Qara Yanvar faciəsinin şəhidlərinin siyahısı

Bu siyahı Qara Yanvar faciəsinin qurbanlarını ehtiva edir. Siyahıda 155 nəfər yer alır və onlardan 149 nəfərə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

Şəhidlərin siyahısı[redaktə | mənbəni redaktə et]

Sıra Şəhid Doğum tarixi Milliyəti Məşğulliyəti Vəfat səbəbi Vəfat tarixi
1 Abbasov Sabir Rzaqulu oğlu 8 dekabr 1967 Azərbaycanlı Binə Hava Limanında
satıcı işləyirdi.
Mərdəkan yolunda Sovet əsgərləri tərəfindən açılan atəş
nəticəsində qarın nahiyəsindən yaralanmış,
xəstəxanaya aparılarkən yolda vəfat etmişdir.
20 yanvar 1990
2 Abbasov Zöhrab Heydərəli oğlu 26 fevral 1970 Azərbaycanlı Vərəm xəstəliyi
olduğu üçün
heç yerdə işləmirdi.
Sovet əsgərləri tərəfindən dəyənəklə,
tüfəngin qundağı ilə, küt alətlə döyülərək
aldığı ağır bədən xəsarətlərindən neyrocərrahiyyə xəstəxanasında vəfat etmişdir.
20 yanvar 1990
3 Abbasova Fəridə Nəriman qızı 14 fevral 1952 Azərbaycanlı Evdar xanım idi. Evinin həyətində olarkən atılan
güllə ürəyinə dəymiş, həkim
gələnədək aldığı xəsarətdən vəfat etmişdir.
20 yanvar 1990
4 Abdullayev Əyyub Mahmud oğlu 17 iyun 1967 Azərbaycanlı Bakı soyuducular
zavodunda fəhlə
işləyirdi.
"Naxçıvan" mehmanxanasının yaxınlığında həlak
olmuşdur.
20 yanvar 1990
5 Abdullayev Tariyel Hacıbala oğlu 25 fevral 1965 Azərbaycanlı Kalinin adına cihazqayırma zavodunda
fəhlə işləyirdi.
Haftoni meşəliyindən götürüldükdən sonra
Bakıya vertolyotla aparılarkən Sovet əsgərləri tərəfindən
boğazından bağlanan məftilin bərk sıxılması
səbəbindən boğularaq ölmüşdür.
26 yanvar 1990
6 Abdullayev Zahid Abdulla oğlu 5 mart 1959 Azərbaycanlı Bakı Elektrik Maşınqayırma
zavodunda fəhlə
işləyirdi.
Salyan Kazarmasının yanında
başından aldığı güllə
yarasından həlak olmuşdur.
20 yanvar 1990
7 Adilov Musa Ramazan oğlu 5 sentyabr 1959 Azərbaycanlı Təmir-tikinti idarəsində işləmişdir. Gecə saat 01:00 radələrində dostlarını aeroporta apararkən
Komsomol və Suraxanı dairələri arasındakı yolda əsgərləri görmüş,
maşını geri döndərməyə çalışarkən kürəyindən yaralanmışdır.
Aldığı xəsarətdən 2004-cü il 19 mart tarixində vəfat etmişdir.
19 mart 2004
8 Abdullayev Tariyel Oruc oğlu 1949 Azərbaycanlı 4 nömrəli tikinti idarəsində
rəngsaz işləyirdi.
XI Qızıl Ordu meydanında
aldığı yaradan həlak olmuşdur. Xəstəxanaya aparılarkən maşın atəşə
tutulmuş və aşmışdır.
20 yanvar 1990
9 Ağahüseynov Ağahəsən Yarı oğlu 19 aprel 1957 Azərbaycanlı Xətai rayonunda 8 nömrəli
elektrik şəbəkəsində
elektrik montyoru işləyirdi.
Salyan Kazarmasının yanında yaralıları maşına daşıyarkən yaralanmış,
Topçubaşov adına Eksperimental mikrocərrahiyyə xəstəxanasına aparılmışdır.
4 güllə yarası almış, gövdə nahiyəsinin sağ və sol tərəfləri
dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdır.
Cərrahiyyə əməliyyatının köməyi olmamış, səhər saat 7-də xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
10 Ağahüseynov Nurəddin Aslan oğlu 15 dekabr 1951 Azərbaycanlı Neftçala rayonunun 26-lar qəsəbə yeməkxanasında
aşpaz işləmişdir.
Yanvarın 25-də axşam təxminən saat 19-da yoldaşı ilə sükanında oturduğu "Zaporojets"də işdən evə gələrkən
Neftçala mərkəzi univermağının qarşısında tankları görmüş,
geri dönməyə çalışarkən ona güllə dəymişdir. Güllə boynundan dəyib alnından çıxmış, aldığı xəsarətdən həmin gün xəstəxanada vəfat etmişdir.
25 yanvar 1990
11 Ağaverdiyev Aslan Əlikram oğlu 24 avqust 1952 Azərbaycanlı Zevin küçəsində çay evində
satıcı işləyirdi.
"Naxçıvan" mehmanxanasının yaxınlığında güllə yarası almış, nazik
və yoğun bağırsaqları, mədəsi və böyrəyi zədələnmişdir.
Xəstəxanaya gətirilənə qədər 3 litr qan itirmişdir.
İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında, qəzet alovunun işığında əməliyyat olunsa da,
ona vurulan çoxlu qanların bədənində dövran etmədiyinə görə yanvarın 21-də vəfat etmişdir.
21 yanvar 1990
12 Alimov Ramis Xaris oğlu 21 iyul 1958 Tatar Bakı Boru Kəməri
İdarəsində maşın
təmiri çilingəri işləyib.
Güllə səslərinə yuxudan oyanıb, yaralılara kömək
etmək üçün evdən çıxmışdır.
Yanvarın 20-si meyidi Semaşko Xəstəxanasından tapılmışdır.
Döş qəfəsinin sol tərəfinə dəymiş güllə yarasından həlak olmuşdur.
20 yanvar 1990
13 Ağakişiyev Şakir Xandadaş oğlu 31 yanvar 1961 Azərbaycanlı Sumqayıtda qaz idarəsində
çilingər işləyirdi.
Xırdalan Pivə zavodunun yanında dostu ilə birgə
"Jiquli" avtomobilində olarkən
aldığı 5 güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
14 Ağayev Şövkət Həsənoviç 14 dekabr 1936 Azərbaycanlı Poladtökmə zavodunda vəkil. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə
19 yanvar 1990 tarixindən itkin elan edilmişdir.
19 yanvar 1990
15 Allahverdiyev İlham Əjdər oğlu 12 iyun 1962 Azərbaycanlı Dadaş Bünyadzadə
adına gəmi təmiri
zavodunda tornaçı işləyirdi.
XI Qızıl Ordu meydanında Sovet əsgərləri tərəfindən
güllələnmiş, Respublika Klinik Xəstəxanasında
cərrahiyyə əməliyyatı keçirilməsinə baxmayaraq,
yaralandıqdan 5–6 saat sonra vəfat etmişdir.
20 yanvar 1990
16 Allahverdiyev Nəriman Əmir oğlu 11 oktyabr 1939 Azərbaycanlı Bənna. 20 yanvar 1990
17 Allahverdiyeva Fərizə Çoban qızı 11 avqust 1970 Azərbaycanlı 1 nömrəli Tibb məktəbinin
sonuncu kurs tələbəsi idi.
Həyat yoldaşı İlham Allahverdiyevin ölümünə dözə
bilmədiyi üçün sirkə ilə özünə sui-qəsd etmişdir.
21 yanvar 1990
18 Allahverdiyev Ruslan Kamal oğlu 10 aprel 1967 Azərbaycanlı Bakı şampan zavodunda
fəhlə işləyirdi.
Salyan Kazarmasının yanında olmuşdur.
Sovet əsgərləri tərəfindən iki güllə yarası almış, daha
sonra isə üzərindən tank keçmişdie.
20 yanvar 1990
19 Aliməmmədov Teymur Yəhya oğlu 20 oktyabr 1972 Azərbaycanlı N. Nərimanov adına Tibb
Universitetinin əczaçılıq
fakültəsinin 1-ci kurs tələbəsi.
Yanvarın 23-ü Aerokassadan Naxçıvana bilet alarkən Sovet
ordusunun əsgərləri tərəfindən başından güllə yarası almış, güllə əmgəyindən dəymiş, üst çənəsində ilişib qalıbmış.
7 gün sonra özünə gəlmədən 4 nömrəli Klinik Xəstəxanasınanda vəfat etmişdir.
31 yanvar 1990
20 Atakişiyev Bəhruz Tofiq oğlu 23 noyabr 1961 Azərbaycanlı Avtomobil sürücüsü. "Gənclik" metrostansiyasının yanında Sovet ordusunun
əsgərləri tərəfindən açılan atəş nəticəsində yaralanmış və
5 nömrəli xəstəxanaya aparılmışdır. 4 saat yarım cərahiyyə əməliyyatı aparılsa da, yanvarın 21-də səhər saat 6-da vəfat etmişdir.
21 yanvar 1990
21 Babayev Əlövsat Hidayət oğlu 1948 Azərbaycanlı Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə
19 yanvar 1990 tarixindən itkin hesab olunur.
19 yanvar 1990
22 Babayev Fuad Yavər oğlu 14 avqust 1967 Azərbaycanlı Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun inşaat fakültəsinin
III kurs tələbəsi idi.
XI Qızıl Ordu meydanında
Respublika Xəstəxanasına tərəf qalxarkən
üzərinə tank gəlmiş,
ondan dəmir köşkün arxasında qorunmağa çalışsa da,
atılan güllələr ona orada dəymişdir.
Güllələrdən biri dizindən dəyib dabanından çıxmış,
digəri isə boğazından dəyərək onurğa sümüyünü çilik-çilik etmişdir.
20 yanvar 1990
23 Babayev Rahim Vaqif oğlu 5 dekabr 1970 Azərbaycanlı Azərbaycan Sənaye
Universitetinin III kurs
tələbəsi idi.
Səlyan kazarması yaxınlığında dostu Bahəddini hasardan keçirməyə müvəffəq olsa da, özü alnından aldığı güllə yarasından həlak olmuşdur. 20 yanvar 1990
24 Babayeva Sürəyyə Lətif qızı 1913 Azərbaycanlı Mətbəxdə xörək hazırlayarkən 17.25 radələrində Biləcəri şosesində
hərəkət edən hərbi zirehli maşınlardan
və tanklardan ətraf binaların atəşə tutulması
zamanı gicgah nahiyəsindən aldığı yaradan yerindəcə həlak olmuşdur.
22 yanvar 1990
25 Bağırov Baloğlan Həbib oğlu 29 yanvar 1966 Azərbaycanlı Azərquş sənaye birliyinin
baytarlıq laboratoriyasında işçi.
Yanvarın 23-də Tbilisi prospektindəki
benzindoldurma məntəqəsinin yaxınlığında
maşında olarkən hərbçilər tərəfindən atəşə tutulmuş,
döş qəfəsindən və qarın boşluğundan yaralanmışdır.
Yanvarın 29-da, ad günündə xəstəxanada vəfat etmişdir.
29 yanvar 1990
26 Bağırov Telman Malik oğlu 9 sentyabr 1960 Azərbaycanlı 26 Bakı komissarı rayon milis şöbəsində kiçik serjant. "Dostluq" kinoteatrının yanındakı danışıq məntəqəsinin
qarşısında əsgərlər tərəfindən vurulan güllə
çiyin nahiyəsindən daxil olaraq ürək nahiyəsindən
çıxmışdır. Semaşko adına xəstəxanada
çatdırılana və orada tibbi yardım göstərilənə qədər
"Dostluq" kinoteatrının yaxınlığında vəfat etmişdir.
20 yanvar 1990
27 Baxşəliyev Elçin Mirzə oğlu 12 fevral 1965 Azərbaycanlı 2 nömrəli avtobus parkında sürücü. Qarın nahiyəsindən güllə yarası almış,
Semaşko adına xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
28 Baxşıyev Salman Babaxan oğlu 1 mart 1949 Azərbaycanlı Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işçi. Haftoni meşəliyində gizlənərkən
vertolyotlardan atılan güllə
boğazına dəymiş,
aldığı xəsarətdən yerindəcə həlak olmuşdur.
26 yanvar 1990
29 Bayramov İsabala Əli oğlu 1 sentyabr 1967 Azərbaycanlı Günəmuzd işçi. 00.30 radələrində baş nahiyəsindən yaralanmış,
güllə kəllə sümüyünü zədələmişdir.
Semaşko xəstəxanasına aparılarkən yolda vəfat etmişdir.
20 yanvar 1990
30 Bessantina Vera Lvovna 2 mart 1973 Yəhudi 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi. Üzbəüz yaşadığı binaya Salyan kazarması
tərəfdən atılan güllə qarın nahiyəsini yaralamış,
xəstəxanaya aparılarkən yolda həlak olmuşdur.
20 yanvar 1990
31 Bədəlov Rövşən Seyfulla oğlu 25 sentyabr 1965 Azərbaycanlı Yanvarın 26-sı motosikllə gedərkən Haftoni kəndindən
Kirov kəndinə gedən yolda hərbçilər
tərəfindən xəbərdarlıqsız atəşə tutulmuşdur.
Öldürüldükdən sonra meyidi yandırılmışdır.
26 yanvar 1990
32 Boqdanov Valeri Zakiroviç 24 mart 1958 Azərbaycanlı Milis leytenantı. Səhər saat 7.15 dəqiqədə olduğu xidməti maşın
Tbilisi prospektindəki kimya şəhərciyinə
dönərkən maşının arxasından açılan
atəşlə yaralanmış, 4 saatdan sonra isə vəfat etmişdir.
20 yanvar 1990
33 Bünyadzadə Ülvi Yusif oğlu 23 sentyabr 1969 Azərbaycanlı Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin II kurs tələbəsi. XI Qızıl Ordu meydanında
00.20 radələrində
aldığı güllə yarasından həlak olmuşdur. Güllə üzündən dəymiş, kürəyindən çıxmışdır.
20 yanvar 1990
34 Cabbarov Firuz Vəli oğlu Azərbaycanlı
35 Cavanşirov İlkin Zülqədər oğlu 28 sentyabr 1933 Azərbaycanlı 2 nömrəli taksimotor parkında sürücü. Maşınla yaralılara kömək edərkən
Avtovağzal istiqamətində taksi maşınına
18 güllə dəymiş, qolundan və başından yaralanmışdır.
Yanvarın 23-ü Semaşko adına xəstəxanada vəfat etmişdir.
23 yanvar 1990
36 Cəfərov Əbülfəz Böyükağa oğlu 1966 Azərbaycanlı Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işçi. Neftçaladan Bakıya gələrkən
AXC-nin Neftçala şöbəsinin önündə tutulmuş
şəxslərə kömək üçün əsgərlərin üzərinə gedərkən
ayağından və döşündən güllə ilə yaralanmış,
tutulduqdan sonra işgəncələrə məruz qalmış,
aldığı xəsarətlərdən həlak olmuşdur.
25 yanvar 1990
37 Durdıyev Anagəldi 5 iyul 1954 Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə
20 yanvar 1990 tarixindən itkin hesab olunur.
20 yanvar 1990
38 Eminov Vəfadar Osman oğlu 1 may 1966 Azərbaycanlı 1 nömrəli tikiş fabrikinin fəhlə işçisi,
Bakı Dövlət Universitetinin
hüquq fakültəsinin axşam şöbəsində tələbə.
Vodnikov adına Xəstəxanadan çıxıb "Olimp"
mağazasına tərəf piyada düşərkən qarnından güllə yarası almış,
xəstəxanada qanitirmədən vəfat etmişdir.
21 yanvar 1990
39 Əbilhəsənov İlqar Yusif oğlu 19 avqust 1967 Azərbaycanlı Bakının Oktyabr Rayon Daxili İşlər şöbəsində kiçik serjant. Gecə 24:00 radələrində "Naxçıvan"
mehmanxanasının yanında özünə məxsus
olan YU 24–20 nömrəli QAZ-24
maşınından düşərkən avtomatdan atəşə tutulmuşdur.
Yanvarın 22-də səhər saat 11-də xəstəxanada vəfat etmişdir.
22 yanvar 1990
40 Əbülfətov Mircamal Mirsaleh oğlu 17 dekabr 1958 Azərbaycanlı Lənkəran şəhərlərarası yükdaşıma idarəsində fəhlə. XI Qızıl Ordu meydanı tərəfdə
yaralılara kömək edərkən qarın və sinə
nahiyəsindən güllə yarası alıb.
Xəstəxanaya aparılarkən saat 03:30 dəqiqədə yolda olarkən vəfat etmişdir.
20 yanvar 1990
41 Əhmədov İlqar Hümbət oğlu 25 may 1965 Azərbaycanlı Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun
"Avtomobil nəqliyyatı" fakültəsinin 4-cü kurs tələbəsi.
Gecə saat 02.30 dəqiqədə sol gözündən
dəymiş güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
42 Ələkbərov Azər Nəsib oğlu 9 avqust 1967 Azərbaycanlı Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinin 3-cü kurs tələbəsi. Boynundan aldığı küt güllə yarasından həlak olmuşdur. 20 yanvar 1990
43 Əsgərov Novruz Faiq oğlu 29 mart 1968 Azərbaycanlı Tikinti kooperativində işçi. Baş nahiyəsindən aldığı bir neçə güllə yarasından həlak olmuşdur. 20 yanvar 1990
44 Ələsgərov Zaur Rasim oğlu 19 iyun 1969 Azərbaycanlı Başından, ürək nahiyəsindən və ayağından
aldığı güllə yarasından həlak olmuşdur.
20 yanvar 1990
45 Əliyev Əruz Əhmədəli oğlu Azərbaycanlı
46 Əliyev Bayram Mədət oğlu 7 iyul 1950 Azərbaycanlı 2 nömrəli evtikmə kombinatında icraçı. Döş qəfəsinin küt alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara. 19 yanvar 1990
47 Əliyev Çingiz Mirzəhüseyn oğlu 5 may 1963 Azərbaycanlı Aldığı ağır yaralardan 1994-cü ildə vəfat etmişdir. 1994
48 Əliyev Xəlqan Yusif oğlu 31 avqust 1969 Azərbaycanlı "İskra" zavodunda dülgər. "İskra" zavodunun qarşısında
qarın nahiyəsindən aldığı
güllə yarası nəticəsində
yanvarın 20-də vəfat etmişdir.
20 yanvar 1990
49 Əliyev Namiq Kamil oğlu 19 iyul 1965 Azərbaycanlı "Zümrüd" restoranında aşpaz. "Olimp" mağazasının yanından yuxarı çıxmağa çalışarkən atəşə məruz qalmış,
ürəyinə və gicgahına dəyən 2 güllədən hadisə yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
50 Əliyev Rüstəm Şahvələd oğlu 11 iyun 1965 Azərbaycanlı 2 nömrəli avtobus parkında sürücü. Atışma zamanı yaralıları və ölüləri avtobusla
xəstəxanaya daşıyarkən avtobusu atəşə tutulmuş,
döş qəfəsindən və qarın boşluğundan bir neçə
odlu güllə yarası almışdır.
Gecə saat 03:30 dəqiqədə xəstəxanaya gətirilmişdir.
Yanvarın 25-də, saat 13:00-da vəfat etmişdir.
25 yanvar 1990
51 Əliyev Zahid Bayram oğlu 23 mart 1963 Azərbaycanlı Orconikidze rayonundakı 1 nömrəli mağazada satıcı. Suraxanı döngəsində 3 güllə yarası almış, aldığı yaralardan həlak olmuşdur. 19 yanvar 1990
52 Əliyev Zəbbulla Xeyrulla oğlu 6 mart 1946 Azərbaycanlı 1 nömrəli tikiş fabrikində sürücü. XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də vəfat etmişdir. 20 yanvar 1990
53 Əlizadə Faiq Əbdülhüseyn oğlu 10 yanvar 1953 Azərbaycanlı Binəqədi rayon təmir-tikinti idarəsində fəhlə işləyib. "Gənclik" metrostansiyası yaxınlığında güllə
yarası almış, 5 nömrəli xəstəxanada
yanvarın 20-də səhər saatlarında vəfat etmişdir.
20 yanvar 1990
54 Əsədullayev Asif Kamil oğlu 2 yanvar 1954 Azərbaycanlı "Bakı fəhləsi" adına maşınqayırma zavodunda tornaçı. Olduğu "Jiquli" markalı maşın
Ramana kəndi yaxınlığında əsgərlərin
atəşinə məruz qalmış,
boyun, döş, qarın boşluğunu keçib daxili üzvləri
yaralayan güllə yarasından
baş verən kəskin qanitirmə nəticəsində
hadisə yerində həlak olmuşdur.
20 yanvar 1990
55 Əşrəfov Rəhman İsmixan oğlu 22 may 1955 Azərbaycanlı Binədəki 29 nömrəli xəstəxanada sürücü. Moskviç maşınında təxminən saat 23.00 radələrində
yaralı apararkən özü də yaralanmış,
xəstəxanaya aparılarkən yolda maşın yenidən atəşə tutulmuş,
maşın sıradan çıxdığından yaralılar yerdə xeyli qalmalı olmuşdur.
Əvvəlcə Mərdəkan xəstəxanasına,
yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına gətirilmişdir.
Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir.
