faks-modem

faks-modem
faks
faks-server
OBASTAN VİKİ
Faks-modem
Faks-modem (ing. fax modem) – kompüterə faksimil məlumatlarını göndərməyə və qəbul etməyə imkan verən modem. Kompüterin genişləndirmə lövhəsi (EXPANSİON BOARD) şəklində olan faks-modem kartında faksimil aparatının bir çox funksiyaları gerçəkləşdirilib. Müasir dövrdə müxtəlif problemlərin həll edilməsi üçün istifadəçilər İnternet şəbəkəsindən istifadə etməyə böyük üstünlük verirlər. Bu şəbəkənin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır.
Faks
Faks (ing. Fax,Telecopying,Telefax) — skanerləşdirilmiş və çap olunmuş materialı telefon vasitəsilə (mətn və şəkillər də), adətən bir printer və ya digər çıxış cihaza bağlı bir telefon nömrəsinə ötürülməsidir.
Modem
Modem (ing. modem (modulator/demodulator), ru. модем) — informasiyanı kompüterdən adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusu. Kompüter diskret elektrik siqnalları (yəni ikilik 1 və 0) ilə işlədiyindən, telefon xətləri ilə isə analoq informasiya (gərginlik səviyyələrinin geniş diapazonuna malik olan siqnal) ötürüldüyündən, modemlər, mahiyətcə, rəqəm-analoq və əksinə çevirmələri yerinə yetirir. Verilişdə modemlər kompüterin rəqəmsal siqnallarını telefon xəttinin kəsilməz daşıyıcı tezliyinə toplayır (modulyasiya edir), qəbuletmədə isə informasiyanı daşıyıcıdan "çıxardır" (demodulyasiya edir) və onu rəqəmsal formada kompüterə ötürür. Modemlər verilənləri adi telefon kanalları ilə 300 bod’dan 56000 bod’adək sürətlə, ayrılmış kanallarda isə 19200 bod sürətilə ötürür. Daha yüksək sürətli verilişlər də mümkündür, ancaq bu telefon xətlərinin xarakteristikası ilə məhdudlaşır. Mürəkkəb modemlərin veriliş və qəbuletmədən əlavə funksiyaları da olur, məsələn, avtomatik nömrə yığımı, cavab və təkrar yığım; lakin uyğun kommunikasiya proqram təminatı olmadan modemlər hər hansı faydalı iş görə bilmir. Modem (Modulator Demodulator sözlərindən əmələ gəlib) yaxud çevirgə, kabel və ya telefon xətti vasitəsilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemlər həm kompüterin daxili həm də xarici qurğuları sırasına daxil edilə bilər.
İnteqral modem
İnteqral modem ( ing.integral modem ~ ru. встроенный модем ~ tr. tümleşik modem) – konstruktiv olaraq kompüterə aid olan modem; bundan fərqli olaraq, daxili modem (INTERNAL MODEM) kompüterin müvafiq yuvasına taxılan genişləndirmə lövhəsi (EXPANSION CARD) şəklində olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə