FAHİŞƏ (əxlaq pozğunluğu ilə məşğul olan qadın) [Əhməd:] Burax getsin, iki dostun arasını vuran bir fahişə bizə lazım deyil, – dedi (A.Şaiq); ƏXLAQI POZĞUN Mirzə Mahmud: Çirkli, üfunətli, çirkin və əxlaqı pozğun bir qıza nəfsim yetdi (Çəmənzəminli); ƏXLAQSIZ QADIN Culfanın hər tərəfindən toplanmış on beş nəfərə qədər əxlaqsız qadın dəhlizin bir başında saxlanmışdı, zabitlər isə qılınclarını çəkib yenə də qadın tələb edirlər (M.S.Ordubadi); QƏHBƏ (dan.) Vəhş: Qəhbə bizi əngələ salacaq... (Ə.Vəliyev); LƏKTƏ (kl.əd.) Şərəfnisə xanım Gülçöhrəyə: İtil cəhənnəmə, ləktə əl çəkməz, qoymaz işimi tutam (M.F.Axundzadə); LOTU Pası Dərələrin lotusu ondan-bundan tutduğunu mənim sümüyümə calamaq, evimə haram qatmaq istəyir, – deyə özünü yerə çırpırdı (S.Rəhimov); POZĞUN Əbülhəsən bəy: Biz artıq sevgi, işvə, qəmzə, vüsal, məhəbbət, ayrılıq və sairə kimi şeylərdən Şümşad xanımla açıq-açığına danışır və önünü Təbrizin pozğun, qaraçı qadınlarına oxşadırdı (M.S.Ordubadi); YAVA Cavanlar: Bu yava matışqam haraya aparırsan, qoy bir qədər biz ilə gəzsin, – deyə onların özünü alırlar (S.S.Axundov); ZƏNQƏHBƏ Mahmud xan: Bu əmri sənə hansı köpək oğlu verib? Sənə hansı zənqəhbə tapşırıb.. (M.S.Ordubadi); ZİNAKAR Dersəm ki, zinakarlərin qeyrəti olmaz; Olmazmı mənim işbu sözüm eyni həqiqət?! (M.Ə.Sabir).