24 yanvar 1990
56 Əzizov Habil Komunar oğlu 19 yanvar 1968 Azərbaycanlı Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun 3-cü kurs tələbəsi. Tankın altında qalaraq baş və doş qəfəsindəki çoxsaylı sınıqlardan həlak olmuşdur. 19 yanvar 1990
57 Hacıyev Mübariz Məhəmməd oğlu 11 mart 1952 Azərbaycanlı 5 nömrəli taksimotor parkında sürücü. Sol ayağından, sol çiynindən və ağ ciyər nahiyəsindən yaralanmış, sürünərək
Respublika Klinik Xəstəxanasına özünü çatdırmış,
xeyli qan itirdiyindən orada ona qan vurulmasına
baxmayaraq həmin gecə xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
58 Həmidov İzzət Atakişi oğlu 5 dekabr 1930 Azərbaycanlı Yer Quruluşu Layihə İnstitutunda işçi. Salyan kazarmasının yanında atəş açılmış, vintşəkilli güllə onun budundan dəyib, qarın nahiyəsini dağıtmışdır. Yanvarın 22-si saat 12.00-da dünyasını dəyişmişdir. 22 yanvar 1990
59 Həmzəyev Balahüseyn Mirqəzəb oğlu 11 avqust 1929 Azərbaycanlı 2704 nömrəli avtobazanın sürücüsü. Yeni Suraxanı dairəvi yolunda istiqamətində 3 güllə yarası almışdır.
24 mart 1990 tarixində Caparidze adına xəstəxanada vəfat etmişdir.
24 mart 1990
60 Həsənov Əli Xudaverdi oğlu 7 sentyabr 1957 Azərbaycanlı Meliorasiya Su Tikinti İdarəsində sürücü. Baş nahiyəsinin aldığı dəlici güllə yarası. 20 yanvar 1990
61 Həsənov Fuad Əvəz oğlu 11 iyul 1971 Azərbaycanlı
62 Həsənov Mehman İbrahim oğlu 31 dekabr 1964 Azərbaycanlı Tikinti Materialları Sənayesi Nazirliyinin məlumat-hesablama mərkəzində işçi. XI Qızıl Ordu meydanında həlak olub. 20 yanvar 1990
63 Həsənov Müzəffər Qəzənfər oğlu 5 fevral 1939 Azərbaycanlı Tikinti-quraşdırma trestinin avtobazasında sürücü. Rezin dəyənəklə döyülmüş, başına dəymiş zərbədən beyninə qan sızmışdır. Yanvarın 29-u gecə saat 2-də vəfat etmişdir. 29 yanvar 1990
64 Həsənov Sahib Nəsib oğlu 1 iyul 1949 Azərbaycanlı Məşədi Əzizbəyov heykəlinin yanındakı qəzet köşkünün satıcısı. Yanvar ayının 20-də səhər tezdən öz maşınında işə getdiyi vaxt
İnşaatçılar prospektindəki yanğınsöndürmə məntəqəsinin qarşısında
əsgərlər maşını atəşə tutmuş,
güllələrdən biri onun alnına dəymiş,
maşını idarə etmək qabiliyyətini itirmişdir.
Bundan sonra maşın yenidən atəşə tutulmuş,
sonra tankla maşının arda hissəsi əzilmiş
və yolun kənarına atılmışdır.
Bədənində səkkiz güllə yarası olmuşdur.
Semaşko adına xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
65 Həşimov İsrafil Ağababa oğlu 3 aprel 1964 Azərbaycanlı Azərittifaq sistemində satıcı Döş qəfəsindən güllə yarasından həlak olmuşdur.
Ehtimala görə, hadisə XI Qızıl Ordu meydanında olmuşdur.
20 yanvar 1990
66 Hüseynov Bəxtiyar Məmməd oğlu 24 aprel 1969 Azərbaycanlı 20 yanvar 1990
67 Hüseynov Əlimərdan Əbil oğlu 14 dekabr 1962 Azərbaycanlı Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru. İşdən qayıdarkən əvvəlcə qolundan,
sonra isə döş qəfəsinən yaralanmış,
daha sonra isə rezin dəyənəklə
çoxlu zərbələrə məruz qalmışdır.
20 yanvar 1990
68 Hüseynov Nəriman Vəli oğlu 12 yanvar 1976 Azərbaycanlı 42 nömrəli məktəbin 8-ci sinif şagirdi. Atışma səsinə küçəyə çıxmış,
Salyan qazarmasının yanında
avtomat güllələri ilə döş qəfəsindən yaralanmışdır.
Semaşko adına xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
69 Hüseynov Nizami Polad oğlu 1 aprel 1957 Azərbaycanlı Maşınla işdən evə qayıdarkən tankla qarşısı kəsilmiş və vəhşicəsinə qətlə yetirilmişdir. 20 yanvar 1990
70 Hüseynov Rahib Məmməd oğlu 29 noyabr 1939 Azərbaycanlı Ticarət işçisi. Fevralın 12-si 16.30 radələrində
"Xəzər" kinoteatrının yaxınlığında, Salyan kazarması istiqamətində mindiyi
taksi atəşə düşərkən ağır yaralanmış,
xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmamışdır.
12 fevral 1990
71 Xammədov Baba Məmməd oğlu 1 iyul 1939 Azərbaycanlı 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi. Gecə 02.10 radələrində boğazının sağ tərəfindən güllə yarası almış,
cərrahiyyə əməliyyatı aparılsada, yanvarın 21-də vəfat etmişdir.
21 yanvar 1990
72 Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu 23 dekabr 1939 Azərbaycanlı Bakı kanalizasiya idarəsində fəhlə. Aldığı güllə yaralarından
saat 4 radələrində
Caparidze adına Xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
73 Xaritonov Vladimir Aleksandroviç 1949 Rus Hərbi qulluqçu, mayor zabiti. Fevralın 8-də gecə saat 12.00-da "Moskviç" markalı maşınla işdən evinə gedərkən
Dərnəgül körpüsünün ayağında hərbçilərin dəfələrlə
xəbərdarlığına maşını saxlamamış,
başından aldığı güllə nəticəsində yerindəcə həlak olmuşdur.
8 fevral 1990
74 İbadzadə Ağamehdi Seyfulla oğlu Azərbaycanlı
75 İbrahimov İbrahim İsmayıl oğlu 10 oktyabr 1928 Azərbaycanlı Kimya elmləri doktoru, professor. Yanvarın 24-də iclasa getdiyi zaman
Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində
hərbi zirehli maşın yolun
kənarında dayanan 05–10 AQU nömrəli "Jiquli"
markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur.
24 yanvar 1990
76 İbrahimov İlqar Rəşid oğlu 13 oktyabr 1976 Azərbaycanlı 167 nömrəli məktəbin 7-ci sinif şagirdi. "Zaporojets" maşınında XI Qızıl Ordu meydanına
gedərkən mebel fabriki tərəfdən geri dönən
tank maşının üstündən keçmiş,
maşından çıxmağa müvəffəq olsa da, atəşlərdən qaçarkən
tankdan atılan pulemyot gülləsi qarın nahiyəsinə dəymiş,
Semaşko adına xəstəxanada həmin gecə vəfat etmişdir.
20 yanvar 1990
77 İmanov Elçin Beydulla oğlu 12 avqust 1967 Azərbaycanlı N. Nərimanov adına Tibb
Universitetinin 4-cü kurs
tələbəsi.
L. Şmidt adına zavodun Mədəniyyət Evinin
önündə ölümcül yaralanmış, 4 nömrəli xəstəxanaya aparılsa da,
cərrahiyyə stoluna çatmamış vəfat etmişdir.
20 yanvar 1990
78 İsayev Fəxrəddin Xudu oğlu 21 mart 1963 Azərbaycanlı Cənubi geologiya idarəsində sürücü. XI Qızıl Ordu meydanında
yaralılara kömək etdiyi yerdə vurulmuş,
baş, sinə və qarın nahiyəsindən güllə yarası almışdır.
