Am Hava yollarına məxsus Boeing 747-121 tipli təyyarənin səmada partladılması nəticəsində baş vermiş terror aktı. Hadisə nəticəsində təyyarədə olan 243 sərnişin və 16 heyət üzvü həlak olmuşdur. Qəzanın Şotlandiyanın 4 min əhalisi olan Lokkerbi şəhərciyi üzərində baş verməsi, qəsəbədə yaşayan 11 sakinin də ölümünə səbəb olmuşdur. Şotland polisi və Federal Təhqiqat Bürosu əməkdaşları tərəfindən üç il ərzində müştərək aparılan araşdırmalardan sonra 1991-ci ilin noyabr ayında hadisəni törətməkdə şübhəli bilinən iki Liviya vətəndaşı haqqında həbs qərarı çıxarılmışdır. Birləşmiş Millətlər Təşkilatının sanksiya və təziqlərindən sonra dönəmin Liviya lideri Muəmmər Qəddafi özünə yaxınlığını ilə tanınan, terror aktını törətməkdə şübhəli bilinən iki adamının mühakimə olunması üçün 1999-cu ildə Hollandiyaya ekstradisiya olunmasına razılıq vermişdir. 2001-ci ildə Liviya xüsusi xidmət orqanlarının əməkdaşı Əbdülbaset əl-Məgrahi Lokkerbi faciəsindəki roluna görə həbs edildi. 2009-cu ildə prostat xərçəngi diaqnozu qoyulan Əbdülbaset xəstəliyi səbəbindən azad edildi və məhkəmənin qərarı ilə yeganə təqsirli bilinən şəxs kimi 2012-ci ilin may ayında vəfat etdi. Qəddafi 2003-cü ildə verdiyi açıqlamasında Lokkerbi faciəsinə görə məsuliyyəti ölkəsinin daşıdığını bildirmiş və faciə qurbanlarının yaxınlarına təzminat ödəmişdir. Qəddafi açıqlamasında təyyarənin partladılması kimi bir göstərişin ondan xəbərsiz alındığını və özünün belə bir göstəriş vermədiyini bildirmişdir.
Naftalan faciəsi
Naftalan faciəsi və ya Naftalan terroru — 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Naftalan şəhəri yaxınlıqlarında yerləşən Qaşaltı Qaraqoyunlu kəndinə artilleriya hücumu. Hadisə nəticəsində eyni ailədən 5 nəfər həlak olmuş, ailənin evi qismən dağılmışdır. Goranboy rayon prokurorluğunda hadisə ilə əlaqədar cinayət işi açılmışdır. "Amnesty International" bildirmişdir ki, artilleriyadan "heç vaxt mülki əhalinin cəmləşdiyi ərazidə istifadə edilməməlidir" və hadisəni "heç bir şeyə fərq qoymadan hücum" kimi qiymətləndirmişdir. Həmçinin, FİFA-nın baş katibi Fatma Samura hadisə nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanov üçün başsağlığı məktubu ünvanlamışdır. == Zəmin == Qaşaltı Qaraqoyunlu kəndi Goranboy rayonunda, kurort şəhəri olan Naftalan yaxınlıqlarında yerləşir. 2015-ci ildə kəndin əhalisi 833 nəfər idi. Qaşaltı Qaraqoyunlu münaqişə zonasından təxminən 50 kilometr (31 mil) məsafədə yerləşir. Mübahisəli Dağlıq Qarabağ regionunda etnik ermənilər çoxluq təşkil edir və de-yure Azərbaycanın bir hissəsidir, lakin Ermənistan tərəfindən dəstəklənən və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ Respublikasının (DQR) faktiki nəzarətində olmuşdur. Etnik zorakılıq 1980-ci illərin sonlarında başlamış və 1991-ci ildə SSRİ-nin dağılması ilə müharibəyə çevrilmişdir.
Nazino faciəsi
Nazino faciəsi (rus. Назинская трагедия, translit. Nazinskaya Tragediya) - 1933-cü ilin may ayında Sovet İttifaqındakı Nazino adasına 6000 nəfərin kütləvi şəkildə deportasiyası idi. Deportasiya olunanlar, əsasən siyasi məhbuslar və kiçik cinayətkarlardan ibarət idi və onlar "xüsusi bir qəsəbə" tikmək üçün məcburi şəkildə kiçik, təcrid olunmuş, Tomskdan 540 kilometr (340 mil) şimal-qərbdə yerləşən, Qərbi Sibirdəki adaya göndərildi. Köçkünlərə yalnız yemək üçün un, az miqdarda alətlər, geyimlər və ya sığınacaq verilmişdi. Adanı tərk etməyə çalışanlar silahlı mühafizəçilər tərəfindən öldürülürdü. Adanın şəraiti geniş yayılan xəstəliklərə, hakimiyyətdən sui-istifadə, zorakılıq və kannibalizmə səbəb oldu. On üç həftə ərzində Nazino adası ilə əlaqəli deportasiyalarda 4000-dən çoxu insan öldü ya da itkin düşdü. Sağ qalanların əksəriyyətinin səhhətində problem yarandı. Nazino işi 1988-ci ilə qədər, Sovet İttifaqında qlasnost islahatları zamanı, Memorial cəmiyyəti tərəfindən araşdırma başlayanadək demək olar ki, bilinməz olaraq qalırdı.