20 yanvar 1990
79 İsayev Müşviq Ağaəli oğlu 28 yanvar 1966 Azərbaycanlı "Sağlamlıq" kooperativində işçi. "Gənclik" metrostansiyası yaxınlığında yaralanmış, güllə ürəyinin üstündən dəyib, sağ çiynindən çıxmışdır. 20 yanvar 1990
80 İsayev Rauf Sultanməcid oğlu 25 sentyabr 1962 Azərbaycanlı Məişət kondisioneri zavodunda çilingər. Salyan qazarmasının qabağında açılan
atəşdən alnından yaralanmmış, baş-beyin nahiyəsi tamamilə dağılmışdır.
20 yanvar 1990
81 İsmayılov Cavad Yunus oğlu 9 may 1962 Azərbaycanlı Bakı şüşə zavodunda fəhlə. XI Qızıl Ordu meydanı istiqamətində atəşə düşmüş,
sinəsinin sağ və kürəyinin sol tərəfindən yaralanmışdır.
Xəstəxanaya aparan maşın avtovağzalın yanında
atəşə düşmüş, maşın aşarkən əzilmişdir.
Yanvarın 22-si Semaşko adına xəstəxanada vəfat etmişdir.
22 yanvar 1990
82 İsmayılov Məmmədəli Novruz oğlu 1946 Azərbaycanlı Taksimotor parkında sürücü. Fevralın 8-dən 9-na keçən gecə yoxa çıxmışdır.
Sürdüyü AQB 34–03 nömrəli nömrəli maşın bir gün sonra Qaladakı 28001 nömrəli hərbi hissənin həyətindən,
meyidi isə martın 16-sı Mərdəkan çöllüyündə tapılmışdır.
Meyidin üzərində süngü zərbələri və 3 güllə yarası olmuşdur.
9 fevral 1990
83 İsmayılov Rəşid İslam oğlu 27 avqust 1949 Azərbaycanlı Azərbaycan dəmiryol idarəsində dispetçer. Gecə işdən evə qayıdarkən Biləcəri
qəsəbəsində qarın nahiyəsindən yaralanmış,
Biləcəridəki 2 nömrəli dəmiryol xəstəxanasına aparılmışdır.
Cərrahiyyə əməliyyatından sonra 3 gün yaşamış və
yanvarın 23-də səhər saat 5-də vəfat etmişdir.
23 yanvar 1990
84 İsmayılov Tofiq Babaxan oğlu 5 yanvar 1956 Azərbaycanlı Nəsimi rayon Kommunal təsərrüfat idarəsinin istilik şəbəkəsində ocaqçı Təcili tibbi yardım maşınına yaralı qoyanda arxadan güllələnmişdir. 20 yanvar 1990
85 İsmayılov Yusif Tələt oğlu 1 may 1958 Azərbaycanlı Maqnitofon kassetləri zavodunda işçi Qoşunun qarşının almaq üçün həbsxanadan qaçarkən arxadan vurulmuşdur. 20 yanvar 1990
86 İsrayılov Ağanəzər Araz oğlu 1 iyul 1960 Azərbaycanlı Milis leytenantı. Səhər saat 7.15 dəqiqədə olduğu xidməti maşın
Tbilisi prospektindəki kimya şəhərciyinə
dönərkən maşının arxasından açılan
atəşlə arxadan və boyun nahiyəsindən
aldığı güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
87 Kazımov Əflatun Həşim oğlu 21 fevral 1958 Azərbaycanlı 28 nömrəli tikinti idarəsində fəhlə. 20 yanvar gecəsi təxminən saat 04:00 radələrində
Moskva prospektindəki körpünün yanında hərbçilər qarşısına çıxmış, xəbərdarlıq etmədən atəş açmışlar.
Hadisə yerindəcə həlak olmuş, bədənində 14 güllə yarası tapılmışdır.
20 yanvar 1990
88 Kərimov Aleksandr Ramazan oğlu 27 mart 1970 Azərbaycanlı Səhər saat 6 radələrində "KAMAZ" markalı maşında
yaralıları daşıyarkən Papanin küçəsindəki körpünün
yanında hərbçilərin açdığı atəş nəticəsində
qarın nahiyəsindən və sol buddan yaralanmış,
aldığı xəsarətlərdən fevralın 5-də saat 23 dəqiqədə vəfat etmişdir.
5 fevral 1990
89 Kərimov İlqar İsa oğlu 22 avqust 1962 Azərbaycanlı Pirküşkül qəsəbəsinin Broyler fabrikində işçi. İşdən evə qayıdarkan Biləcəridəki dəmiryolu xəstəxanasının yanında
güllələnmiş, Semaşko adına xəstəxanada həmin gecə vəfat etmişdir.
19 yanvar 1990
90 Kərimov Oqtay Ayvaz oğlu 21 mart 1964 Azərbaycanlı 28 nömrəli təmir-tikinti idarəsində fəhlə. "Gənclik" metrosunun yanındakı stadionun şimal
qapısının yanında yaralılara kömək edərkən güllələnmişdir.
19 yanvar 1990
91 Qayıbov Ələsgər Yusif oğlu 15 mart 1966 Azərbaycanlı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun 2-ci kurs tələbəsi idi. Yaralılara kömək edərkən özü də yaralanmışdır.
Güllə sol qolunu qıraraq qarnını yaralamışdır.
Üzərində 3 mürəkkəb əməliyyat aparılsa da,
yanvarın 21-i səhər 7-də vəfat etmişdir.
21 yanvar 1990
92 Qarayev İlqar Əli oğlu 10 sentyabr 1959 Azərbaycanlı Bakı metropoliten idarəsində mexanik işləmişdir. Alnından aldığı güllə yarasından həlak olmuşdur. 20 yanvar 1990
93 Qasımov Abbas Şəmməd oğlu 10 iyun 1966 Azərbaycanlı Günəmuzd fəhləlik edirdi. XI Qızıl Ordu meydanında yaralanmış, təxminən
saat 3-də Respublika xəstəxanasına gətirilmiş, 4 saatdan sonra vəfat etmişdir.
20 yanvar 1990
94 Qasımov Yusif İbrahim oğlu 1948 Azərbaycanlı "Şərur" kafesində fəhlə işləyib. "Xəzər" kinoteatrının yanında olduğu maşın
atəşə tutulmuş, Yusif sağ qulaq nahiyəsindən aldığı yaradan həlak olmuşdur.
20 yanvar 1990
95 Qeybullayev Elçin Suyəddin oğlu 4 dekabr 1968 Azərbaycanlı Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə. Küçədə güllələnmişdir. 20 yanvar 1990
96 Qəniyev Mirzə Rzabala oğlu 13 sentyabr 1958 Azərbaycanlı Bakı su kəmərləri idarəsində çilingər. Salyan kazarmasının yanında olduğu maşın atəşə düşmüş,
kürəyindən və ayağından yaralanmışdır.
Daha sonra isə, maşından düşürülərək əsgərlər tərəfindən təpiklə döyülmüşdür.
Aldığı xəsarətlərdən 19 fevral tarixində Semaşko adına xəstəxanada vəfat etmişdir.
19 fevral 1990
97 Qocamanov Əliyusif Bilal oğlu 1 iyun 1933 Azərbaycanlı "Naxçıvan" mehmanxanasındakı qəzet köşkündə satıcı, "Kaspar"da matros. Güllə səslərinə küçəyə çıxmış,
"Xəzər" kinoteatrının yanında güllələnmiş,
güllə ürəyinə dəymişdir.
20 yanvar 1990
98 Quliyev Səxavət Balay oğlu 13 aprel 1940 Azərbaycanlı Nəsimi Rayon İstehlak Cəmiyyətində mağaza müdiri. Güllə səslərinə küçəyə çıxmış,
kürəyindən aldığı güllə yarasından həlak olmuşdur.
20 yanvar 1990
99 Marxevka Alekandr Vitalyeviç 11 yanvar 1958 Yəhudi Buzovna təcili yardım məntəqəsində həkim işləyirdi. Təcili tibbi yardım maşınında çağırışa gedərkən
açılan atəşlər nəticəsində
döş qəfəsindən yaralanmış, təcili yardım məntəqəsinə
çatdırılana qədər vəfat etmişdir.
20 yanvar 1990
100 Meyeroviç Yan Maksoviç 2 yanvar 1955 Yəhudi Moskvadakı "Molodyojnıy" kooperativinin Bakı filialının direktoru idi. Aeroporta gedərkən Bakı-Binə yolunda
əsgərlər tərəfindən sürdüyü
maşın avtomat atəşinə tutulmuş,
aldığı 15 güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
101 Məmmədov Eldar Zeynal oğlu 13 may 1966 Azərbaycanlı 5 nömrəli çörək zavodunda fəhlə. "Olimp" mağazasının yanında tankla üz-üzə gəlmiş,
tankın üzərinə qaçmış və tank tərəfindən atəşə tutulmuş,
güllə boğazından dəymiş və bel hissəsindən çıxmışdır.
Yaxındakı evlərin birinə aparılsa da,
həkim gələnə kimi aldığı yaralardan vəfat etmişdir.
20 yanvar 1990
102 Məmmədov İbiş Behbud oğlu 13 iyun 1961 Azərbaycanlı Fəhlə işləmişdir. Salyan kazarmasının yanında öldürülmüşdür. 20 yanvar 1990
103 Məmmədov İlham İslam oğlu 30 dekabr 1951 Azərbaycanlı Əsgərlər tərəfindən döyülmüş, Semaşko xəstəxanasında səhər
radələrində aldığı xəsarətlərdən vəfat etmişdir.
20 yanvar 1990
104 Məmmədov Kamal Seyidqurban oğlu 13 dekabr 1955 Azərbaycanlı Sabunçu mətbəx fabrikində anbardar işləyirdi. Sabunçudan Suraxanı benzindoldurma məntəqəsinə gedərkən
Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuş,
bədənində çoxsaylı güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir.
20 yanvar 1990
105 Məmmədov Mehman Sahibəli oğlu 26 yanvar 1971 Azərbaycanlı
106 Məmmədov Anar Vilen oğlu 17 may 1972 Azərbaycanlı Zığ şosesinin yaxınlığındakı Radiozavodun yanında
avtomat qundağı ilə döyülmüş, daxili orqanları tamamilə zədələnmişdir.
20 yanvar 1990
107 Məmmədov Məmməd Yarməmməd oğlu 2 fevral 1959 Azərbaycanlı 2 nömrəli avtobus parkında sürücü. L. Şmidt adına zavodun yanında yerləşdiyi
"İkarus" avtobusunda olarkən
maşın güllə atəşlərinə tutulmuş,
35 güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
108 Məmmədov Rahim Vəliağa oğlu 16 aprel 1969 Azərbaycanlı "Arzu" kooperativində fəhlə işləyirdi. Yanvarın 26-sı Haftoni meşəsindəki əməliyyat zamanı öldürülmüşdür.
Güllə başından dəymiş, şok vəziyyətindən yerindəcə həlak olmuşdur.
26 yanvar 1990
109 Məmmədov Səxavət Heydər Əli oğlu 21 aprel 1958 Azərbaycanlı Bakıdakı 4 nömrəli avtonəqliyyat dəstəsində sürücü. Olduğu 40–79 AQS markalı "ZİL" maşınında
Vodnikov adına Xəstəxananın yaxınlığında,
"Xəzər" kinoteatrından "Olimp" mağazasına enən yolda hərəkət edərkən güllələnmişdir.
Güllələrdən biri böyründən keçərək qarnını parçalamış,
digəri isə arxaya baxmağa çalışarkən ağzından dəymiş və dişlərini parçalamışdır.
20 yanvar 1990
110 Məmmədov Şahin Zahid oğlu 31 yanvar 1972 Azərbaycanlı 113 nömrəli texniki-peşə məktəbində təhsil almışdır. Yanvarın 26-sı motosikllə gedərkən Haftoni kəndindən
Kirov kəndinə gedən yolda hərbçilər
tərəfindən xəbərdarlıqsız atəşə tutulmuşdur.
Öldürüldükdən sonra meyidi yandırılmışdır.
26 yanvar 1990
111 Məmmədov Vaqif Məmməd oğlu 11 sentyabr 1960 Azərbaycanlı Tikinti idarəsində fəhlə. Yanvarın 26-sı Haftoni meşəsindəki əməliyyat zamanı öldürülmüşdür.
Necə öldürüldüyü haqqında dəqiq məlumat yoxdur.
26 yanvar 1990
112 Məmmədov Vidadi Üzeyir oğlu 17 iyul 1949 Azərbaycanlı Cənubi Xəzər Balıqçılıq hövzəsi idarəsində baş mühəndis. XI Qızıl Ordu meydanında odlu silahla arxadan vurulmuşdur. 20 yanvar 1990
113 Məmmədova Larisa Fərman qızı 11 avqust 1977 Azərbaycanlı 134 nömrəli məktəbin 7-ci sinif şagirdi. L. Şmidt adına zavodun yanında yerləşdiyi
"İkarus" avtobusunda olarkən
maşın güllə atəşlərinə tutulmuş,
ürəyindən aldığı güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
114 Məmmədova Svetlana Həmid qızı 18 dekabr 1939 Azərbaycanlı Kimya elmləri doktoru, professor. Yanvarın 24-də iclasa getdiyi zaman
Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində
hərbi zirehli maşın yolun
kənarında dayanan 05–10 AQU nömrəli "Jiquli"
markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur.
24 yanvar 1990
115 Məmmədova Rəna Təyyar qızı Azərbaycanlı
116 Mirzəyev Azad Əliheydər oğlu 22 yanvar 1961 Azərbaycanlı Nəsimi Rayon İctimai İaşə idarəsində işləyirdi. Olduğu evində aldığı güllə
yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
117 Mirzəyev Elçin Hüseynqulu oğlu 1961 Azərbaycanlı Bakı Şəhər Səhiyyə İdarəsində inspektor. Aeroporta gedərkən Bakı-Binə yolunda
əsgərlər tərəfindən oturduğu
maşın avtomat atəşinə tutulmuş,
aldığı 19 güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
118 Mirzəyev Vaqif Səməd oğlu 12 noyabr 1959 Azərbaycanlı Binə qəsəbəsindəki elektrik qovşağında montyor işləyirdi. 19 yanvar Binə qəsəbəsinin yaxınlığında — Binə-Mərdəkan yolunda
təxminən saat 22.00 radələrində əvvəl süngü ilə, sonra isə avtomatla vurulmuşdur.
Saat 23.05 dəqiqədə Mərdəkandakı 26 nömrəli xəstəxanaya gətirilmişdir.
Yanvarın 19-dan 20-nə keçən gecə vəfat etmişdir.