Orli faciəsi
Orli faciəsi — 15 iyul 1983-cü ildə ASALA-nın Parisin Orli beynəlxalq hava limanında həyata keçirdiyi terror aktı. Bu terror aktı nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları vardı. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs etmiş, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilmiş və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürülmüşdür. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirmişdir ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb. Həmçinin Karapetyan öz ifadələrində bildirmişdir ki, bombanın hazırlanmasında Türkiyə vətəndaşı olan erməni Ovanes Semerçi də iştrak edib. Həbs olunmuş ASALA üzvləri ilə yanaşı polis Türkiyə vətəndaşı olan milliyətcə erməni Nair Soneri də həbs etmişdir. Nair Soner elektron cihazlar üzrə mütəxəssis olduğuna görə terrorçular bombanın hazırlanmasında onun da köməyindən yararlanmışlar.
Oser faciəsi
Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi düşmüşdür. 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə qalib gəldiyi oyuna qədər Fransa millisinin ən böyükhesablı qələbəsi olmuşdur. == Oyun öncəsi == Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, Fransa və Azərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953) və İslandiya (2 iyun 1957). Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı. == Oyunun detalları == == Oyundan sonra == Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır.
Port-Səid stadionu faciəsi
Port-Səid stadionu faciəsi - 1 fevral 2012-ci tarixində Misirin Port-Səid şəhərində, Port-Səid stadionunda oynanılan Əl-Əsri - Əl-Masri klubları arasında oynanılan oyundan sonra yaşanmış kütləvi dava və iğtişaşlar. Hadisə Əl-Masri klubunun qalib gəlməsindən sonra baş vermişdir. İlkin məlumatlara əsasən 1.000 nəfər yaralanmış və 74 nəfər həlak olmuşdur.
Qanlı yanvar faciəsi
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qara Yanvar faciəsinin şəhidlərinin siyahısı
Qaraheybət faciəsi
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
Qarakənd faciəsi
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. == Tarix == 1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi.
Qarakənd faciəsində vəfat edənlərin siyahısı
Quqark faciəsi
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. == Zəmin == Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir. Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür.
Struma faciəsi
Struma faciəsi və ya Struma hadisəsi — İkinci dünya müharibəsi zamanı yəhudiləri Fələstinə aparan Struma gəmisinin SSRİ sualtı qayığı tərəfindən batırılması ilə nəticələnən hadisə. == Arxa plan == 1940-cı ildə almanlar Balkan yarımadasına çatmışdılar. Nasistlər yəhudilərə qoyduqları sanksiyaları müttəfiqləri Rumıniyada da tədbiq edirdilər. 1941-ci ildə Rumıniyanın Yaş şəhərində 4000 yəhudinin öldürülməsinin ardından yəhudilərin Fələstinə köçməkdən başqa çarələri qalmamışdı. Türkiyə sularından istifadə edərək Fələstinə qaçmaq qərarına gələn bir çox intellektual və varlı yəhudilər topladıqları pul ilə Struma adlı 1830 model bir motora sahib, 46 metrəlik kömür gəmisi kirayəyə aldılar. Struma bolqar gəmisi idi. == Gəminin İstanbula gəlməsi == 12 dekabr 1941-ci ildə Rumıniyanın Köstence limanından təqribən 790 səyahətçi və 10 dənizçi ilə qalxan Strumanın motoru İstanbula çatmadan açıq dənizdə xarab oldu. Sərnişinlər topladıqları pulla yaxınlıqdan keçdikləri gəmi tərəfindən motoru təmir etdirdilər. Gəmi ikinci bu cür hadisə ilə üzləşincə 15 dekabr 1941-ci ildə İstanbul boğazında, Sarayburnuda dayandı. Almaniyanın İstanbuldaki səfirliyi gəmi sərnişinlərinin yoluxucu xəstəliyə sahib olduqlarını bildirdi və onların sahilə çıxmaması üçün təzyiq göstərdi.
Susuzluq faciəsi
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. == Zəmin == Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi (ing. An Excellent Tragedy of Mulleasses the Turke, and Borgias Governour of Florence), əsasən Türk (ing. The Turk) olaraq tanınır — ingilis dramaturq Con Mason tərəfindən yazılmış, ilk dəfə 1610-cu ildə yayımlanan intiqam mövzulu faciə.
Xocalı faciəsi
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.
Xocalı faciəsi günü
Xocalı soyqırımı günü və ya Xocalı genosidi günü — 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələrinin hər il qeyd olunduğu matəm günü.
Zolingen faciəsi
Zolingen faciəsi və ya Zolingen qətliamı — 29 may 1993-cü ildə Almaniyanın Zolingen şəhərində türk əsilli Gənc (türk. Genç) ailəsinin evinin neonasistlər tərəfindən yandırılması və beş ailə üzvünün ölümü ilə nəticələnən hadisə. 29 may 1993-cü ildə Zolingendə baş verən hadisədə 4 radikal sağçı alman Gənc ailəsinin evini yandırmış, ailənin 5 üzvü hadisədə həyatını itirmişdi. Gənc ailəsindən həyatını itirənlər: Gürsün İncə, Xədicə, Hülya, Saimə Gənc və Gülüstan Öztürk. Hadisənin baş verdiyi ərazi muzeyə çevrilib. Hər il hadisənin baş verdiyi tarixdə türklərin yaşadığı müxtəlif Avropa ölkələrində və Almaniyada anım mərasimləri keçirilir. Türk-Alman Sağlamlıq Vəqfi tərəfindən 2008-ci ildən etibarən "Gənc" mükafatı verilir. == Populyar mədəniyyətə təsiri == Almaniyada yaşayan türklərin qurduğu Cartel musiqi qrupu tərəfindən 1995-ci ildə yayımlanan "Cartel" mahnısının klipində də bu qətliamdan görüntülər və xəbərlər yer alıb.

Значение слова в других словарях