20 yanvar 1990
119 Mövludov Fuad Fərhad oğlu 25 sentyabr 1968 Azərbaycanlı 39 nömrəli Yanğından Mühafizə İdarəsində döyüşçü. Şimali DRES yaxınlığında tanklardan
qaçmağa çalışsa da, əsgərlər ona çatmış,
süngü-bıcaqla zərbə endirmiş, sonra iki güllə ilə yaralamış, daha sonra isə təpiklə döymüşlər.
Uzun müddət yaralandığı yerdə qalmış,
bir neçə saatdan sonra 26 saylı xəstəxanaya çatdırılmışdır.
Aldığı xəsarətdən yanvarın 25-i vəfat etmişdir.
25 yanvar 1990
120 Muxtarov Rasim Mustafa oğlu 10 iyul 1958 Azərbaycanlı Məişət kondisionerləri zavodunda çilingər işləmişdir. Fevralın 26-sı öz göy rəngli
"Moskviç" maşınını sürərkən Tağızadə küçəsi ilə
Papanin küçəsinin kəsişməsində başından
güllə yarası almış, xəstəxanaya çatdırıldıqdan
5 dəqiqə sonra vəfat etmişdir.
26 fevral 1990
121 Muradov Mehman Əsəd oğlu 21 noyabr 1961 Azərbaycanlı "Azərelektroterm" Elm İstehsal Birliyinin təmir-tikinti idarəsində iş icraçısı. Avtovağzal rayonundan Salyan qazarması
istiqamətinə gedərkən təxminən saat 15
radələrində qazarmanın giriş qapısının yaxınlığında güllələnmiş,
ancaq bir neçə saatdan sonra xəstəxanaya aparılsa da, həmin gün vəfat etmişdir.
20 yanvar 1990
122 Mursaqulov İsmayıl Həsən oğlu 13 noyabr 1939 Azərbaycanlı Kimya elmləri doktoru, professor. Yanvarın 24-də iclasa getdiyi zaman
Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində
hərbi zirehli maşın yolun
kənarında dayanan 05–10 AQU nömrəli "Jiquli"
markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən
3 fevral tarixində xəstəxanada vəfat etmişdir.
3 fevral 1990
123 Musayev Tofiq Ayvaz oğlu 1962 Azərbaycanlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə
19 yanvar 1990 tarixindən itkin hesab olunur.
19 yanvar 1990
124 Mustafayev Mahir Vaqif oğlu 25 noyabr 1968 Azərbaycanlı 2 nömrəli avtobus parkında sürücü. Səhər saat 6 radələrində "KAMAZ" markalı maşında
yaralıları daşıyarkən Papanin küçəsindəki körpünün
yanında hərbçilərin açdığı atəş nəticəsində
sol sinə nahiyəsindən yaralanmış,
bir neçə saat sonra vəfat etmişdir.
20 yanvar 1990
125 Nəsibov Allahyar İsgəndər oğlu 6 aprel 1952 Azərbaycanlı Tarix müəllimi. XI Qızıl Ordu meydanında döş qəfəsi və sol əlindən aldığı yaralardan həlak olmuşdur. 20 yanvar 1990
126 Nəsirov Yanvar Şirəli oğlu 1 yanvar 1957 Azərbaycanlı Məişət kondisionerləri zavodunun nəzdindəki "Sərin" kooperativində çalışmışdır. "Olimp" mağazası yaxınlığında kürəyindən aldığı odlu güllə
yarasından çoxlu qan itirmiş, Vodnikov adına Xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
127 Nikolayenko Alla Alekseyevna 1972 Rus "Krasnı Vostok" hərbi şəhərciyində
yerləşən evinə atılan 5 güllədən
1-inin dəyməsi nəticəsində həlak olmuşdur.
20 yanvar 1990
128 Nişşenko Andrey Aleksandroviç 6 may 1972 Rus 2 nömrəli Dəmiryol məktəbinin 3-cü kurs tələbəsi. "Xəzər" kinoteatrı yaxınlığında süngü ilə aldığı
zərbədən boynunun ön səthi kəsilmiş, nəfəs boruları zədələnmişdir.
20 yanvar 1990
129 Novruzbəyli Ağabəy Oqtay oğlu 23 may 1971 Azərbaycanlı M. Əzizbəyov adına Azərbaycan
Sənaye Universitetinin
kimya-texnologiya fakültəsində tələbə.
Rəsmi qurumlara hadisə ilə bağlı
müraciətlərin cavabsız qalmasına etiraz edərək
kalium-dixromat zəhəri ilə özünə sui-qəsd etmişdir.
27 may 1990
130 Novruzov Tofiq Heydər oğlu 5 may 1935 Azərbaycanlı 20 yanvar 1990
131 Nuriyev Zahir Zəbi oğlu 8 sentyabr 1971 Azərbaycanlı Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun
Maşınqayırma fakültəsində tələbə.
Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə
19 yanvar 1990 tarixindən itkin elan edilmişdir.
19 yanvar 1990
132 Orucov Rafiq Ümid oğlu 1974 Azərbaycanlı 20 yanvar 1990
133 Orucov Rəfael Ümid oğlu 1975 Azərbaycanlı 20 yanvar 1990
134 Orucov Şəmsəddin Əbilhəsən oğlu 2 avqust 1950 Azərbaycanlı Bakı İdman Malları Fabrikində mühəndis. Yaşadığı mənzilin pəncərəsinə
hərbçilərin atəş açması nəticəsində
ürək nahiyəsindən aldığı
güllə yarasından yerindəcə həlak olmuşdur.
23 yanvar 1990
135 Poladi Saleh Əliqulu oğlu 6 dekabr 1968 Azərbaycanlı Sənaye malları kooperativində işçi. XI Qızıl Ordu meydanında
yaralı qadına kömək etmək istəyərkən
başından aldığı güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
136 Rəhimov Rəhim İsmayıl oğlu 1947 Azərbaycanlı 20 yanvar 1990
137 Rəhmanov İslam Oqtay oğlu 14 oktyabr 1968 Azərbaycanlı 1 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə. Zirehli maşınlardan atılan güllələrdən
hər iki ayağından və sağ qolundan yaralanmış,
yanvarın 29-u vəfat etmişdir.
29 yanvar 1990
138 Rüstəmov Rövşən Məmməd oğlu 1961 Azərbaycanlı 204 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə. Əzizbəyov metrosu istiqamətində, Sabunçu qəsəbəsinə gedən yolun üstündə oturduğu "Tatra" maşınında çoxsaylı avtomat atəşlərinə məruz qalmışdır. Bundan sonra, maşında birgə olan dostları təcili yardım maşınını çağırmış, təcili yardım maşınına yerləşdirərkən onu yerləşdirən həkim dubinka ilə əlindən zərbə almışdır. Bununla belə, təcili yardım maşını Rövşəni 03:40-da Çaparadze adına xəstəxanaya yerləşdirməyə müvəffəq olmuşdur. Sinəsinin sağ tərəfində çoxsaylı güllə yarası olmuşdur (vəfat etdikdən sonra ekspertiza bədənindən 32 güllə yarası çıxarmışdır). Səhər saat 9.20-də vəfat etmişdir. 20 yanvar 1990
139 Rzayev Azad Allahverdi oğlu 10 oktyabr 1965 Azərbaycanlı Dərin Dəniz Özülləri zavodunda işləyirdi. Yanvarın 20-də gecə saat 00.04-də "KAMAZ" markalı maşında
Bakıya gələrkən Ələt qəsəbəsinin 2 km-də UAZ-469
hərbi maşını bu maşını ötüb keçmiş və onlara güllə atmağa başlamış,
bunun nəticəsində ağır güllə yarası almışdır.
Qobustan rayon xəstəxanasına çatdırılsa da,
həkimlər orada onu qəbul etməyərək
Hərbi xəstəxanaya yerləşdirilməli olduğunu qeyd ediblər.
Oraya çatdırılarkən yolda vəfat etmişdir.
20 yanvar 1990
140 Sadıqov Yusif Allahverdi oğlu 19 yanvar 1964 Azərbaycanlı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin aspirantı. Yalnız sağ əli və papağı tapılmış, sağ əlinə görə həlak olduğu ehtimal edilərək sağ əli basdırılmışdır. 19 yanvar 1990
141 Salahov Şərafəddin Müzəffər oğlu 11 sentyabr 1963 Azərbaycanlı Nəşriyyat işçisi. Boynuna baş hissəyə yaxın nahiyədən
aldığı güllə yarasından
hadisə yerində həlak olmuşdur.
20 yanvar 1990
142 Salayeva Sevda Məmmədağa qızı 5 iyun 1968 Azərbaycanlı Bakı Şəhərlərarası Telefon Stansiyasında telefonçu. 20 yanvar 1990
143 Semyonov Vladimir Aleksandroviç 30 mart 1947 Rus Yanvarın 20-də axşam saat 20:00-da
Tbilisi prospektində 81–27 nömrəli
QAZ-24 markalı maşında vurulub.
Odlu silahla vurandan sonra
əsgərlər onu başqa maşına
qoyub Hərbi Hospitala göndəriblər.
Yanvarın 25-də vəfat edib.
25 yanvar 1990
144 Səfərov Bafadar Ağamirzə oğlu 8 mart 1923 Azərbaycanlı Təqaüdçü. Q-87–99 AQ markalı "Moskviç" maşınında
Qarayev adına xəstəxanaya nəvəsinin yanına gedərkən
yolda hərbçilər tərəfindən atəşə tutulmuş,
aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
145 Şərifov Mürvət Rəhim oğlu 1932 Azərbaycanlı "Zəngəzur mis-molibden kombinatı"nın keçmiş işçisi. Həyətdə hadisələrə baxarkən ona tərəf atılan güllələrdən yaralanmış, xəstəxanaya çatdırılana qədər yolda vəfat etmişdir. 19 yanvar 1990
146 Şıxnəbiyev Məmmədəli Mədət oğlu 1946 Azərbaycanlı Fəhlə. Yaralıları daşıyarkən tankla rastlaşmış,
maşını saxlayaraq silahsız olduğunu desə də,
polkovnik tərəfindən atəşə məruz qalaraq başından yaralanmışdır.
Aldığı xəsarətdən 14 il yataq xəstəsi kimi müalicə aldıqdan sonra vəfat etmişdir.
2004
147 Tokarev Vladimir İvanoviç 15 sentyabr 1954 Rus Taksimotor parkında sürücü. Aeroporta gedərkən əsgərlər
tərəfindən bir neçə güllə yarası alaraq vəfat etmişdir.
20 yanvar 1990
148 Tuxtamışov Fərqat Şərifullaeviç 29 oktyabr 1958 Tatar Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər. Salyan kazarmasının yanında
başından aldığı güllə
yarası səbəbindən həlak olmuşdur.
20 yanvar 1990
149 Turabov Tengiz Məmməd oğlu 24 mart 1966 Azərbaycanlı İrkutskda inşaat işçisi,
tibb məktəbinin 1-ci kurs tələbəsi.
L. Şmidt adına zavodun
qarşısında aldığı güllə
yarasından həlak olmuşdur.
20 yanvar 1990
150 Yaqubov Nüsrət İsmayıl oğlu 9 yanvar 1958 Azərbaycanlı Mərdəkan yaxınlığındakı Dübəndi Neftboşalma bazasında operator. Yanvarın 19-u gecəsi təxminən
saat 22 radələrində Qala kəndindən
öz şəxsi "Jiquli" markalı (Ya 56–83 AQ) maşınında
evə gedərkən hərbi hissənin yanında
əsgərlər tərəfindən atəşə tutulmuşdur.
Həkimlər gələnə kimi çoxlu qan itirmişdir.
26 nömrəli xəstəxanaya aparılmış,
orada edilən cərrahiyyə əməliyyatı
kömək etməmiş, yanvarın 22-si vəfat etmişdir.
22 yanvar 1990
151 Yefimiçev Boris Vasilyeviç 15 yanvar 1945 Rus Azərbaycan korlar cəmiyyətinin trikotaj fabrikində işçi Yanvarın 20-də axşam 22.00 və 23.00 arasında Haqverdiyev küçəsində
qarın nahiyəsindən süngü bıcaq zərbəsi
və avtomatla bədənin müxtəlif nahiyələrinə
açılan atəş nəticəsində
daxili orqanları tamamilə zədələnmişdir.
Yanvarın 21-i axşam 19.00 radələrində vəfat etmişdir.
21 yanvar 1990
152 Yusupov Oleq Kərimoviç 28 fevral 1944 Rus 1 nömrəli hərbiləşdirilmiş yanğın dəstəsində sürücü. Yanğınsöndürmə maşınının (53–31-AQA)
"Naxçıvan" mehmanxanasının yanından
keçərkən atəşə tutulması
nəticəsində sinəsindən ağır güllə yarası almış,
xəstəxanaya çatdırılsa da,
2 saat sonra vəfat etmişdir.
20 yanvar 1990
153 Zülalov İsbəndiyar Adil oğlu 5 dekabr 1963 Azərbaycanlı Geoloji kəşfiyyat idarəsində fəhlə. 1 nömrəli taksimotor
parkının yanında hərbçilər
tərəfindən atəşə tutulmuş,
aldığı yaralardan yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
154 Naməlum Patanatomik analiz
qalıqların 25–30 yaşlı kişiyə
məxsus olduğunu müəyyən etmişdir.
Naməlum Naməlum. Alın nahiyəsindən alınan güllə yarası nəticəsində həlak olmuşdur. 20 yanvar 1990
155 Naməlum Patanatomik analiz
qalıqların 25–30 yaşlı kişiyə
məxsus olduğunu müəyyən etmişdir.
Naməlum Naməlum. Üstündən tank keçmiş, sol ayağından başqa heç nə qalmamışdır. Sol ayağında uzunluğu 6–7 mm, eni 1 mm çapıq var idi. 20 yanvar 1990

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

  • Черный январь. Баку — 1990: документы и материалы.- Баку: Азернешр, 1990.- 288 s.
  • Rafiq Səməndər. Şəhidlər. Bakı: Gənclik, 1990.- 448 s.
  • Qulu Kəngərli. Qara yanvar şəhidləri.- Bakı: Gənclik, 1992.- 312 s.
  • 20 Yanvar faciəsi və rabitəçilər.- Bakı: Nurlan, 2003.-95 s.
  • Çapay Sultanov. The Last Blow from the Empire: Baku, 20 January, 1990.- Baku: Qismət, 2008.- 520 s.
  • Vahid Məhərrəmov. Qanlı gecə — Qanlı tarix. Bakı: Hərbi Nəşriyyat, 2011.- 96 s.
  • Tacir Qurbanov, Almara Nəbiyeva, Maral Qocaman. Azadlıq Carçıları. Bakı: "Zərdabi Nəşr" MMC, 2021.- 240 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]